Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zamanlı Cavid Soruşur Yazılma Tarixi:07.06.2015 11:30:13

Salam sualım belədir ki, əgər Ağciyərin aşağı ətəyində kiçik bitişmə varsa hərbi xidmətə yararlı sayılırmı? Cavab üçün öncədən təşəkkür edirəm.

Çağırışçıların tənəffüs orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 49-53-cü maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Intiqam veliyev Soruşur Yazılma Tarixi:07.06.2015 09:37:22

Salam men herbiciyem ve meni günahsız yere təxris eləyirlər men bu haqda hara müraciət edim

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanının rəhbərliyinə müraciət etməlisiniz.
Rövşən Əsədov Soruşur Yazılma Tarixi:07.06.2015 09:36:46

Salam. Mən heqiqi herbi xidməti 2011 də başa vurmuşam və yenidən xidmət etmək istəyirəm bununçün mənə köməklik lazımdı necə və hara müracet edə bilərəm

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1 maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Emil Əliyev Soruşur Yazılma Tarixi:07.06.2015 01:29:50

Salam, mən qiyabi təhsil alıram, iyul ayında hərbi xidmətə gedirəm, əgər 18 aydan hesablasaq 2016-cı il Dekabr ayında hərbi xidməti bitirirəm, və qayıdıram, düzdü?

Bildiririk ki, 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən və 1 il 6 ay xidmət keçməli olan vətəndaşlar 2017-ci ilin yanvar ayında ehtiyata tərxis olunacaqlar.
esger Soruşur Yazılma Tarixi:07.06.2015 00:30:44

Salam bizim aile terkibimiz iki neferdir atam vefat edib yalniz anam var menim ucun herbi cqgirisda hansisa guzesler var?

Bildiririk ki, mövcud qanunvericilikdə valideynini itirmiş çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Yunus Memmedov Soruşur Yazılma Tarixi:06.06.2015 14:49:42

Memmedov Yunus Arif oglu Men Suraxani rayon herbi komissarlig iyul cagriscisiyam.bilmek isterdim men yararliyam herbiye? Menim haqqimda ne qerar verildiyini deyerdiz xais edirem.

Bildiririk ki, Siz 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Suraxanı rayon idarəsində tibbi şəhadətləndirilmisiniz. Sizə səhhətinizlə əlaqədar altı ay çağırışdan möhlət verilməsi barədə çağırış komissiyası tərəfindən qərar qəbul edilmişdir.
Xəlil Abdullayev Soruşur Yazılma Tarixi:06.06.2015 13:38:41

Salam. Men iyulun 1i herbi xidmete cagirilmisam. Bu vaxti iyulun 15e deyismek olarmi? Ve bunun ucun hara muraciet etmek lazimdi. (Ali savadliyam)

Bildiririk ki, Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar təyin olunduqları hərbi hissələrə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafikə əsasən göndərilir.
Veliyev Rovsen Soruşur Yazılma Tarixi:06.06.2015 12:55:31

Salam.Cavab yazdiginiz ucun onceden tesekkur.Men bilmek isteyiemki Ali tesillli vetendaslara ehtiyyat zabitlik teklifi sexsin dusduyu qosun novunden aslidir?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçıların xidmətdə olacaqları qoşun növünün komandanlığına müraciət etmələri məqsədə müvafiqdir.
Ilham Kerimov Soruşur Yazılma Tarixi:06.06.2015 12:46:03

Salam men goycay rayonuda kollecde oxuyuram iyulun eveli qutariram kolleci men herbi xidmet cagrisi gelmiyib cagris gelecek mene.

Sizin 2015-ci ilin iyul çağırışına cəlb edilməniz barədə yaşadığınız ərazi üzrə icra nümayəndəliyinə bildiriş göndərilmiş, lakin bu günədək gəlməmisiniz.
Bildiririk ki, tibbi şəhadətləndirilərək barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün təcili olaraq Xidmətin qeydiyyatda olduğunuz Kürdəmir rayon şöbəsinə gəlməlisiniz.
Amin Nifteliyev Soruşur Yazılma Tarixi:06.06.2015 12:24:17

salam.menim ali tehsilim var esgerlikde zabit olmaq isteyirem bunun muddeti ne qederdi ? ve zabit olmaq ucun ne etmeliyem

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Cədvəldə sətir sayı :14897