Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şahverdiyev nicat Soruşur Yazılma Tarixi:29.06.2015 11:25:08

Salam men bu il universiteti bitirmişem ve iyul ayının 2 de heqiqiq herbi xidmete çağırış günümdür , amma yıxılıb dizimi zedelemişem , hekim 10-15 güne tam sağalacağımı deyib, bu müddete mene möhlet verile biler?

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
hesenov huseyn Soruşur Yazılma Tarixi:29.06.2015 10:36:00

men 2ci derece skalyozam ve hec bir iw gormesemde belimde agrilar olur mene mohlet verilecek yoxsa yox..

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Nurlan velisov Soruşur Yazılma Tarixi:29.06.2015 06:22:37

Salam men ali tehsilliyem.Esgerliye esger kimi yox nikadr leytinant kimi cekmek isdeyirem.bilmek isderdim ki,leytinant getmek esgerlikde nece muddetden sonra oxumaqa gonderirler??

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Əlisəfa Rəhmətli Soruşur Yazılma Tarixi:29.06.2015 00:47:24

Salam . Men hal hazirda universitet telebesiyem 1 ilden sora in sa Allah esgerlik vaxdimdi ve men muqavileyle olan 1 il 8 ayliq herbi formasi haqda melumat almaq isteyerdimki herbi isseye nece gedeceyimi qerarlasdira bilem. Mumkunse komek ederdiz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Zabit kimi xidmət keçmək istəyinizlə bağlı isə xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Rasim Əliyev Soruşur Yazılma Tarixi:28.06.2015 23:39:02

salam, men futbolla məşğulam professional olaraq.Əsgərliydə futbol yarışları olur ?

Qeyd etdiyiniz məsələ ilə bağlı tədbirlər xidmətdə olacağınız hərbi hissənin daxili nizam qaydalarına uyğun olaraq həyata keçirilir.
Azer Abbasov Soruşur Yazılma Tarixi:28.06.2015 23:33:31

salam. men universitet bitirmiwem ve sulhmeramli kimi hansi kriteriyalar teleb edilir onunla bagli maraqlaniram. men nece herbi xidmetimi sulhmeramli kimi yerine yetire bielrem. bunun ucun ne etmeliyem?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Anar Əlizadə Soruşur Yazılma Tarixi:28.06.2015 21:35:21

Salam .Men virus Hepatit B xestesiyem bilmek isteyirem ki heqiqi herbi xidmete yararliyam yoxsa yox?

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Samir Islamli Soruşur Yazılma Tarixi:28.06.2015 21:18:17

salah. men bilmek istirem, iyul ayinda ehtiyata buraxialcaq muddetli herbi qulluqcular, texminen iyulun hansi gunlerine tesaduf edecek. Milli orduda meselen

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Huseyn Bayramov Soruşur Yazılma Tarixi:28.06.2015 21:14:19

Salam. Mene hele cagiris haqda hecne gelmiyib ama iyul ayi getmeliydim deye bilirdim eger gelmeyibse mene gelen Otpravkaya qala bilerem yoxsa gelecey..

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
vusal elizade Soruşur Yazılma Tarixi:28.06.2015 19:14:14

salam.men idmanla mewgul oluram.carI ilin iyul ayinda herbI xidmete gedecem.bilmek isteyiremki hansisa herbi hissede idmannan mewgul olmaga werait var,hansisa qadaga yoxdurki?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı tədbirlər xidmətdə olacağınız hərbi hissənin daxili nizam qaydalarına uyğun olaraq həyata keçirilir.
Cədvəldə sətir sayı :14897