Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
osman xelilov Soruşur Yazılma Tarixi:12.06.2015 13:12:00

salam meni yoxladilar ve dediler yasti pencesen sonra gonderdiler hekim yanina hekim mennen soruncdu getmek isteyirsen dedim elbette yararliyam sa getmeliyem dedi istesen getmessen bir soz le pul istedi vermedim yazdi yararlisan 1derece yasti pence yazdi amma ayagimin alti duzdu vec cox hereket edende wiwir ve ya cox agrilar verir bir sozle kamisiyadan razi qalmadim men yeniden nece komisiyaya gire bilerem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz, əlaqə telefonu və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Əli Soruşur Yazılma Tarixi:12.06.2015 12:13:52

mən 5 gun əvvəl siti hospitalda oldum nə vaxt əsgərliyə gedirəm onu bilmək istəyirəm.xahiş edirəm məni məlumatlandırsınlar

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Azay Məmmədov Soruşur Yazılma Tarixi:12.06.2015 10:38:37

Salam, Mən Ali təhsilliyəm, jurnalistika fakultəsini bitirmişəm uşaqlıdan bəri mənim bir sol gözüm zəif görür. Hal-hazırda isə sol gözüm 20 faiz sağ isə 80 faizdir. Sənədlərimdə mən hərbi qulluğa məhdut yararlı göstərilirəm amma hərbiyə göndərilirəm. Bilmək istəyirəm məhdut yararlı indiki halda yuxardakı göstəricilərlə hərbi xidmətə göndərilə bilərmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 35-ci maddəsinin I qrafası ilə şəhadətləndirilənlər üçün hərbi xidmətkeçməyə mane olmayan görmə itiliyi, uzaq üçün korreksiya ilə bir gözdə 0,5-dən, digər gözdə 0,1-dən  və ya hər iki gözdə 0,4-dən aşağı olmamalıdır. 
Haciqulu Quluzade Soruşur Yazılma Tarixi:12.06.2015 01:13:56

Salam. Men 2015ci il Iyul çagirişçisiyam. Men herbi xidmeti çekdiyim zaman Azerbaycan Ali Herbi Mektebinin Herbi Teyyarecilik bölmesine qebul olmaq isteyirem. Bunun üçün ne etmeliyem?

Bildiririk ki, Siz Ali Hərbi Məktəbə qəbul imtahanlarında həqiqi hərbi xidmərinizi başa vurduqdan sonra iştirak edə bilərsiniz.
Rahib Məmmədli Soruşur Yazılma Tarixi:12.06.2015 00:15:34

Salam,İlkin Hərbi qeydiyyat vəsiqəsində möhlətin bitmə tarixi 10.07.2015ci ildir. Amma iyulun 3ü üçün çağırış vərəqəsi verilib. Bu qanuni olaraq mümkündürmü?

Bildiririk ki, Siz həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilməniz barədə təlimatlandırılacaqsiniz.
Kamran Soruşur Yazılma Tarixi:12.06.2015 00:00:20

Salam, men bu il universiteti bitirdiyime gore iyul ayinda herbi xidmete yola dusmeliyem, tibbi muayineden kecenden sonra ureyimde sinus toxikardiyasi askarlandi, urek doyuntulerimin cox oldugunu deyib kardiologiya institutuna gonderdiler orda da buna dair akt verdiler mene, Suraxani rayon SHXCDX a teqdim etdim oradan dediler ki, avqustda herbi hospitalda yoxlanis olacaq orda mueyyen olunacaq, iyulda gede bilmezsiz xidmete, men Herbi hekim ekspertizasinin Xestelikler cedvelinde mende awkarlanan xesteliye baxmiwam ve orda yazilib ki, siradan ferdi xidmet ve ya Xususi qurgularda xidmet ucun yararliyam, men herbi xidmete getmek isteyirem ve iyulda getmek menim ucun vacibdir cunki magistraturaya daxil olmuwam ,oktyabrda getsem 2 ilim batacaq, iyul ayinda getmeyim hec cur mumkun deyil? zehmet olmasa sualimi cavablandirin, onceden tewekkurler

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin iyul çağırışında razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız. Müayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elvin Akberov Soruşur Yazılma Tarixi:11.06.2015 23:44:24

Salam.Bugun esitdimki oz hesabina xaricde tehsil alan telebelere mohlet huququ verilmir.Bu melumat heqiqete uygundurmu? Eger heqiqeten beledirse bu qanuna olunmus deyisiklik ne vaxtdan quvveye minir? Evvelceden tessekurler.

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hal-hazıradək hər hansı qanunvericilik aktı daxil olmamışdır.
Elvin Soruşur Yazılma Tarixi:11.06.2015 21:45:16

Salam Men Masalli rayonunda qeydiyyatdayam .rem Ozum seherde qaliram , isimle elaqedar rayano yalniz tecili ve lazimli meseleler olduqda gedirem . Mene cagiris vereqemi verilbler ve men bilmek isteyirem ki 2015 ci il iyul ayina olan cagiriscilarin hara dusmesi ile bagli bu saytda melumatlar ne vaxt yenilenecek

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
elvin yusibov Soruşur Yazılma Tarixi:11.06.2015 21:10:04

men iyul 1 esger gedirem men esgerliyde qalmak isdeyirem ve sniper kurslarina getmey sonra konullu olarak sulh meramlilara getmey isdeyirem

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını təşkil edir. Belə ki, çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərilənə qədər xüsusi hərbi ixtisaslar  üzrə hazırlırğa cəlb edilir və hazırlanmış  mütəxəssislər həqiqi hərbi xidmətə göndərildikdən  sonra onlar Azərbaycan Respublikası Sailahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müvafiq qoşun növlərində verilmiş ixtisasa uyğun vəzifələrdə müddətli həqiqi hərbi  xidmət keçirlər.
Bununla əlaqədar, Siz müddətli həqiqi hərbi xidmət keçdiyiniz müüdətdə aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Seyran Cəərçiyev Soruşur Yazılma Tarixi:11.06.2015 16:59:43

Salam. Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinin adı tam necədir?. Və ya hərbi hissənin sayı (nömrəsi) neçədir?

Bildiririk ki, hərbi hissələrin dislokasiya yerləri dövlər sirrinə aid edilən məlumatların siyahısında yer aldığından bu mövzuda sualların cavablandırırlması qanunvericiliyin tələblərinə uyğun deyil.
Cədvəldə sətir sayı :14897