Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Günel Aliyeva Soruşur Yazılma Tarixi:21.06.2015 23:46:40

Salam.zehmet olmasa nikadr zabit,leytnant kimi herbi xidmetin muddetin deyerdiniz?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1.4-ci maddəsinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu Qanunun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kiçi müəyyənləşdirilir:
38.1.5 zabitlər üçün: ehtiyatda müddətli həqiqi hərbi xidmətə  çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı lmayan şəxslər - 3 ilədək (
bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır)
Elxan Eliyev Soruşur Yazılma Tarixi:21.06.2015 23:27:44

salam ,men Zaqatala qeydiyatiyam, ama Bakida yasayiram,medkamsiyaya gedendede yasadigim yeri Baki ayzdirdim, menim Bakiya dusme ehtimalim var herbi xidmete? hec istemirem Bakiya dusum,

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.
Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Raqub Nadirov Soruşur Yazılma Tarixi:21.06.2015 19:36:10

Salam. Mənim qardaşım oğlu uşaqlıqdan ayaqları və pəncəsində əyrilik var, o hərbi xidmətə yararlıdırmı ? Mənə Kürdəmir rayon Səfərbərlik və hərbi xidmət şöbəsində yoxlanış zamanı dedilər ki, delasına yazacağıq bu cür əsgərləri qaçmağa məcbur edilmir.

Yastıayaqlılığın, osteoartrozun və ayağın funksiyalarının pozulmasının dərəcəsindən asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin tələblərinə əsasən şəhadətləndirilirlər.
Taleh Huseynli Soruşur Yazılma Tarixi:21.06.2015 15:42:24

Salam. Sizden sorushmaq isteyirem ki, dostum bu il universiteti bitirib, lakin ona hech bir chagirish vereqesi gelmeyib. Bu normal haldir? Onceden minnetdaram

Qeyd etdiyiniz məsələ ilə bağlı dostunuzun təcili olaraq Xidmətin qeydiyyatd aoldu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməsi tövsiyə olunur.
Nihat Quliyev Soruşur Yazılma Tarixi:21.06.2015 03:01:17

Salam.Mene iyulun 1ne cagiris vereqesi gelib.Men bilmek isteyirem ki,ttm-e secim hansi muddetde olur Milli orduda?Yeni gedilen gunden nece muddet sonra texminen?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Rauf Hüseynov Soruşur Yazılma Tarixi:21.06.2015 00:18:03

Salam. Xəstəliklər cədvəlində 13 a maddədə hansı xəstəlik qeyd olunub?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “a” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: funksiyanın mühüm dərəcədə pozulması ilə” aiddir.
Murad Abdullayev Soruşur Yazılma Tarixi:20.06.2015 23:02:53

Salam....menim BC pravam var....orda surucu olmag ehtimalim var?????

Bildiririk ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrində  Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün "B" və "C" kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar təyin olunduqları müvafiq qoşun növlərində verilmiş ixtisasa uyğun vəzifələrdə müddətli həqiqi hərbi xidmət keçirlər.
Öz hesabına təsərrüfat hesablı kurslarda hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar isə hərbi hissədə ixtisaslı mütəxəssislərə ehtiyac olduğu zaman bu vəzifələrə təyin oluna bilirlər.
Mirzəyev Mirdamət Soruşur Yazılma Tarixi:20.06.2015 21:09:47

Salam mən bilmək istəyirəm ki , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul imtahanları neçə müddətdən bir keçirilir? Burada işləmək üçün hansı kriteriyalar tələb olunur bunu necə öyrənmək olar? Mən Xəzər rayonunda yaşayaıram Xəzər rayonunda işləyə bilərəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul oluna bilərlər.
Müraciət etmiş vətəndaşların Xidmətin Aparatına müsabiqəyə (test imtahanına) dəvət olunmaları növbəli qaydada və ay ərzində bir dəfə həyata keçirilir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Aliyev Ruslan Soruşur Yazılma Tarixi:20.06.2015 20:31:00

Men 2 ci qrup ( umumi) elilem, 2014 ilden mudetsiz pensiya aliram saqlamliqima gore. Men her 3 ilden bir Herbi komisiyadan, hekimnen kecmeliyem ?

Nəzərinizə çatdırıram ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Yaraliyeva Gunel Soruşur Yazılma Tarixi:20.06.2015 19:45:57

Salam,men zeyif cinsin numayendesi ,herbi xidmete isteyirem,amma gaydalardan anlayiw yoxdu,zehmet olmasa meni xeberdar edin.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  təsdiq edilən uçot  ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və  qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Cədvəldə sətir sayı :14897