Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azad Nureddinov Soruşur Yazılma Tarixi:03.07.2015 13:47:56

Salam.Mən 24.08.1997 anadan olmuşam.Bu il kollecin birinci kursunu qurtarmışam.amma 2015-ci ilin oktyabrında əsgər gedməliyəm.Mən isə kolleci qurtarıb getmək istəyirəm.necə eləyə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Qeyd etdiyiniz məsələ ilə bağlı dəqiq məlumat almaq üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Əli Abbasov Soruşur Yazılma Tarixi:03.07.2015 13:08:56

Salam.mən universiteti bu il bitirdim.Məndə hepatit b virusu ilə əlaqədar müalicə alıram.semaşkaya yoxlanışa göndərildim və son nəticə olaraq b virus daşıyıcısı kimi müəyyən olundu.İndi bilmək itərdim mən xidmətə gedəcəm yoxsa yox

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Huseynov Orxan Soruşur Yazılma Tarixi:03.07.2015 12:36:39

Salam meni herbi xidmete cagiriblar bu ay ucun.1ci ve 2ci siyahida adim cixmadi bilmek isteyirem 3cu siyahi olur ya yox.

Sualınızın cavablandırılması üçün atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
XEYAL AGALARZADE Soruşur Yazılma Tarixi:03.07.2015 12:35:38

SALAM.MEN IYUL CAGRISCISIYAM,IYUL AYININ BIRINE PAVESKA GELIB ,AMMA MEN IYULUN 1 VOENKOMATA YAXINNASDIM MENE DEDILER KI SENIN ADIN SERENCAMDA YOXDUR.BUNUNLA BAGLI MENE ETRAFLI MELUMAT VERIN.

Sualınızın cavablandırılması üçün atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Elvin Atakisizade Soruşur Yazılma Tarixi:03.07.2015 12:09:06

Salam, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarının siyahısına nece baxa bilirik?

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrinin və onların filialları haqqında məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Rəsulova Nigar Müseyib qızı Soruşur Yazılma Tarixi:03.07.2015 12:07:50

Salam. Ukraynada ali təhsil almış Azərbaycan vətəndaşı neçə ay müddətinə hərbi xidmətə çağırılır?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Məmməd Soruşur Yazılma Tarixi:03.07.2015 11:59:57

Mən ehtiyatda olan zabitəm.kapitan 18 il iş təcrübəm var. Bununla əlaqədar Mən Gənlərin Cağırışa Qədər Hazırlığı müəllimi olmaq istəyi ilə təhsil nazirliyinə elektron ərizə ilə müraciət etdim amma mənə ordan bildirdilər ki,SHXÇDX-nə müraciət edim.Mənə bu məsələnin aydınlaşdırılmasında zəhmət olmasa kömək edin.Həm mən Sizin portaldan qeydiyyatdan keçmişəm.Mənə kömək edin zəhmət olmasa

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi  hazırlıq” Əsasnaməsinin 5-ci maddəsinə əsasən, çağırışaqədərki hazırlıq rəhbərləri Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələrinin direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Bununla əlaqədar, ümumi təhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin olunmağınızın razılaşdırılması üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
ismet elekberli Soruşur Yazılma Tarixi:03.07.2015 11:54:19

Esgerliye boy ve çeki nə qeder olmalidir???

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Aqsin Meherremov Soruşur Yazılma Tarixi:03.07.2015 10:44:16

Salam men Celilabad rayonunda yasayiram Iyun ayinda meni herbi xidmete cagirdilar vaynkomata cagirdilar gedib yoxlanisdan kecdim cagris vereqesi teqdim edildi ve qayitdim.Iyul ayinin 6-na herbi xidmete gedmek ucun cagirildim,ama artiq uc defe yoxlamisam cagriscilarin siyahisinda adim cixmiyib,ama men gedmek isdiyirem konullu erize yazib ayin 6-si herbi xidmete gede bilerem?xais edirem cavablandirasiz.

Bildiririk ki, sizə göndərilən çağırış vərəqəsində göstərilən tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində olmalısınız. 5-ci il tarixdən etibarən bilinəcək.
Tebriz Abbasov Soruşur Yazılma Tarixi:03.07.2015 09:22:17

Salam.men bir nece ay one size mektubla muraciet etmiwdim herbi biletimde olan prablemle baqli.ama sizin idareden xeber gelmedi yeniden burada sizden soruwdum yazdilarki sizin mektub 2000nomreli mektubla cavab verilmiwdir ama halbuku mene hec bir mektub gelmeyib.mem bu mektubu nece hardan ala bilerem?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
Cədvəldə sətir sayı :14897