Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Məmmədov Soruşur Yazılma Tarixi:29.06.2015 22:15:04

Mən orta ali təhsil almışam 20 yaşım var, bu il kolleci bitirmişəm. Xəzər rayonu Mərdəkan hərbi komissarlığı göz müayinəsi edib, əlaqə nömrəsi alıb get dedilər. İyul ayında hərbi xidmətə getmək istəyirəm, amma mənə heçbir söz demirlər bu haqda nə yararsız olduğum nədə iyul ayında gedib getmiyəcəyim barədə xəbər yoxdu. Nə etməliyəm bu halda?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və təvəllüdünüz göstərilməlidir.
orxan qurbanov Soruşur Yazılma Tarixi:29.06.2015 22:11:48

qowun novu yazilib lakin harada xidmet edeceyim gosterilmeyib

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Kamran Memmedov Soruşur Yazılma Tarixi:29.06.2015 21:29:35

salam men daxili qosunlara dushmushem amma hansi bolge olduqunu bilmek isteyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Ceferli Elnur Soruşur Yazılma Tarixi:29.06.2015 20:44:44

Menim oglum dovlet serhed xidmeti qoshununa dushub.Texminen hansi rayonda,ya sheherde ola biler? O ali tehsillidir,leytenant olmaq isteyir,hem de idmanchidir. Hara muraciet etsin?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Nermin Mustafayeva Soruşur Yazılma Tarixi:29.06.2015 20:17:34

Salam alekum..men tibb kollecinin 2ci kursunu bitirdim mektebi bitirmeyime ise 1 il qalib..hemise arzum snayper olmaq olub.dekabrda 25 yasim tamam olacaq.bilmek istiyirdim bu mumkundurmu?mumkunse men hara ve nece muraciet etmeliyem?zehmet olmasa cavablandirardiniz..

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması, eləcə də 17 yaşına çatmış kişi cinsli vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin prioritetlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Xidmət tərəfindən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq yalnız çağırışçılar üçün təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmət keçmiş kişi cinsli vətəndaşlar və qadınlar üçün snayper ixtisası üzrə hazırlıq kursları təşkil edilmir.
Fuad Hüseynzadə Soruşur Yazılma Tarixi:29.06.2015 19:59:28

Salam,xidmet edeceyim qoşun növü məlumdur ancaq,xidmət yeri göstərilməyib.Öyrənmək üçün nə etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
metleb abdullayev Soruşur Yazılma Tarixi:29.06.2015 19:48:21

Salam men iyul cagriscisiyam men dsx ya dusmusem dsx nedi haradi harada yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Fərid Paşazadə Soruşur Yazılma Tarixi:29.06.2015 19:01:32

Salam, mən saytdan xidmət edəcəyim qoşun növünü öyrəndim, bəs hansı bölgədə xidmət edəcəyimi haradan öyrənim?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
vusal agazade Soruşur Yazılma Tarixi:29.06.2015 18:02:58

menim 17 yasim var,orta mektebi bitirmemisem konullu olaraq herbi xidmete gede bilerem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Siz 18 yaşının tamam olduqdan sonra həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Sahib heyderov Soruşur Yazılma Tarixi:29.06.2015 17:45:54

Men 4illik mohlet almiwam universitetle elaqedar indi meni iyul ayinda eskerliya cagiriblar .Kamissiyadan cixmiwam. Amma evde anam atam xeste oldugu ucun,esasen anamin emeliyyati ile elaqedar 3aylik möhlet isteyirem cunki ayagindan emelyat olunir ve mueyyen muddet erzide qorunmasi vacibdir. Yegane eve komek olacaq adam men oldugu ucun mohlet isteyirem.Arzumda zabit olmaqdi ,isteyirem mohletden sora Azerbaycan respublikasina layiqli zabit olum. Buna gore ne etmeliyem ?Menim getmek fikirim var idi amma allahin yazdigindan qacmaq olmur. Men ne etmeliyem?

Bildiririk ki, Siz 2015-ci ili iyul çağırışına cəlb edilərək həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinin komandasına təyin edilmisiniz.
Sizə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.
Zabit kimi xidmət keçmək məsələsi ilə əlaqədar isə xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Cədvəldə sətir sayı :14897