Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Quliyev Elman Soruşur Yazılma Tarixi:02.07.2015 13:30:04

Salam men ali mektebi bitirmisem indi muddetli heqiqi herbi xidmete cagirilmisam. Teyinat mudafiyye nazirliyine verilib. Bilmek isteyirem ki, muddetli heqiqi herbi xidmet dovrunde zabit rutbesi (leytenant) ala bileremmi. Mumkunse cvblandirardiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Əhmədov Soruşur Yazılma Tarixi:02.07.2015 13:00:16

Salam . Mən universiteti bu il bitirmişəm amma hələ də çağırış vərəqəsi göndərilməyib . Qeyd edim ki , mənlə eyni vaxtda bitirənlərə çağırış vərəqəsi göndərilib . Xahiş edərdim nə etməli olduğumu və ya bu barədə məlumat verəsiniz . Təşəkkür

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Allahverdiyev Elnur Soruşur Yazılma Tarixi:02.07.2015 12:12:13

Salam menim gozumde cox az miqdarda zeiflik var ve esger gedenlerin ekseriyyetinde -2 ve daha cox olanlari xidmete yararlidir amma menim gormeyimde hec bir problemim yoxdu meni herbi xidmete aparmillar ne etmeliyem men ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Vüqar Yaqubov Soruşur Yazılma Tarixi:02.07.2015 11:51:07

Mən hərbi hissələrdə zabit kimi necə işləyə bilərəm ???

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Mehdizadə Süleyman Soruşur Yazılma Tarixi:02.07.2015 11:23:43

Salam. Burda yoxladım, xidmət edəcəyim qoşun növü MTN yazdı. Amma hansı rayon, hansı hissə üzrə onu bilə bilmədim. Onu necə öyrənə bilərəm ? Müvafiq nazirliyə müraciət edin yazacaqsınızsa, müraciət etmişəm onlar da hərbi hissədən soruşmağımı dedilər. Məlumat verin, zəhmət olmasa.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
araz memmedov Soruşur Yazılma Tarixi:02.07.2015 08:50:58

salam.men herbi xidmetden xestelikle elaqedar yarimciq gelmisem(2b madde)yeniden qayitmaq isteyirem.sizce qayida bilerem

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Emil Soruşur Yazılma Tarixi:02.07.2015 02:57:17

Salam, men 2016-ci il yanvar ayı çağrışcısıyam, bilmek isterdim ki, eger men attestatla xarici universitetlere daxil olsam mene mohlet verilecekmi?

Bildiririk ki, respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən, lakin keçid balını yığa bilməyən 18 yaşı tamam olmuş çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Mirzoyev Islam Soruşur Yazılma Tarixi:02.07.2015 02:52:41

salam men DQ duwmuwem bilmek istiyiremki orda leytinant oxumaq olur ?

Bildiririk ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Efrayil Poladov Soruşur Yazılma Tarixi:01.07.2015 20:38:56

Salam.Men 2015 mayda 11 ci sinifi gurtardim.iyulda tqdk gebul imtahanina girmeyime tam huququm var ve kaykomat da icaze verib.Eyer men Turkiye Universitetini asestatla gazansam Vaynkomatdan inustutu oxumag ucun möhlet kagizi ala bileremmi? Xais cavablandirin

Bildiririk ki, 2014/2015-ci tədris ili üçün respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən, lakin keçid balını yığa bilməyən 18 yaşı tamam olmuş çağırışçılar oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Seyfullayev Mehemmed Soruşur Yazılma Tarixi:01.07.2015 18:55:50

salam men de ikinci dereceye yaxin skaliyoz onurga eyriliyi var elede boyuk prablem deil iyul cagirirsi herbi xidmete gedmeliyem vayenkamatda deyir cagiranda gelersen ne mualice yazir nede cagirir nece ede bilerem?iyul cagirisi xidmete getmek isdiyirem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Cədvəldə sətir sayı :14897