Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Baloglan Quliyev Soruşur Yazılma Tarixi:05.06.2015 11:00:20

Salam qardasimin medesinse eroziya(antral) askarlanib. hekim deyir qanaxmaya meyillidi. Bilmek isterdimm herbi xidmete yararlidi? cox narahatam agrilari olur her defe

Mədənin selikli qişasının eroziv dəyişiklikləri olan və "Xəstəliklər cədvəli"nin müvafiq qrafaları üzrə şəhadətləndirilən şəxslər müalicə olunur və müalicədən sonra hərbi xidmətə yararlı sayılırlar.
Əlavə olaraq bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
İsmayıl Soruşur Yazılma Tarixi:04.06.2015 21:03:12

Salam. Zəhmət olmasa mənə deye bilərsizmi Xəstəliklər cədvəlinin 1 qrafasımın 13a maddəsi hansı xəstəlikdir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin "a" bəndinə "Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: funksiyasının mühüm dərəcədə pozulması ilə" aiddir. 
elnur humbetli Soruşur Yazılma Tarixi:04.06.2015 19:39:00

salam kecen il noyabrda mohlet almisam 6 ay helede meni cagirmayiblar.Men ozum muraciet edim ?

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rahib Məmmədli Soruşur Yazılma Tarixi:04.06.2015 17:51:40

Salam, mənim dişlərimdə breket var, və hal hazırda müalicə davam edir. Bu hərbi xidmət üçün maneə yaradırmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 86-cı maddəsinin I qrafasının tələblərinə əsasən breketlərin çıxarılması üçün möhlət hüququ verilir. 
Kamal Dadaşov Soruşur Yazılma Tarixi:04.06.2015 17:19:32

Salam.Səhhətimdə heçbir problem yoxdur.Tam sağlamam.Boy-176sm,çəki-56kq göstəriciləri ilə həqiqi hərbi xidmətə yararli yoxsa yararsiz hesab edilirəm?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. 
elvin camalov Soruşur Yazılma Tarixi:04.06.2015 17:15:17

Menim Gozum cox zeifdi ama mene yararli bilindim. Son olaraq nece derece olmalidiki gozum yararli olum esgeliye

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndiirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Novruz Babayev Soruşur Yazılma Tarixi:04.06.2015 15:51:19

Salam. Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet Xidmetinde ise qebul ucun hansi ixtisas olmalidir? Men ali tehsilliyem,Azerbaycan Dovlet Beden Terbiyesi Ve Idman Akademiyasini bitirmisem. Bu uygun gelirmi?

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Əlavə olaraq bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə "fiziki tərbiyə və çağırışaqədərki hazırlıq" ixtisasları üzrə ali təhsilli şəxslərin sənədləri qəbul edilir.
Abdulxaliq Səfərov Soruşur Yazılma Tarixi:04.06.2015 14:02:06

mən təxminən mart aprel aylarınada SHXÇDX-nın xidmətə qəbulla bağlı müraciyyət etmişəm.Nəticəni yuxara gösterdiyim E-mail ünvanına göndermisizse xahiş edirem gösterdiyim tefon nömresine zeng vurub neticeni bildiresiniz.

Bir daha bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Emil Aliyev Soruşur Yazılma Tarixi:04.06.2015 12:15:22

Salam bes mohlet huququ bitmeden erze ile muraciet etsey herbi xidmete aparalar?

Bildiririk ki, çağırışçının səhhətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət üç ay, altı ay və bir il müddətinə verilə bilər.
Həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlar möhlət hüququları bitdikdən sonra həqiqi hərbi xidmətə cəlb olunurlar.
Zamanlı Cavid Soruşur Yazılma Tarixi:04.06.2015 10:50:06

salam men bu il ali mektebi bitirdim ve herbi xidmete konullu getmek isteyirem. Meni Ag ciyer inistituna hekimden muayine kecirdiler ve ag ciyerde bitisme var bilmek istiyirem herbi xidmete yararliyam?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897