Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
allahverdiyev tebriz perviz oglu Soruşur Yazılma Tarixi:03.07.2015 03:36:25

qebele rayon memmedagalli kend.mene verilen 3 napravleninen butun yoxlanslardan kecmisem hamsinin cavablari aydin olub mene hal hazirda paveska verilmeyib.bilmey istiyirem cavablari yararliyam?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Codarov samil Soruşur Yazılma Tarixi:03.07.2015 02:30:13

Salam.Men MN Patandartda yerlewen N sayli herbi hissesine dusmusem. Bilmek isteyirem oradan bolunme ne vaxt baslayir?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Baqirov Elshen Soruşur Yazılma Tarixi:03.07.2015 01:24:35

Salam.Mene cevab vermediniz.Haxcivandan Gencebasar bolgesine esgerlerin buraxilisi ne vaxt teyin edilecek

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Həmid Qarayev Soruşur Yazılma Tarixi:02.07.2015 23:11:05

Salam, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunduğuna görə, İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün ərizə formasını mənə göndərməyinizi xahiş edirem.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və 2014-cü il 26 dekabr tarixli 399 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına əsasən, hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövr ərzində istifadə etmədikləri növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanması və ödəniməsi işinin sürətləndirilməsi məqsədilə, hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələrində yaradılmış komissiyalara ərizə ilə müraciət etməyiniz zəruridir. Nəzərə almağınızı xahiş edirik.
ramil hüseynli Soruşur Yazılma Tarixi:02.07.2015 23:09:29

Mən MN-nin N saylı hərbi hissəsinə düşmüşəm. Hərbi hissənin nömrəsini yazıb harda yerləşdiyini öyrənə bilərəm?

Bildiririk ki, hərbi hissələrin dislokasiya yerləri dövlət sirrinə aid edilən məlumatların siyahısında yer aldığından bu mövzuda sualların cavablandırılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.
elizadə balahəsən Soruşur Yazılma Tarixi:02.07.2015 22:55:36

salam mende HƏRBİ HİSSƏNİN adı AAHM çlxdl. bilmək isterdim hərbi hissə hansı rayondadı

Bildiririk ki, hərbi hissələrin dislokasiya yerləri dövlət sirrinə aid edilən məlumatların siyahısında yer aldığından bu mövzuda sualların cavablandırılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.
Fuad Ismayilov Soruşur Yazılma Tarixi:02.07.2015 20:50:38

Salam..Men 3kurs telebesiyem..unini qutarmaga bir ilim qalib,.sonrasinda esger gedirem insallah,,ama herbide qalmaq isteyirem,.buna gore de snayper kurslarina getmek isteyirem,.zehmet olmasa bu barede etrafli melumat yazardiz..harda yerlesir..qebul nece aparilir..muddeti ne qederdir...bu barede internet saytlarinda melumat mehdud seviyyesindedir,,zehmet olmasa sualimi cavablandirarsiz..bu menumcun cox vacibdir...

Bildiririk ki, hal-hazırda qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Bakı şəhərində yerləşən filiallarında təşkil olunur və hazırlıq müəyyən olunmuş tədris proqramına uyğun olaraq keçilir. Bu kurslara növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək və müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir. Bununla əlaqədar, Sizin hal-hazırda təhsilinizi bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olduğunuzu nəzərə alaraq növbəti çağırışda (2016-cı ilin aprel çağırışında) təhsili davam etdirməklə əlaqədar verilmiş möhlət hüququnuz itirildiyi müddətdə kurslara cəlb edilməniz üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz. Çağırışçı olmayan vətəndaşlar üçün snayper ixtisası üzrə hazırlıq kursları təşkil edilmir.  
Elchin Eliyev Soruşur Yazılma Tarixi:02.07.2015 19:56:49

salam . menim od kisemde 1.4sm daw cixdi. meni bu cagirish herbi xidmete cagirmadilar. dashi emeliyyat edenden sonra men herbi xidmete yararli olacam ? xidmet etmek isteyirem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Quranzade Əskər Soruşur Yazılma Tarixi:02.07.2015 19:53:28

salam mən daxili qosunlarda xidmet edecem. bilmek isterdimki qarantilde hansi rayonda olacam?

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunlara müraciət etməyiniz tövsiyə olunur.
Memmedov Eli Soruşur Yazılma Tarixi:02.07.2015 19:09:17

Salam men 2009 cu il ve 2010 cu il silahli quvvelerde herbi xidmetde olmusam ve xidmeti basa vurub silahli quvvelerin telim tedris merkezinde muddetden artiq kursuna daxil olmusam,kursdan oz erizemle oxumaq istemediyim ucun xaric olunmusam,bilmek isterdim yeniden hemin kursa daxil ola bilerem???onceden tesekkur

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897