Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramiz Talibov Soruşur Yazılma Tarixi:16.06.2015 20:11:09

Salam.Mənə hərbi komissarliqdan Z.Əliyeva adına xəstəxanaya göndəriş verilmişdir.Orada mənim gözlərimə aşağıdakı kimi diaqnoz qoyuldu.Bu diaqnoza görə mən hərbi xidmətə yararlıyammi? OM-mürəkkəb hipermetropik astomatizm oxlarla OD-1,OD (pu) və DOD (altı) OS-1,OD (pu) və SOD (bes) OM-refr aviblopys

Hər gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi  və ya hər hansı gözün meridianlardan birində  6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 34-cü maddəsinin "ç" bəndinin tələblərinə əsasən "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Zabit Məmmədov Soruşur Yazılma Tarixi:16.06.2015 19:00:49

Salam.Men Azərbaycan Dövlət Texniki Universetinin Texnoloji Maşinlar fakültəsin bitirmişəm.Milli orduda zabit kimi xidmət etmisəm.Xidməti müddətim başa çatdiqi üçün ehtiyyata buraxilmişam.Sizin idarədə işə qəbul ola bilərəmi?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Lale Soruşur Yazılma Tarixi:16.06.2015 12:21:43

Salam.qardawim Abbaszade Vusal Rafiq oglu 1993tevellud.Xetai rayon komissarligindan herbi xidmete getmek ucun yoxlaniwdan kecib.amma hele de ne vaxt gedeceyin demeyibler.zehmet olmasa melumat vererdiz

Qardaşınızın təcili olaraq Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməsi tövsiyə olunur.
Yaqub Hüseynli Soruşur Yazılma Tarixi:16.06.2015 11:50:05

Mən Hüseynli Yaqub Arif oglu 29.11.1993 Biləsuvar rayonu SHXCDX iyul cagırışcısıyam.Tibb komisiyasında uzi həkimi muayinə ilə baglı qeyd yazmışdı.Xahiş edirəm yoxlayın Yaraliyam yoxsa yox?

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Biləsuvar rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən "Hərbi xidmətə yararlıdır" hesab edilmisiniz.
Əhmədalı Mustafayev Soruşur Yazılma Tarixi:16.06.2015 11:32:23

Salam.Mən ali təhsilliyəm.Ehtiyat zabit hazırlıq kursunu bitirmişəm.Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmət etmişəm(sınaq müddətində heç bir xidməti qüsurum olmuyub.xidməti xasiyyətnaməmdə də bu əks olunub).Azərbaycan Respublikası Səfəbərlik və Hərbi Xidmətə çağırış dövlət xidməti orqanlarında çalışmaq istəyirəm.Bunun üçün hara müraciət etməliyəm?Bu xidməti orqanlarda çalışa bilərəmmi?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. 
Əlavə olaraq bildiririk ki, 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalısınız.
Həsən Həsənov Soruşur Yazılma Tarixi:16.06.2015 10:53:51

1 illik hərbi xidmətə göndərilmiş əsgərlər en gec nə vaxt diplomun tesdiqini herbi hissəyə təqdim etməlidirlər?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərb xidmət keçirlər.
Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Qulam Əliyev Soruşur Yazılma Tarixi:16.06.2015 08:46:46

salam. men bu il ali m,ektebi bitirmishem , iyul da esger getmeliyem amma cagirisg hele gelmeyib, yasamal rayonu uzre gydiyyatdayam

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
ismayilov vahid Soruşur Yazılma Tarixi:15.06.2015 23:49:05

salam. mene verlen kagizda 02.07.2015 ci il tarixi yazilib bu o demekdiki men hemin tarixde herbi xidmete yola dusurem ?

Bildiririk ki, çağırışçılar həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölmələri tərəfindən təyin olunduqları hərbi hissələr üzrə əvvəlcədən tərtib olunmuş qrafikə əsasən göndərilirlər.
Zamin Salmanov Soruşur Yazılma Tarixi:15.06.2015 18:28:57

Salamn.men Ali tehsilliyem 32 yawim var muddetli herbi xidemete duzelmek isteyirem hara muraciet etmeliyem???

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mərdan Adışlı Soruşur Yazılma Tarixi:15.06.2015 17:56:06

Mən 10.06.2015-ci il tarixdə işlə təmin olunmağım barədə elektron müraciət etmişdim. Lakin 13.06.2015-ci il tarixdə mənə cavab məktubu gəldi və orada işlə təmin olunmağımın mümkün olmaması bildirildi. Xahiş edirəm ki, mənim nəyə görə işlə təmin olunmamağımın səbəbini izah edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

Bir daha nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897