Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Maksim Novosolov Soruşur Yazılma Tarixi:11.06.2015 16:41:06

Salam. sizden bir soz soruwum 1.66 boyumnan men snayperciliye gede bilerem gede bileremse ve harda nece

Qeyd etdiyiniz ixtisas üzrə hazırlanmış mütəxəssislərin müvafiq qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçdiyini nəzərə alaraq, bu çağırışçıların xüsusi hərbi ixtisas üzrə yararlığı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli"nin (ƏTC) "c" bölməsinin tələblərinə əsasən müəyyən edilir.
Sizin verilmiş sualda göstərdiyiniz antropometrik göstəricilərinizin müvafiq qoşun növündə hərbi xidmət keçməyin tələblərinə cavab vermədiyi üçün qeyd edilən ixtisas üzrə hazırlığa cəlb edilməniz mümkünsüzdür.
Ekberova Elmira Soruşur Yazılma Tarixi:11.06.2015 15:01:39

Salam.Oğlum Qerb Üniversitetinde oxuyur1993 İyun 28- de dogulub.Bu il institutu bitirir,sentyabrdan dovlet imtahanı vermelidir.Tam dekabr 2015- de qurtarir.Lenkeranda herbi komisarliq mecbur edir iyul 5 esger getmelidi.göz görmesi de 5.75 di.Xahis edirem cavab yazasiz ki,dovlet imtahanı qalibsa Usaq Nece esger getsin? Gözü de emeliyat olmalidi.yoxsa 5.75 görme ile esgerlik Ede biler.Sağ olun.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün oğlunuzun soyadını, adını, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Asif Ibisov Soruşur Yazılma Tarixi:10.06.2015 21:31:19

salam men masalli rayonunda yasayiram. 16 yasim var ve hele sekilli sexsiyyet vesiqesi almamisam sekilli sexsiyyet vesiqesini Baki seherinde almaq ve Baki seherine qeydiyyatda olmaq isteyirem. bilmey isteyiremki men baki seherinde qeydiyyata kecsem. herbi xitmete Baki seherinnen cagirilacam yoxsa Masalli rayonunnnan?

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz ərazi üzrə həqiqi hərbi xidmətə çağırılacaqsınız.
Ağa Vəliyev Soruşur Yazılma Tarixi:10.06.2015 20:58:45

salam 176 boy 22 yaşım var 2 ildi hərbi xidməti başa vurmuşam rabitəçi paraşütçü və snayper kurslarına necə qatıla bilərəm onu d bildirim ki sumqayıt səfərbərlik idarəsivə müdafiə nazirliyi bir birinin üstünə göndərir tam məlumat ala bilməmişəm təşəkkür

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını təşkil edir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar - ilkin hərbi  qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaçından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər.
Hal-hazırda 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar üçün rabitəçi və snayper ixtisası üzrə hazırlıq kurslar təşkil edilmir.
Bununla yanaşı, 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəmadi olaraq həvəskar paraşütçülərin hazırlanması üçün müvafiq kurslar təşkil edilir. Bu kurslara  cəlb edilməniz üçün Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qatdaşları 99 ünvanında yerləşən "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin İcra Orqanına müraciət etməyiniz məqsədəuyğundur.
Nurlan Məmmədli Soruşur Yazılma Tarixi:10.06.2015 17:53:18

cağırışım 2-si iyuldadır ,bir neçə gün gec gedsəm olar?

Bildiririk ki, Siz həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndəriləcəksiniz.
Ziya Müslümzadə Soruşur Yazılma Tarixi:10.06.2015 14:39:45

Salam. Azərbaycan Texniki Universitetinin 1-ci kursunu bitirdim. 2-ci kursda snayper kursuna yazılmaq istəyirəm. Bunun üçün nə etməliyəm? Və kimə müraciət etməliyəm?

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə hazırlığa növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək və müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
Sizin Azərbaycan Texniki Universitetinin II kursunda təhsil almanızla əlaqədar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən təhsilinizi bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmanızı nəzərə alaraq, hal-hazırda snayper kurslarında hazırlıq keçməniz mümkünsüzdür.
Qeyd olunan xüsusi hərbi ixtisas üzrə hazırlığa cəlb edilməniz üçün sonuncu kursda təhsil alarkən növbəti çağırışda təhsili davam etdirməklə əlaqədar verilmiş möhlət hüququnuz itirildiyi meddətdə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Çağırışçı olmayan vətəndaşlar üçün snayper ixtisası üzrə hazırlıq kursları təşkil edilmir.
Kenan Soruşur Yazılma Tarixi:10.06.2015 14:05:40

Salam.Men Turkiyede universitete kecen il qebul olmusam .Bu il esiddiyim yeniliye gore bu ilden Turkiyede oxumaq isteyen usaqlar herbi xidmeteden azad olunmayacaqlar.Bu eger doqru xeberdirse bu kecen il qebul olan usaqlara samil edilir yoxsa yox.Diqqetinize gore cox saqolun.

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hal-hazırda hər hansı qanunvericilik aktı daxil olmamışdır.
Zaur Rehimli Soruşur Yazılma Tarixi:10.06.2015 11:45:19

Salam men univeristeti bitirib iyulda xidmete gedirem.isteyiremki nikadr kimi gedim .bunun ucun ne etmek lazimdi?etrafli melumat vererdiz zehmet olmasa

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Kamal Quluzadə Soruşur Yazılma Tarixi:10.06.2015 11:02:01

Mən təfsilatı ilə bilmək istərdim ki, Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericiliyin 16-cı maddəsində qeyd olunan Mərkəzi çağırış komissiyası nədir və çağırışçı həmin komissiyaya necə, yəni hansı rabitə kanalı vasitəsilə müraciət edə bilər?

Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakilardır:
- rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək;
- çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək;
ayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq;
- Bildiririk ki, vətəndaşlar yuxarıda qeyd olunan məsələlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına yazılı müraciət edə bilərlər.
veliyev sadiq Soruşur Yazılma Tarixi:10.06.2015 00:43:38

Salam men ayagimin alti 3 cu dereceli yasdi penceli yasdi pencelidi ama hec bir narahatciligim yoxdu . herbi kamisarliqdada yararsizdi diyirler. men herbi xidmete gedmey isdiyirem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897