Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Mirzezade Soruşur Yazılma Tarixi:04.06.2015 09:57:46

2015-ci ilin İyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlari ne vaxt bilinecek

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Imran Mirzəyev Soruşur Yazılma Tarixi:04.06.2015 02:04:44

Salam hörmətli SHXÇDX əməkdaşları. Mən 2011 ildə dövlət xətti ilə Bauman adına Moskva Dövlət Texniki Universitetinə qəbul olmuşam və hal hazırda iyul ayında diplom alıram. Parallel olaraq, mən fevral ayında sənədləri Tallinn Texniki Universitetinə (Estoniya) göndərmişəm və may ayında maqistraturaya qəbul olmuşam. Mayın 18 mən bir illik təhsil haqqını ödəmişəm, əlimdə qəbul arayışı var və həmin arayış Moskva şəhərində yerləşən Azərbaycan Səfirliyində təstiqlənib. Lakin mayın sonunda Milli Məclis maqistraturaya möhlət verilməsini qadağan etmək qanunu hazırlayıb. Bu qanun hələ qəbul olunmayıb və məni yöndəmsiz vəziyyətə salıb. Girdiyim universitet Dövlət Proqramın siyahısında var. Azərbaycan Respublikasının hərbi xidmətə çağırışın əsasları qanunun 19 maddəsinə istinad edərək maqistraturaya möhlət verilməlidir. Mənə möhlət veriləcək və ya yox?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Sevinc Eliyeva Soruşur Yazılma Tarixi:03.06.2015 22:41:16

Salam.Men snayper kurslaeina getmek isteyirem.Vete xidmet etmek isteyirem konullu.Men bilmirem hara muraciet edim.Zehemet olmasa mene komek edin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlıq yalnız çağırışçılar üçün təşkil edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən,çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından  35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
Hal-hazırda bu ixtisas üzrə vətəndaşlar üçün ödənişli kurslar təşkil edilmir.
eliyev adil Soruşur Yazılma Tarixi:03.06.2015 22:17:19

salam.men kolleci bitirmiwem ve helede mene cagriw vereqi gelmiyib iyulda butun qrup yoldawlarim kimi getmeliyem ama onlara gelib mene gelmiyib xahish edirem sualimi cavablandirasiz

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Süleyman Sadıxov Soruşur Yazılma Tarixi:03.06.2015 18:34:21

Salam. Xahiş edirəm, sualımı cavablandırasınız. Tibbi şəhadətləndirmə zamanı xəstəliklər cədvəlində qeyd olunan A-3 kateqoriyasının A kateqoriyasından nə kimi fərqi var (xüsusilə onurğa və ayaqda olan deformasiya ilə bağlı olan)?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar  barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 3 nömrəli cədvəli) "a" bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir.
"Hərbi xidmətə yararlıdır A-1" hesab edilmiş çağırışçılar bütün qoşun növlərində həqiqi hərbi xidmət keçmək üçün yararlıdırlar.
"Hərbi xidmətə yararlıdır A-3" hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)
cemile huseynova Soruşur Yazılma Tarixi:03.06.2015 18:33:46

oglum Russiyada tehsil alir ali mektebde 3kursu bitirir.Arayis getirse o gayida bilecek tehsilini davam emek ucun?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar onlara təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün notarial qaydada təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün notarial qaydada tərcümə olunaraq təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər. Təhsilə görə verilən möhlət müddəti bitənədək onlara sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Elvin Abdullayev Soruşur Yazılma Tarixi:03.06.2015 18:03:16

Salam men cagrisciyam hara dusduyumu oyrenmek isdeyirem . Mene nece komeklik gosdere bilersiniz .?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elmar Ramazanov Soruşur Yazılma Tarixi:03.06.2015 17:39:48

Salam bilmək isteyirem mən Gurcüstanda tehsil alıram 2017 ci ilə qədər möhlət hüqüqum var . Tehsilimi bitirincək mənim hərbi xidmətə çağırılma ehtimalı varmı. bilmək isteyirəm. Cavablandırsanz indidən təşəkür edirem

Siz möhlət hüququnuz bitdikdən sonra həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Quliyev Elçin Soruşur Yazılma Tarixi:03.06.2015 17:23:07

Salam mən bu il universiteti bitirdim və hərbi xidmətə çağrıldım, komissiya tərəfindən bel əyriliyimin olduğunu dedilər, yoxlama zamanı skalioz diaqnozu (19) qoydular. Bu da ikinci dərəcəli skalioz hesab olunur. Belə hallarda əsgərliyə aparılırmı ? Əgər aparılmırsa könüllü olaraq necə müraciət etməliyəm ki, məni hərbi xidmətə çağırsınlar. Hansı orqanlara ərizə yazmalıyam xahiş eliyirəm ətraflı cavab yazasınız indidən təşəkkürlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
ELMAR CEFEROV Soruşur Yazılma Tarixi:03.06.2015 16:21:11

salam men CEFEROV ELMAR SEYFEDDIN OGLU IYUL AYINDA ESGER GEDIREM VE HARA DUWDUYUMU BILMEK ISDEYIREM

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897