Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xaqani Emrahov Soruşur Yazılma Tarixi:02.06.2015 01:27:57

Salam men nece oyrene bilerem xidmete iyul ayinda dusurem yoxsa oktyabrda?

Bildiririk ki, sualınızın cavablandırılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Memmedov Yunus Soruşur Yazılma Tarixi:01.06.2015 22:22:33

Salam medemde antral hissede eroziv yaralar var en herbi xidmete yararliyam?

Mədənin selikli qişasının eroziv dəyişiklikləri olan və "Xəstəliklər xədvəli"nin müvafiq qrafaları üzrə şəhadətləndirilən şəxslər müalicə olunur və müalicədən sonra hərbi xidmətə yararlı sayılırlar.
Əlavə olaraq bildiririk ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Elnur Memmedov Soruşur Yazılma Tarixi:01.06.2015 21:04:56

Salam. Men Rusiyada tehsil aliram iyul 2-sinde herbi xidmete cagirilmisam. bilmek isteyirem ki, menim herbi xidmetimin 1 il olmasi ucun Azerbaycanda diplomu tesdiq elemeliyemmi? yaxsa tercume etmeyim bes erdermi?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki, Siz təhsil müəssisəsindən verilmiş diplomun tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş kserosurətini Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.
ferid mamedov Soruşur Yazılma Tarixi:01.06.2015 19:28:17

salam. men bu il kolleci bitirdim ve bilmek istiyirem ki, mene bu il xaricde tehsil almaq ucun Herbi Komissarliqdan mohlet verilmeyecek????????

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Sizə təhsilə görə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Rovshen Ramazanov Soruşur Yazılma Tarixi:01.06.2015 10:35:24

Salam...ali tehsilliyem leytenant kimi getmey uchun evvelceden kursa yazilmaq lazim idi yoxsa karantin muddetinde soruwulur obarede..birse TTM neche ay olur ve orda maash yazilirlar ya yox?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Digər ixtisaslara malik ali təhsilli vətəndaşların isə qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacaqları qoşun növünün komandanlığına müraciət etmələri məqsədə müvafiqdir.
Nurlan velisov Soruşur Yazılma Tarixi:01.06.2015 09:46:43

Salam men universitet qutarmiwam ve leytinant kimi getmek isdeyirem.onun ucun hara ve ne vaxt muraciet etmeliyem?mene hansi senetler lazimdir?nrce oyrene bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Abdulbagi Abdulov Soruşur Yazılma Tarixi:01.06.2015 00:43:35

Salam mən hara düşdümü örgənmək ücün bütün xanlari dolduram amma axir da sivolu yazmaq mükün olmur

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mina Mehtiyev Soruşur Yazılma Tarixi:31.05.2015 20:49:14

Salam, yeni çıxan qanuna göre xanımlar herbi xidmete çağrılır deye bilirem, bes herbide qalıb xidmet etmekçün hansı kriteryalara cavab vermek lazımdı?ümumiyyetle bununçün hara müraciet etmek lazımdı? Ve bir de herbide işlemekçün hara,kime müraciet etmek lazımdı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən təsdiq edilmiş hərbi uçot ixtisasə olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşlarıözlrəinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
ferqane Soruşur Yazılma Tarixi:31.05.2015 20:20:50

men isteyirem herbi de calisam bunun ucun hara muraciet etmeliyem. men ali tehsilliyem tarix ixtisasini ferqlenme diplomu ile bitirmisem men isterdim bilim ki leytinan kimi calisa bileremmi? cunki men mulki mudafie fennini universitetde kecmisem cavab versez sevinerdim

Bir daha nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifəlilər üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Azar Alizada Soruşur Yazılma Tarixi:31.05.2015 19:54:46

Salam.men 2013 cu ilde tibb universitetini bitirmisem.hemin ilde rezidentura imtahani vererek ixtisas qazandim ve herbi xidmetden mohlet aldim.hal hazirda ise turkiyede uzmanliq imtahani verdim ve onu da qazandim.qazandigim universitet dovlet programinin siyahisinda var.men burdan imtina edib orda ise basliyacam.tehsilimin seviyesi yene de rwzidentura olaraq qalir.aidiiyati quruma uygun senedi versem mene mohlet verilecekmi

Bildiririk ki, rezidentura təhsilindən imtina etdiyiniz halda möhlət hüququnuzu itirərək həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Sizə Ankara Tibb Universitetindən təhsil almanız üçün həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Cədvəldə sətir sayı :14891