Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hesenov Sabir Soruşur Yazılma Tarixi:15.06.2015 17:39:24

Salam Men Azerbeycan Dovlet Deniz Akademiyasinin 2015 ci il mezunuyam ve iyul ayinin 1 ne heqiqi herbi xidmete cagirilmisam. Bilmek isterdim ki oz heqiqi herbi xidmetimi Azerbaycan Herbi Deniz Donanmasinda xidmet gostere bilmeyim mumkundurmu?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Emil Aliyev Soruşur Yazılma Tarixi:15.06.2015 17:05:52

Salam herbi mohlet barede etrafli melumat vere bilersiz?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, rayon (şəhər) çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə möhlət verilir:
1. ailə vəziyyətinə görə;
2. sağlamlıq vəziyyətinə görə;
3. təhsilini davam etdirmək üçün.
Həmin Qanunun 18.2-ci maddəsinə əsasən, çağırışa  möhlət hüququnu itirmiş çağırışçılar, habelə hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə həqiqi  hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.

Mamed Mamedov Soruşur Yazılma Tarixi:15.06.2015 17:03:15

Salam,Mən Qfqaz Universitetinde təhsil alıram.Möhlət hüqüqüm 30.06.2015 ci il tarixində bitir,lakin mən tələb olunan kredit yığa bilmədiyim üçün təkrar kursda galdım.Bu barədə arayışı(təhsil bitirmə müddəti 30.06.2016 tarix göstərməklə) və müvafiq əmrdən şıxarışı qeydiyyatda olduğum SHXŞDX idarəsinə təgdim etdikdə mənə həqiqi hərbi xidmətdən möhlət hüqüqü veriləcəkmi?Hər hansı bir qərar hansı qanunda əks olunduğunu qeyd etməyinizi sizdən xahiş edirəm.Əvvəlcədən təşəkkürümü bildirirəm.Hörmətlə Mamed.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Sizin akademik borcunuz olduğu üçün təhsilə görə möhlət verilməsinə qanuni əsas yoxdur.
Ramal Hesenov Soruşur Yazılma Tarixi:15.06.2015 13:58:07

Salam. Məndə 1-ci dərəcəli osteoxondroz, ürəyin anadangəlmə kameralarının geniş olması - ürək ritminin davamlı pozulması(taxikardiya) birdə babasil var. Belə olan halda hərbi xidmətə yararlıyam mı? Və əgər yerli xəstəxanada müalicə almaqdan imtina edirəmsə bu nə ilə nəticələnə bilər? Müalicə üçün qonşu ölkələrdə öz hesabıma müalicə olmaq istəyirəm.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Feride Soruşur Yazılma Tarixi:15.06.2015 13:17:45

Salam men qardasima gore size muraciet edirem. Qardasim 2015ci ilin iyul ayina cagiriw gelmeli idi. Gelmeyib. Qeydiyyat yerini 4 ay evvel deyiwib. Ola bilerki, iyul ayina cagiris gelmesin qalsin oktyabr ayina?Zehmet olmasa cavablandirardiniz?

Qardaşınızın təcili olaraq Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməsi tövsiyə olunur.
Kamran Abdullayev Soruşur Yazılma Tarixi:15.06.2015 13:07:06

Abdullayev Kamran Neriman oglu Men Salyan rayon herbi komissarlig iyul cagriscisiyam.bilmek isterdim men yararliyam herbiye? Menim haqqimda ne qerar verildiyini deyerdiz xais edirem.

Bildiririk ki, Siz 2015-ci ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcəksiniz.
Punhan Tagiyev Soruşur Yazılma Tarixi:15.06.2015 10:01:45

salam men konulu olaraq heqiqi herbi xidmetimi cebhe bolgesinde kecmek isteyirem.2015 il iyul ayi cagriscisiyam

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.
Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
nurlan ezizov Soruşur Yazılma Tarixi:14.06.2015 23:09:19

salam men 2015 ci il aprel ayi cagiriscisiyam..rusiyaya getmek isdeyirem eyer getsem.meni serhedden buraxarlar?

Siz 2015-ci ilin iyul çağırışına cəlb edildiyiniz və çağırış ayının başlanmasına az müddət qaldığı üçün respublika ərazisini tərk etməməyiniz daha qənaətbəxş hesab olunur.
Ramil Soruşur Yazılma Tarixi:14.06.2015 20:28:00

Salam,men universiteti bitirdiyime dair arayışı nə vaxt voenkomata təqdim etməliyəm?Məndə çaöırış iyulun 1i di

Bildiririk ki, təhsilinizi başa vurmağınız haqqında arayışı dərhal Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.
veli Qabilov Soruşur Yazılma Tarixi:14.06.2015 16:48:49

salam.Herbi xidmetden muveqqeti saxlandigim ucun istenilen vaxt erize verib herbi xidmete cagrila bilerem?

Bildiririk ki, səhhətinizlə əlaqədar müvəqqəti olaraq həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna maliksinizsə, vaxtından əvvəl təkrar tibbi  şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz  halda, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilərsiniz.
Cədvəldə sətir sayı :14897