Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tağıyev Dayandur Əlibala oğlu Soruşur Yazılma Tarixi:30.06.2015 17:42:16

Mənim oğlum Dövlət Dəniz Akademiyasın bitirib olarmı ki, o hərbi xidmətin dəniz donanmasında xidmət etsin.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Rufulla Cəfərov Soruşur Yazılma Tarixi:30.06.2015 17:33:47

Salam. Mən 2006-cı ildə hərbi xidmətimi bitirmişəm. MAXE kimi hərbidə çalışmaq istəyirəm. Lakin atam həbsdə olduğundan mənə dedilər ki, icazə verilmir. Bu nəqədər doğrudur. Zəhmət olmasa cavab yazardız

Bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanının və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
metleb abdullayev Soruşur Yazılma Tarixi:30.06.2015 17:21:06

Salam men xidmet etdiyim nov dsx baki 3 ay sonra bolunduyde men yene dsx ya xidmet edecem

Bildiririk ki, çağırışçıların təyin olunduqları qoşun növünün sonradan dəyişdirməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Sadiq Abdurrehmanov Soruşur Yazılma Tarixi:30.06.2015 17:11:50

Mende ayin biri cagrisdi.ama universtetde oxudugum ucun ayin 3u dovlet imtahanim var.herbi kamisarliqda deirki ayin 1i mutleq getmelisen.

Bildiririk ki, Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar təyin olunduqları hərbi hissələrə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafikə əsasən göndərilirlər. Sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Taleh Memmedzade Soruşur Yazılma Tarixi:30.06.2015 17:07:19

Salam. Bilmək istərdim zabitlərin müddəti nə qədərdir ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır).
samir əliyev Soruşur Yazılma Tarixi:30.06.2015 15:43:02

men gurcustanda universitet oxuyub qutarmiwam .indi herbi xedmete leytenant kimi getmey isdiyirem bunun ucun diplomumu tesdiqletmeliyemmi ..hal hazirda diplomumda aposter pecati var

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri müddətdə hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.          Qeyd etdiyiniz digər məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Balacayev Alqayid Soruşur Yazılma Tarixi:30.06.2015 15:36:57

DSX-de geyimde pasibka varmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Babək Eynullayev Soruşur Yazılma Tarixi:30.06.2015 15:11:49

Salam.Sizin idarədə işə qəbul olmaq üçün seçilmiş namizəd imtahani hansi üsula keçirilir və imtahan sualari hansi fənləri əhatə edir?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul oluna bilərlər. Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünyagörüşləri yoxlanılır.
Əhmədov Ramin Soruşur Yazılma Tarixi:30.06.2015 14:47:00

Salam. Men dislerim arasinda mesafenin normadan cox olmasi sebebinden herbi xidmetde olmamisam. Naxcivan MR Şahbuz rayonu kolani kendi de qeydiyyatdayam. 2 defe herbi komissiyadan keçmisem ver her ikisinde eyni netice ile yeni dislerim arasinda mesafe normadan artiq olmasi sebebinden novbeti komissiya 3 il sonra yeniden yoxlanmaq ucun senedim mohurlenib. (Birneçe hekimlerle meslehetdesmisem disler arasindaki mesafe bu yaşda düzəlməsi mümkün deyil ve bunu komissiyanin hekimleri elecede diger hekimler tesdiqleyir) Xesteliyin duzelmeyeceyini bilerek niye vetendasi get-gele salirlar bezende pul teleb edirler. Men halhazirda aileliyem ve 1 usagim var. Baki şeherinde yaşayiram. Hər komissiya zamani qeydiyyatda oldugum rayona getmeliyem ve 7-10 gun sened dalinca qacmaliyam. Buda menim ucun maddi cehetden cetinlikler yaradir. Sizdən xahiş edirem mene komeklik edesiniz. Birdefelik yada ki uzun muddetli yeniden yoxlanilmaq ucun möhrün vurulmasi mümkündürmü ya yox? Eks teqdirde yazaraq Cənab Prezidentə müraciət edecəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd olunan Qanunun tələblərinə əsasən Siz hər 3 ildən bir təkrar tibbi müayinədən (şəhadətləndirilmədən) keçməlisiniz.
Huseynli Nizami Soruşur Yazılma Tarixi:30.06.2015 14:06:04

Menim 22 yasim var herbi xidmete mehdud yararliyam ve indi konullu herbi xidmete getmek isteyirem ne edim,

Bildiririk ki, yalnız rayon çağırış komissiyasının qərarı ilə  hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Siz vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilərsiniz.
Cədvəldə sətir sayı :14897