Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ali Qasimzade Soruşur Yazılma Tarixi:09.06.2015 02:12:03

Menim 23 yasim var. natamam ali-tehsilliyem. Herbi xidmeti sulhmeramli destede elemek isteyirem. ya efqanistanda, ya da muvafiq bilinen ehtiyac olan yerlerde. boyum 185. idman ustasi statusum var. peewekar idmancuyam. bunun ucun men hara muraciet eleyim

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Agasefli Cavid Soruşur Yazılma Tarixi:08.06.2015 22:37:49

bagisliyin bir soz sorusmaq istiyerdim men Maxe olmaq ucun hansi komandanliqa yaxinlasa bilerem muddetden artiq herbi qulluqcu olmaq ucun ne etmeliyem hara muraciyyet edim men baki seherinde yasayiram bu bolgede olan komandanliqa nece muraciyyet edim ve harda yerlesir evvelceden tesekurller

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Siyavuş Əhmədzadə Soruşur Yazılma Tarixi:08.06.2015 20:45:17

Salam. Men bu il Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Bilmək istəyirdim ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hüquqşünas olaraq xidmət keçə və ya fəaliyyət göstərə bilərəm mi? Cavaba görə əvvəlcədən təşəkkür edirəm.

Siz, ali təhsilli hüquqşunas olduğunuz üçün 1 il müddətinə həqiqi hərbi xidmət keçəcəksiniz. Hüquqşunas kimi fəaliyyətinizi isə xidmətinizi başa vurduqdan sonra davam etdirə bilərsiniz.
Hafiz Alizade Soruşur Yazılma Tarixi:08.06.2015 17:42:40

Salam Men ali tehsilliyem Isterdim leytinant kimi qulluq edim,Eger Olsa insallah bizi nece ayliq kursa gonderecekler ve nece aydan sonra zabit kimi qulluq edeceyik?Onceden tesekkurler

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
orxan zeynalov Soruşur Yazılma Tarixi:07.06.2015 20:05:59

men ukraynada tehsil aliram ve iyunda tehsilimi basa vurub ger qayidacam, bilmek isteyirem men iyul ayinda esgerliye gedecem. diqqetinize gore sagolun.

Bildiririk ki, təhsilinizi başa vurub qayıtdıqdan sonra dərhal Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
kazimzade suret Soruşur Yazılma Tarixi:07.06.2015 18:13:35

Salam hal hazirdaki qanunlara göre magistri oxuyub gedenler de 1 il müddetinde edecekler xidmeti? Zehmet deyilse cavablandirardiz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 1 il həqiqi hərbi xidmət keçirlər.
Nicat Bəylər Soruşur Yazılma Tarixi:07.06.2015 17:30:41

Salam.Mən 7 iyuldan müddətli hərbi xidmətə çağırlıram.Hələ bilinmir hara düşəcəyim ancaq mən Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsində xidmət etmək istəyirəm.ADİU-nu bitirirəm.İdmanla məşğul olmuşam.boyum 1.80-dır.Bunun üçün nə etməliyəm və ya hara müraciət etməliyəm.Sizdən cavab gözləyirəm

Bildiririk ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrinin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi üçün çağırışçıların seçimi adı göstərilən qoşun növü tərəfindən aparılır.
ROYAL QASIMOV Soruşur Yazılma Tarixi:07.06.2015 16:49:44

salam men bu ayin 5i 18 yawimi tmamladim paveska hele gelmeyib diesen texmini nece muddet sora gelir birdeki hansi herbi bolmede ne uzre qulluq edeceyimi oyrenmek ucun sms le oyrenmek nomresini yazardiniz ayin axirlari yoxlasam gelecek ? hara duwduyum?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməlisiniz.
Bildiririk ki, çağırışçılar hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində bütün mobil operatorlara məxsus mobil telefon nömrələrindən şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 qısa nömrəsinə mesaj şəklində göndərməklə, hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumat öyrənə bilərlər.
Yusif Memmedov Soruşur Yazılma Tarixi:07.06.2015 15:09:10

Atestatla turkiyeye qebul olunan telebeye herbi xidmetden mohlet huququ verilir?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
elesgerov tofiq Soruşur Yazılma Tarixi:07.06.2015 14:55:01

salam menim qeydiyyatim pasportnu stola polisin inzibati binasinda qeydiyyatdayam, universiteti bitirdim bu il mene helede cagiriw vereqesi gelmeyib. ozum kiraye qaliram. bu kagiz hara gelecek?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897