Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Agali Meherremov Soruşur Yazılma Tarixi:19.06.2015 12:17:30

salam men qizirlik kursu ile elaqedar vayenkomata muraciet etmisdim lakin hec bir cavab gelmedi.Bilmek isteyirem qizirlik kursu ne vaxt baslayir?ve nece yazilim kursa ?

Bildiririk ki, "Gizir hazırlığı kursu" Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.
Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Əliyev Elsevər Soruşur Yazılma Tarixi:19.06.2015 12:07:20

Salam, mən ali təhsilli olaraq iyul ayinda hərbi xidmətə başliyacam, hərbi xidmətdə leytenant kimi başlamaq üçün imkanim varmi ? varsa nece ede bilərəm melumat verərdiniz zəhmət olmazsa.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Ruslan Soruşur Yazılma Tarixi:19.06.2015 07:54:03

salam. men Rusiya vetendashiyam ve orada heqiqi herbi xidmet etmishem. Rusiyada yeni bir qanun cixib ki, kanar olkenin vetendashi Rusiya ordusunda muqavile ile qullug ede biler. eshitdiyime gore, Azerbaycandada bele bir qanun var. Rusiya vetendashi ola-ola, Azerbaycan ordusunda muqavile yolu ile qullug ede bileremmi? bele imkan varsa, bu bayrede mene etrafli melumat vererdiniz. teshekkurler

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən, bağlaşma əsasında həqiqi hərbi xidmətə həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Elçin Ağazadə Soruşur Yazılma Tarixi:19.06.2015 02:00:07

Salam.Mən Ali Hərbi Məktəbə sənəd vermək istəyirəm əsgərliyə gedib gələndən sonra verə bilərəm ?.Yaş məhdudiyyəti var ?

Siz xidmətinizi başa vurduqdan sonra qəbul imtahanlarında iştirak edə bilərsiniz.
Nurlan Cahangirov Soruşur Yazılma Tarixi:19.06.2015 01:33:03

Deyirler Iyulun 1i texris olmayacaq.Duzdu?Ne vaxt olar insaallah.

Bildiririk ki,  xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları Azərbaycan Respublikasının Orezidentinin müvafiq aktı əsasənda ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
Imran Allahverdiyev Soruşur Yazılma Tarixi:19.06.2015 00:52:43

Salam.Men herbi komissarligda hekimden muayineden kecdim.Gonderodiler meni basqa xestexanaya.Medede sert qastrit askar edildi.Bele bir veziyyetde men esgerliye getmeliyem? Ya mohlet verib mualice olunmaliyam? Bir de 1-ci qrafa 3a ne demekdir?

Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 3-cü maddəsinin “a” bəndinə I qrafasına “Yoluxucu və parazitar xəstəliklər: müalicə olunmayan və ya çətin müalicə olunan xəstəliklər ” aiddir.
Arif ismayılov Soruşur Yazılma Tarixi:18.06.2015 20:08:57

Mənim oğlum ismayılov Orxanda qan laxtalanması 2 dəqiqə 10 saniyədir norma isə 3-5 dəqiqə olmalıdər həm də rematizma xəstəsidir.Oğlumu hərbi xidmətə aparır xocalı hərbi komisarlığı.Mən nə etməliyəm

Məlum olmuşdur ki, 1997-ci il təvəllüdlü İsmayılov Orxan Arif oğlu 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Xocalı rayon bölməsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və aidiyyəti üzrə müayinəyə göndərilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Xocalı rayon bölməsinə təqdim edildikdən sonra, O.A.İsmayılovun həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ekber Eliyev Soruşur Yazılma Tarixi:18.06.2015 17:16:32

Salam.Mən 10-cu sinifdən Kollecə daxil olmuşam. 1997ci ilin 9 iyun tarixində anadan olmuşam. Əgər kollecə daxil olmasaydım 2015 Sentyabr ayında hərbi xidmətə çağırılırdım. 10-cu sinifdən Kollecə daxil olmuşam.İndi 2ci kursam.Hərbi xidmətə kolleci bitirdikdən sonramı gedəcəm yoxsa kollecin bitməsi gözlənilmir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil  almamış 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Xelil Soruşur Yazılma Tarixi:18.06.2015 16:29:33

Salam.Hepatit B virusuna yoluxmus insan herbi xidmete yararli sayilir? 1 sayli kliniki tibbi merkezde muayineden kecmis ve onlarin demeyine gore aparmaq olmaz.ama paveska gelib.Aydinliq getirerdiniz xahis edirem.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Rustem Nezerov Soruşur Yazılma Tarixi:18.06.2015 01:48:46

Salam, zəhmət olmasa cavablandırın, TTM-də Leytenant rütbəsi verilir 3 ay kursdan sonra? Və TTM haqda daha ətraflı məlumatı hardan əldə edə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897