Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Asif Babayev Soruşur Yazılma Tarixi:20.06.2015 18:09:16

Salam. SHXÇDX-nin Suraxanı idarəsinin iş günlərini və iş qrafikini bildirərdiniz, zəhmət olmasa.

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində günün nizam qaydaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:
- Həftənin I-V günləri 09:00-dan 18:30-dək (13:00-dan 14:00-dək nahar fasiləsi)
- Həftənin şənbə günü 09:00-dan 14:00-dək.
Ömrümov Arzuman Musa oğlu Soruşur Yazılma Tarixi:20.06.2015 15:34:14

Salam mən Ömrümov Arzuman Musa oğlu Kəlbəcər rayon çağrışçısıyam. Gözümdə əyrilik və xayamda qrija var.Bilməy istəyirəmki mən hərbiyə yararlıyam ya yox? əvvəlcədən təşəkkürlər

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.    
Hemzetov Ferid Soruşur Yazılma Tarixi:20.06.2015 15:14:38

Salam men Hemzetov Ferid Arif oglu size bir sualim var. Mende 12 barmag bagirsagda hora var. Buna baxmayaraq herbi komisarligda mene deyiller serencam verilib. Ve gonderdiler xestexanaya muayineden kecdim qastrit askar edildi. Men sikayetimi hara bildire bilerem. Ve birde sorusmaq isdeyirem 12 barmag bagirsagda hora olanda esger yararsiz sayilir? Tesekkurler

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Əlavə olaraq bildiririk ki, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi olan çağırışçılar 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Vasif Aliyev Soruşur Yazılma Tarixi:20.06.2015 13:31:44

Salam. men universteti bitirb herbi xidmete gedirem. Bilmek isteyirem ki leytenant olmaq kecen illerde oldugu kimidi (ilk 1ci ay senedler yigilir) yoxsa deyisilikler var. varsa zehmet olmasa deyerdizde.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
LACIN MOVSUMOV Soruşur Yazılma Tarixi:19.06.2015 19:47:07

kesfiyyatciliga nece yasdan gotururler

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar üçün bir neçə xüsusi hərbi ixtisas üzrə hazırlıq kursları təşkil edilir. Lakin hal-hazırda kəşfiyyatçı ixitsası üzrə müvafiq sifarişlərin olmaması səbəbindən vətəndaşların bu ixtisas üzrə hazırlığı keçirilmir.
Bununla yanaşı, həvəskarlar üçün qeyd etdiyiniz ixtisas üzrə yeni formatda ödənişli kursların təşkili nəzərdə tutulmuşdur. Kursların fəaliyyətə başlaması ilə əlaqədar məlumat əldə etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qatdaşları 99 ünvanında yerləşən İcra Orqanına müraciət etməyiniz məqsədəuyğundur.   
Yusif Rustemov Soruşur Yazılma Tarixi:19.06.2015 18:59:31

Salam bu gun esitdim ki xaricde tehsil alanlara mohlet verilmir bu duzdurmu???

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hal-hazıradək hər hansı qanunvericilik aktı daxil olmamışdır.
Tebriz Cahangirli Soruşur Yazılma Tarixi:19.06.2015 16:04:39

Salam.Men 2015 ci iyul cagiriscisiyam.Ali Tehsiliyem Milli Meclisde praktikada olmusam xarici dil bacarigim var 177 boyum 80 kq kecideyem Menim. en coox istediyim MTN ve Milli Qvardiyada xidmet etmekdi bunun ucun ne ede bilerem.Xhw edirem cvblandirasiz onceden Twkler

Bildiririk ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrinin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi üçün çağırışçıların seçimi adı göstərilən qoşun növləri tərəfindən aparılır.
Natig Shirinov Soruşur Yazılma Tarixi:19.06.2015 15:24:45

salam.Men Sirinov Natig Ferman oglu.Goranboy rayonundanam.02.06.1997 tevelludluyem. Meni yoxlanisha cagirdilar Bakiya gonderdiler martdada 3-6 ay vaxt verildi. Tezden mayda cagirdilar yoxlanishlardan kechdim ama hele cagirisim gelmeyib. Cavabda cixmir gedecem esger ya yox.hemin rayonun idaresindende sorusuram cavabin gelmeyib deirler. Men ne vaxt gedecem bes? Iyulda getmirem eger gelmirse?

Siz, 04.05.2015-ci il tarixdə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 65-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə uyğun olaraq "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Əlavə olaraq bildiririk ki, hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Xidmətin Goranboy rayon şöbəsinə müraciət etməlisiniz.
kenan musayev Soruşur Yazılma Tarixi:19.06.2015 15:20:04

salam men musayev kenan sefer oglu 1993 cu ilde ZAQATALA RAYONUN ASAGI tala kendinden anadan olmusam menim 22 yasim var meni esgerliye aparmilar konullu olaraqda erize vermisem muayneye BAKI siti hosbitalina gonderibler ve saglamam mene ne HERBI kamisar hec bir soz demir nede esgere cagirmilar bildiriler ki mein senedlerim siti hosbitalindadi olar gondermiler axi neye gore indiyene kimi meni aparmillar herbi xidmete

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasına əsasən "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilmisiniz.
Maral Necefli Soruşur Yazılma Tarixi:19.06.2015 13:04:49

Salam men BDU- nun Jurnalistika fakultesinin 4-cu kursuna kecmisem. Bu il universiteti bitirdikden sonra konullu herbi xidmete daxil olmaq isteyirem. Bunun ucun ne vaxt ve hara muraciet etmeliyem. Mene lazim olan senedler hansilardir.? Evvelceden tesekkurler...

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Bİldiririk ki, Siz xidmət etmək istədiyiniz qoşun növünə müraciət edərək hansı sənədləri  təqdim edəcəyiniz barədə məlumat ala bilərsiniz.
Cədvəldə sətir sayı :14897