Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zeynalov Rəşad Soruşur Yazılma Tarixi:08.07.2015 12:55:20

Salam xidmete uyqunsuzluqnan ehtiyata buraxilanlar yeniden herbiye qayida biler ?

Bildiririk ki, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri müvafiq orqanlar tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elşən Quliyev Soruşur Yazılma Tarixi:08.07.2015 12:21:16

Salam,mən bilmək istərdim ki əsgərlərlə valideyn görüşü nə vaxt olur?və təzə gedən əsgər üçün minimum neçə gündən sonra buna icazə verilir?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istirahət günləri təyin edilmiş vaxtda və yerdə valideynləri ilə görüşə bilərlər.
eynulla necizade Soruşur Yazılma Tarixi:08.07.2015 11:13:32

salam. menim 18 yasim var astara pedaqoji kollecde oxuyuram. 2016 -ci ilin iyul ayinda eskere gederem ancaq xesteyem hal hazirda xestexanadayam hekimler mene dediler ki, sen eskerliye gede bilmesen. ancaq menim hec bir xestelik kagizim yoxdur. men ne etmeliyem ?? eskere getmeyim?? mene bir yol gosterin xahis edirem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ramin Heydərov Natiq Soruşur Yazılma Tarixi:08.07.2015 09:01:24

Salam.Mən 25.08.1979 ci il tarixdə anadan olmuşam ...daha sonram həqiqi hərbi xidmətə (06.01.1999 ci ildə) çağrılıb və xidmətimə başlamışam.Nümunəvi xidmətimə görə 20.10.1999 ci ildə al hazirdakı Təlim Tədris Mərkəzində yerləşən Gizirlər Hərbi Məktəbinə test üsulu ilə yüksək bal ilə daxil olmuşam.20.05.2000 ci ildə bu məktəbi Gizir hərbi rütbəsi ilə bitirib müqavilə əsasında 14.10.2005 ci ilə kimi xidmət dövrü keçmişəm.Yenidən müqavilə bağlayaraq 07.06.2010 ci il tarixədək xidmət keçib Gizir hərbi rütbəsi ilə təxris olunmuşam.Sizdən dəqiqləşdirmək istərdim muvafiq qanunvericiliyə əsasən yaş xəddim mənim yenidən Sizin idarəyə yaxınlaşıb hərbi xidmətə müraciət edə bilməyim mümkündur ya yox? Bildiyimə görə 36.1.1 bəndinə əsasən 19-40 yaşadək Gizir və Miçmanlar müraciəti labütdir çox saq olun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
elvin Soruşur Yazılma Tarixi:08.07.2015 08:25:54

siradan kenar herbi xitmet ne olan seydi mende urek ve asma xesteliyi var

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Nəsibov Məhyəddin Soruşur Yazılma Tarixi:08.07.2015 00:48:15

Salam menim bibimoglu ayin 7 si heqiqi herbi xidmete yollanib Dovlet Serhed Xidmetine ama harda qulluq edeceyi deyilmedi biz ne vaxt bileceyik hara dusduyunu?

Bildiririk ki, çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Qismət İsmayilov Soruşur Yazılma Tarixi:08.07.2015 00:32:14

Salam.Mən burda öyrəndimki Beyləqana düşmüşəm.Deyilənlərə görə 3 ayliq Lənkərana aparacaqlar.Bu doğrudurmu?

Bildiririk ki, çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Aliyev Asif Soruşur Yazılma Tarixi:08.07.2015 00:28:08

Salam men bu ay esger gedirem,iyulun 9u.Bilmek isteyiremki esgerlikde kesfiyyatci ola bileremmi?Boy 1.75ve ceki 58 .Yoxsa bunlara fikir verilmir?Zehmet deilse cavab verin.Indiden tesekkurler

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Agamusa Rehimov Soruşur Yazılma Tarixi:07.07.2015 23:28:11

Salam,menim oglum Ukrayinada tehsil alib.Herbi ximetin 1 il olmagi ucun diplomu harda ve nece tesdiq elemeliyik????

Bildiririk ki, sizə ali  təhsil müəssisəsi tərəfindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini SHXÇDX-nin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
mircamal hesimli Soruşur Yazılma Tarixi:07.07.2015 23:23:15

Men herbi xidmetden yararsiz olmusam bir il bir ay xidmet etdikden sonra..indi men muddetden artiq herbi vezifede isleye bilerem..

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Mövcud qanunvericiliyin tələblərinə əsasən, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar müddətdən artıq həqiqi hərbi xidmətə daxil olurlar.
Cədvəldə sətir sayı :14891