Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşən bağırov Soruşur Yazılma Tarixi:30.06.2015 01:07:15

Salam.men leytenant kimi qulluq etmey isteyirem.ozumde bu il ali tehsilimi basa vurmusam.bilmek isteyremki leytenant kimi qulluq etmey bir il doqquz aydirmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Sadiqova Sefeq Soruşur Yazılma Tarixi:30.06.2015 00:59:27

snayper kursuna yazilmaq ucun hara muraciet etmek lazimdir?

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması, eləcə də 17 yaşına çatmış kişi cinsli vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində prioritet istiqamətlərdəndir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Xidmət tərəfindən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq yalnız çağırışçılar üçün təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmət keçmiş kişi cinsli vətəndaşlar və qadınlar üçün snayper ixtisası üzrə hazırlıq kursları təşkil edilmir.
cahid ibrahimov Soruşur Yazılma Tarixi:30.06.2015 00:51:38

salam.men iyul ayinda esgerliye getmeliyem .menim qolumda yungul derecede kesikler oldugu ucun meni mingecevir vayankamati 1sayili pisixatriya xestexanasina gnderdi 1gun xestexnada qaldim ve hekimler terefinden yoxlanis oldu yoxlanis zamani hekimler hec bir sual vermeden anketime nerastiya xesteliyi yaziblar.Mingecevirdeki pisixatriya sobesine yoxlanisdan kecdim orda hekim mende nevrastiyanin hec bir elameti olmadigini bildirdi..cagiris sobesine yaxinlasaraq xidmet etmeyimi istiyirem meni xidmete gonderin ve rehber mene bildirdi ki sen herbiye yararli deyilsen xahis edirem bu sualimi cavablandirasiniz.Men herbi xidmete getmek isteyirem xidmeti bitirdikden sonra veten qulluxcusu kimi qullugumu davam etdirek isteyirem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə təqdim edildiyi halda mümkündür.
Kamil Soruşur Yazılma Tarixi:30.06.2015 00:46:55

salam, burda ancaq qowun novu gosterilib , soruwmaq isterdimki bes hansi rayona duwduyumuzu nece oyrenek?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Daşqın senanlı Soruşur Yazılma Tarixi:30.06.2015 00:15:26

Salam. Mən Hipofiz Adenomu xəstəliyindən əziyyət çəkirəm. Hərbi xidmət üçün yararlıyammı ?

Çağırışçıların “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları” üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 12-ci və 13-cü maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Əlavə olaraq bildirirəm ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Asef Behbudlu Soruşur Yazılma Tarixi:30.06.2015 00:08:49

Salam. Men DSX - ne duwmuwem bilmek isteyirem orda leytnantligi oxuya bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız Dövlət Səhəd Xidmətinin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Nicad Nagdiyev Soruşur Yazılma Tarixi:29.06.2015 23:38:27

salam DSX de hansi rayona düşdüyümü necə öyrənə bilərəm,

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
taceddin abdullayev Soruşur Yazılma Tarixi:29.06.2015 23:36:41

Men ali tehsilliyem herbi xidmetde nece leytinantliqi oxuya bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Kamran Memmedov Soruşur Yazılma Tarixi:29.06.2015 23:00:48

salam men daxili qosunlara dusmusem amma hansi bolge bilmirem neter orgene bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı təyin olunduğunuz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Reşad Sofulu Soruşur Yazılma Tarixi:29.06.2015 22:41:05

SALAM.Meni gozumdeki zeiflikle elaqeder Zerife Eliyeva adina goz inistitutunda herbi xidmete yararsiz yazdilar.amma men herbi xidmete getmey isdiyirem.bu mumkundurmu?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildirirəm ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897