Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Quliyev Rafiq Soruşur Yazılma Tarixi:05.07.2015 00:24:23

Salam.Mən ali təhsilliyəm.Mən xidmət etdiyim müddətdə leytenant olmaq üçün hara müraciət etməliyəm.Təşəkkür edirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
kamal ceferov Soruşur Yazılma Tarixi:04.07.2015 23:20:11

salam men vayinkomatda tibbi yoxlanisdan kecerken xesteliyimle bagli A3 yazdilar menim sexsi iwime elave olundu ve herbi xidmete yararlisan dediler. bilmek isteyirem A3 hansi ehemiyyet dasiyir?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)
Tağıyev Vüsal Soruşur Yazılma Tarixi:04.07.2015 23:07:59

Salam.Mən Azərbaycan Respublikasında anadan olmusam. Hal-hazırda Gürcüstan Respublikasının vətandaşıyam. Vətandası olduğum ölkədə həqiqi hərbi xidmətdə olmusam.Əgər Azəbaycan Respulikasının vətəndaşı olsam, yenidən hərbi xidmətə getməliyəm? Cox sağ olun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Mirsaleh Velizade Soruşur Yazılma Tarixi:04.07.2015 22:56:10

Salam menim 21 yaşım var herbi xidmete mehdud yararlıyam, amma könüllü olaraq herbi xidmete getmek isdeyirem sizden cox xahiş edirem ki, mene deyesiniz hara müraciyet edim.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Aziz Azizov Soruşur Yazılma Tarixi:04.07.2015 21:16:14

Salam men ali tehsilliyem.Bilmey isterdim herbiye leytenant kimi geymeycun ne etmeliyem ve herbide minimum ne geder galmaliyam.Birde hazirda leytenanlarin emek haqqisi ne gederdi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Poladov Mahmud Soruşur Yazılma Tarixi:04.07.2015 20:43:34

Salam,men Rusiyada tehsil almiwam.Herbi ximetin 1 il olmagi ucun diplomu tehsil nazirliyinde tesdiq etdirmeliyem,yoxsa natorial qaydada tesdiq kifayetdirmi?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
aliyev vusal Soruşur Yazılma Tarixi:04.07.2015 17:03:54

Salam mən orduda işləmək üçün hara müraciət edə bilərəm.əvvəlcədən təşəkkür

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Sahib Qarayev Soruşur Yazılma Tarixi:04.07.2015 16:02:37

Salam men seferberlik idaresinde islemek isteyirem .Bunun ucun hara muraciet edim evvelceden tesekkurler.

Nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Ruslan Hesenov Soruşur Yazılma Tarixi:04.07.2015 15:53:10

salam men iyul caqiriscisiyam ama paveskam gelmeyib hekimlerden kecmisem birdene gozden yazilib muayine bide elde yungul ciziq bilmek istiyredim men iyul gedecem yoxsa oktyabr?

Sualınızın cavablandırılması üçün atanızın adını və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Fərrux Əlizadə Soruşur Yazılma Tarixi:04.07.2015 14:47:56

Salam. Mən Hərbi xidmətdə leytinant kimi qalmaq istəyirəm bunun tələbləri və mərhələri nələrdən ibarətdi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897