Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Esedov Soruşur Yazılma Tarixi:07.07.2015 20:14:54

Salam menim 27 yasim olacaq iyul ayinda mehdud yararliyam.Aileliyem bir ovladim var.Herbi xidmete getmey isdeyirem konullu bu mumkundurmu.Men aileli olduyguma gore her hansisa bir guzest olunacaq

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, hazırki ailə vəziyyətinizlə əlaqədar sizə mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Kamran Salimli Soruşur Yazılma Tarixi:07.07.2015 18:32:38

Salam 2015-ci ilin iyul çağırışında razılaşdırılmış qrafikə əsasən şəxsi işinim ilə birgə Xidmətin Mərkəzi Hərbi- Həkim Komissiyasına təqdim olunmuşamsa, komissiyadan herbi xidmete yararli qerari cixsa men iyul cagirişcisi kimi xidmete yollanacam ya oktyabr cagirişina qalacam?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Sərxan Ablasanov Soruşur Yazılma Tarixi:07.07.2015 17:23:25

Salam,menim ayagimin alti duzdur,2-ci derece (plaskastopiya),bu ay esger gedecem,herbi xidmete yararliyam,men kursu kecib leytenant olmaq isteyirem,bilmey isteyirdim ki, ayagimdaki duzduy leytenant olmaqda problem yaratmaz?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nə əsasən ştat üzrə “zabit” hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara sağlamlıq vəziyyətinə dair tələblər fərqlidir.
Urfan kazimov Soruşur Yazılma Tarixi:07.07.2015 16:43:43

Salam men sol qolumdan reanmasiya olunmuwam qolumda 28 dene tikiw var menim elimde qolum haqqinda senedim de var men esgerliye gede bilecem ya yox xaiw edirem cavab yazin

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ziya Fermanzade Soruşur Yazılma Tarixi:07.07.2015 14:49:38

Salam Men Baki Avrasiya universiteni bitirmisem ve esgerliye nikadr leytenant olmaq isteyirem bununcun ne etmeliyem?Bu mumkundurmu? Diplom bizde Sentyabrda verilir . Universitetden arayis almaq bes edir?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Musfiq Memmedov Soruşur Yazılma Tarixi:07.07.2015 14:39:49

Salam menim 22 yasim var 2013 cilde milli qosunlarda xidmetimi basa vurmusam kicik cavus rutbem var vezifem tagim komafirinin muavini olub ixtisasim hesablayici indi middetden artiq herbi xidmet aparmaq isdiyirem men hara muraciet etmeliyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Nahid Semedov Soruşur Yazılma Tarixi:07.07.2015 14:16:48

Salam.29-06-2015 -ci hərbi xidmət haqqında qanun dəyişikliyinə görə xaricdə təhsil alan gənclərə hərbi xidmətdən möhlet hüququ verilməyəcək. Qanun sesvermeye cixarilaraq qəbul olunub. Lakin prezident imzalamayib hələ .Bezi hüquqşünaslar deyirki 2007-2015 ci iller Azerbaycan genclerinin xaricde teshili uzre dovlet programinda olan universitetlere yani dovlet programinin siyahisinde olan universitetlere mohlat huququ verilecek .Xarici universitete bir haldaki men attestatla qebul olunmuşam ödənişli, Azərbaycan dövləti siyahisində olan univerisitetə həmdə dövlətimizin tanidığı univerisitete bu halda mənə möhlət hüququ veriləcəkmi ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda hər hansı dəyişiklik olmayıb.
Abdulla Pasayev Soruşur Yazılma Tarixi:07.07.2015 13:37:02

Salam.Men iyul cagrisciyam.iyul ayinin 3ne poveska gelimiwdi.ama hele de harda xidmet edeceyim ve ne vaxt gedeceyim haqqda bir melumat ala bilmirem.Aqdaw rayonunda qeydiyyatdayam.xaiw edirem mene bu haqqda melumat verin bu cagiriw xidmete yollanacami? Abdulla Pasayev Mahir 10.02.1993

Bildiririk ki, adları  2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Atakişi Bağırov Soruşur Yazılma Tarixi:07.07.2015 12:51:03

Kürdəmir rayon hərbi komissarlığı tərəfindən 1943 il iyun ayında hərbi xidmətə göndərilmiş Bağırov Tapdıq Soltan oğlunun Bakı hərbi komissarlığı tərəfindən keçmiş sovet dövlətinin hansı şəhərinə göndərilməsi haqqında bizə məlumat verməyiniz xahiş olunur.

Bildiririk ki, Bağırov Tapdıq Soltan oğlunun 1943-cü ildə Bakı şəhərinin hansı rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə göndərilməsi müraciətinizdə qeyd edilmədiyi üçün barəsində ətraflı araşdırma aparmaq mümkün deyil.
Bunyatov Togrul Soruşur Yazılma Tarixi:07.07.2015 12:06:04

Salam men ukraynada tehsilimi bitirib iyulun 5-i vetene donmuwem,dunen vayinkomatda hekimlerden kecdim.Zehmet olmasa deyerdiniz men iyul ayinda xidmete gedirem yoxsa oktyabrda?

Qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891