Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
aliyev qudret Soruşur Yazılma Tarixi:05.07.2015 03:59:28

Salam.menim bu ay 19 yasim olacaq.kecen il yoxlanisdan kecdim.od nahiyemde das var.mene komisarligdan dediler ki, get cagirsaq gelersen.indi men xarice mualiceye getmeliyem ve mene komisarlig mohlet huququ Vermir.men ne edim?

Sualınızın cavablandırılması üçün atanızın adını və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını  qeyd etməlisiniz.
Mahmudov Habil Soruşur Yazılma Tarixi:05.07.2015 03:34:39

Məbə səhhətimlə əlaqədar altı ay çağırışdan möhlət verilib. bu müddət ərzində yəniki oktyabr ayına qədər olkəni tərk edib qayida bilərəm?

Bildiririk ki, mövcud qanunvericilikdə çağırışçıların ölkə ərazisini tərk etməsi nəzərdə tutulmamışdır.
Habil Əliyev Soruşur Yazılma Tarixi:05.07.2015 03:16:33

Salam mən 2015 oktyabr cağırışcisiyam mən iyul ayında sərhədi kecib 5 günlük qayıda bilərəm?

Bildiririk ki, mövcud qanunvericilikdə çağırışçıların ölkə ərazisini tərk etməsi nəzərdə tutulmamışdır.
Memmedov eliş Soruşur Yazılma Tarixi:05.07.2015 01:06:18

Salam gözü zeyif olan esger aparılır yoxsa yox

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Quliyev Rafiq Soruşur Yazılma Tarixi:05.07.2015 00:24:23

Salam.Mən ali təhsilliyəm.Mən xidmət etdiyim müddətdə leytenant olmaq üçün hara müraciət etməliyəm.Təşəkkür edirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
kamal ceferov Soruşur Yazılma Tarixi:04.07.2015 23:20:11

salam men vayinkomatda tibbi yoxlanisdan kecerken xesteliyimle bagli A3 yazdilar menim sexsi iwime elave olundu ve herbi xidmete yararlisan dediler. bilmek isteyirem A3 hansi ehemiyyet dasiyir?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)
Tağıyev Vüsal Soruşur Yazılma Tarixi:04.07.2015 23:07:59

Salam.Mən Azərbaycan Respublikasında anadan olmusam. Hal-hazırda Gürcüstan Respublikasının vətandaşıyam. Vətandası olduğum ölkədə həqiqi hərbi xidmətdə olmusam.Əgər Azəbaycan Respulikasının vətəndaşı olsam, yenidən hərbi xidmətə getməliyəm? Cox sağ olun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Mirsaleh Velizade Soruşur Yazılma Tarixi:04.07.2015 22:56:10

Salam menim 21 yaşım var herbi xidmete mehdud yararlıyam, amma könüllü olaraq herbi xidmete getmek isdeyirem sizden cox xahiş edirem ki, mene deyesiniz hara müraciyet edim.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Aziz Azizov Soruşur Yazılma Tarixi:04.07.2015 21:16:14

Salam men ali tehsilliyem.Bilmey isterdim herbiye leytenant kimi geymeycun ne etmeliyem ve herbide minimum ne geder galmaliyam.Birde hazirda leytenanlarin emek haqqisi ne gederdi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Poladov Mahmud Soruşur Yazılma Tarixi:04.07.2015 20:43:34

Salam,men Rusiyada tehsil almiwam.Herbi ximetin 1 il olmagi ucun diplomu tehsil nazirliyinde tesdiq etdirmeliyem,yoxsa natorial qaydada tesdiq kifayetdirmi?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Cədvəldə sətir sayı :14891