Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Həsənli Tural Soruşur Yazılma Tarixi:26.06.2015 15:34:44

salam. men ali tehsilliyem ve zabit kimi xidmet etmek isteyiriem. milli orduda zabit kimi xidmet etmeyin mumkun oldugunu bilirem, daxili qoshunlarda ve serhed qoshunlarında da zabit kimi xidmet etmek mumkundurmu?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Ferid Asgarov Soruşur Yazılma Tarixi:26.06.2015 14:27:42

Salam, menim qardashim hal hazirda Gencede herbi xidmetdedi. 2014 cu il yanvar chagirishchisidir. Texris olmalari ile baghli serencam verilsede Herbi hisseden ayin biri buraxmayacaqlari barede melumat veribler, ayin 25-i texris edecekler deyibler. Gence 1-ci korpusun herbi hissesi.

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
Raman siriyev Soruşur Yazılma Tarixi:26.06.2015 13:37:52

Salam men herbide suruculuk vesiqesini ala bilerem.bunun ucun ne etmek lazimdir.eger alaramsa hemin suruculuk vesiqesi seherde tanilir .indiden tesekkur

Bildiririk ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sürücülük vəsiqəsi yalnız Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (hal-hazırda Baş Dövlət Yol Polisi İdarəsinin) imtahan-qeydiyyat məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən verilir. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası ərazisindəki bütün yollarda müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verir. Eyni zamanda, qeyd edilən qanunun tələblərinə əsasən sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir. Müvafiq qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün sürücü ixtisası üzrə hazırlıq kursu təşkil edilə bilər, lakin yuxarıda qeyd edildiyi kimi sürücülük vəsiqəsi yalnız BDYP-nin struktur qurumları tərəfindən verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə sürücü ixtisaslı mütəxəssis kimi müddətli həqiqi hərbi xidmət keçmək istəyən şəxslər üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi kurslar təşkil edir.
Zabit Məmmədov Soruşur Yazılma Tarixi:26.06.2015 13:32:13

Salam.ali tehsilli ve milli ordunun ehtiyatda olan zabiti sizin idareye ise zabit kimi duzele biler yoxsa mulki isci kimi??

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verildikdən sonra  namizədliyinizə baxıla bilər.
Vətəndaşların  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticəsindən asılı olaraq müəyyən edilir.
Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Memmedov Yunus Soruşur Yazılma Tarixi:26.06.2015 12:18:26

Memmedov Yunus Suraxani rayon herbi kamissarlig iyul cagriscisiyam. .Men bilmek isteyirem Merkezi Kamisyanin qerari ne vaxt cixir?

Bildiririk ki, Siz 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Suraxanı rayon idarəsində tibbi şəhadətləndirilmisiniz. Sizə səhhətinizlə əlaqədar altı ay çağırışdan möhlət verilməsi barədə çağırış komissiyası tərəfindən qərar qəbul edilmişdir
Ayten Ibrahimova Soruşur Yazılma Tarixi:26.06.2015 11:24:04

Salam. Men Azerbaycan Dovlet Iqtisad universitetini 2009 cu ilde ferqlenme ile bitirmisem. 1 il ADSK de calismisam. Bilmek isderdim SHXÇDX de işləmək ucun hara muraciet etmeliyem.Qeyd edim ki herbi rutbe almag isdeyirem. Tesekkurler.

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Refail Esedov Soruşur Yazılma Tarixi:26.06.2015 06:14:02

Salam. Men ehtiyatda olan zabitem. Rutbem bash leytenantdir. Men ehtiyatda olan zabitin herbi biletini itirmishem. Cox xahish edirem mene hara muraciet etmeli oldugumu, teqdim edeceyim senedleri ve cerimenin miqdarini deyerdiniz. Onceden teshekkurler.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinadsiz saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən 50 mana miqdarında cərimə) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Bu səbəbdən mövcud sənədlərinizlə qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.
Anar Aliyev Soruşur Yazılma Tarixi:26.06.2015 01:01:13

Men Seferberlik ve herbi xidmete cagris uzre dovlet xidmetinin Tovuz rayon bolmesine ise duzelmek isteyirem. Senedlerimi elektron sekilde sizin sayta yollamisam. Kecirilecek imtahanin vaxtini deyerdiz .

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
Nicat Soruşur Yazılma Tarixi:26.06.2015 00:36:29

SALAM .1 İLLİK XİDMET UCUN DİPLOMUN SURETİNİ HERBİ HİSSEYE EN GECİ NE VAXT TEQDİM OLUNMALİDİR.EVVELCEDEN TESEKKUR

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun nptarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri müddətdə hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Elvin Atakisizade Soruşur Yazılma Tarixi:25.06.2015 23:02:37

Salam, Men istanbulda özel universitetde öz hesabıma tehsil alıram. Eyni anda universitetde ikinci bir ixtisas oxumağa haqq qazandığım üçün tehsil müddetim1 il daha uzanacaq. Yeni normalda 2017 bitireceyime dair sened vermişdim lakin 2018e qeder uzayacaq ikinci ixtisasımdan dolayı. Bunun ücün mene 1il daha möhlet verilecek mi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Cədvəldə sətir sayı :14897