Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Həsənov Soruşur Yazılma Tarixi:24.06.2015 01:22:02

İlk öncə salam.Sizə sualım ondan ibarətdir ki,mən asma bronxilit xəstəliyi ilə əlaqədar olaraq 16 yaşıma pensiya almışam.Buna görə mənə əlillik vəsiqəsidə verilib.Hərbi xidmətə getmək üçün yoxlamadan keçdim və bu xəstəliklə əlaqədar olaraq məni Bakı şəhər ağ ciyər xəstəlikləri institutuna göndərdilər.Burada yoxlandım və sağlam olduğum məlumatı verildi.Bilmək istəyirəm ki,mən hərbi xidmətə gedəcəm? Diqqətinizə görə təşəkkür edirəm. Hörmətlə Elvin

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elnur Memmedov Soruşur Yazılma Tarixi:23.06.2015 23:52:13

Men 2011ci ilde Turkiyede universitete daxil olmusam,komissarliqdan 4 il mohlet verilmistir,universitet muddeti bir il daha uzanib, buna gore mene mohlet verilir mi universiteti qurtarim?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Sizə təhsilə görə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Elnur Hüseynov Soruşur Yazılma Tarixi:23.06.2015 22:38:05

Salam. Mən Azərbaycan Texniki Universitetinin, Radiotexnika və Rabitə fakultəsinin, Çoxkanallı telekommunikasiya sistemləri ixtisası üzrə cari ilin məzunuyam. Özüm Rus sektoru olmaqma baxmayaraq Azərbaycan dilində sərbəst danışa, yaza və başa düşə bilirəm. Gələn ayın 2-si həqiqi hərbi xidmətə yollanıram. Bilmək istərdim ki hərbi xidmət vaxtı məni Rabitə bölüynə, yaxud kompüter proqram-aparat təminatı üzrə bir mütəxəssis kimi yaza bilərlər? Və ümumiyyətlə buna hər hansısa rəsmi müraciyət etmək, yaxud ərizə yazmaq olarmı?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
ezizli mehemmed Soruşur Yazılma Tarixi:23.06.2015 21:52:32

salam. hansi herbi hissede xidmet edeceyimi nece oyrene bilerem ? ve ali tehsilliyem nikadr leytinant olmaq ucun ne etmeliyem ? xais edirem cavablandirasiniz

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr  tarixlərində aktivləşir.
Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Cəlal Bayramov Soruşur Yazılma Tarixi:23.06.2015 12:47:50

Salam. Men Seferberlik ve heqiqi herbi xidmete cagriş orqanlarinda calişmaq isteyirem. Bu ucun kecirilecek musabiqe ile nece maraqlana bilerem?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verildikdən sonra namizədliyinizə baxıla bilər.
Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Kamran Kerimov Soruşur Yazılma Tarixi:23.06.2015 12:44:20

Salam. Men ali tehsiliimi basha vurmusham.Bitirdiyim universitetden aldigim arayishla(yeniki heqiqeten universiteti bitirmishem)heqiqi herbi xidmet muddetinde ehiyatda olan zabit kimi qulluq ede bilerem.Ixtisasim kompyuter elmleridi.Bilmek istiyirem ixtisas rol oynuyur.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Balaş Fərzizadə Soruşur Yazılma Tarixi:23.06.2015 12:13:37

Ali tehsilliyem lakin kesrim oldu Bilmek isteyirem bu herbi xidmeti 1 il yox 1 il 6 ay edeeceyem demekdir?

Bildiririk ki, ali təhsil müəssisələrində tam təhsilini bitirməmiş çağırışçılar 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Seymur Əhmədov Soruşur Yazılma Tarixi:23.06.2015 11:47:44

Salam. Uşaq Kiyev Dövlət Universitetinin bakalavr pilləsində bu il təhsilini bitirir. Təhsilini davam etdirmək üçün sənədləri həmin Universitetin magistraturasına vermişdir. Əgər Kiyev Dövlət Universitetinin magistraturasina daxil olunsa, ona həqiqi hərbi xidmətdən möhlət veriləcəkmi? Öncədən minnətdaram.

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Balaş Fərzizadə Soruşur Yazılma Tarixi:23.06.2015 11:43:17

Salam mene cagiris vereqesinde cagiris 01.07.2015-ci il tarixine gosterilib Bilmek isteyirem ki Ele hemin tarixdede herbi xidmete gonderilecem? Herbi xidmetde oldugum muddetde ise leytenant ve ya her hansi herbi rutbe alaraq xidmet etmek ucun hara muraciet etmeliyem? cox sagolun

Bildiririk ki, Siz həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndəriləcəksiniz.
Zabit kimi xidmət keçmək istəyinizlə bağlı isə xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Sayilov Turan Soruşur Yazılma Tarixi:23.06.2015 10:38:34

Salam men 2012 ci ilde od kisesinde das olduquna gore emeliyyat olmusam emeliyyatda menim od kisem goturulubdu. 2012 ci ilde meni 3 illik esgerlikden saxlanildim.yene caqiris gelib. Men herbi xidmete getmeliyem ya yox.

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897