Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sübhan Qənbərli Soruşur Yazılma Tarixi:10.07.2015 20:58:17

Salam. Mən ali təhsilliyəm və bu il hərbi xidmətə gedəcəm. Bilmək istəyirəm ki, ixtisasımdan asılı olmayaraq (BDU-Geologiya) mən TTM-də oxuyub leytenant kimi hərbi xidmətə gedə bilərəmmi? Leytenant kimi qulluq etməyin əsas şərtləri nədir? Əvvəlcədən təşəkkürlər. Hörmətlə

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Aliq Camalov Soruşur Yazılma Tarixi:10.07.2015 20:12:14

Salam. Men herb xitmetde olmuwam. Hal-hazirda Qazaxistan Respublikasinda yawayiram. Burda yawamaq huququ elde etmek isteyirem. Bunun ucun Azerbaycandan qeydiyyatdan cixmaq isteyirem. Yawayiw uzre qeydiyyatdan cixmaq ucun ilk once herbi qeydiyyatdan cixmaq lazimdir. Herbi qeydiyyatdan cixmaq ucun ne etmeliyem?

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, yalnız həmin ölkənin vətəndaşlığını qəbul etməsi və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə sənədi olduğu təqdirdə hərbi qeydiyyatdan çıxarılır.
Orxan Soruşur Yazılma Tarixi:10.07.2015 20:11:39

Salam. Dövlət xidmətinin Sumqayıt idarəsinə işə qəbul olmaq üçün mart ayında sənədlərimi hazırlayıb idarəyə verdim. Mənə dedilər ki, 30gün müddətində cavab gələcək. Üstündən 4 ay keçib hələ bir xəbər yoxdu. Bu barədə məlumatı necə əldə edə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən müfəttiş vəzifəsinə namizəd kimi seçilərək göndərilmiş sənədlərinizə tərəfimizdən baxılmış və ixtisasınızın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul edilməyiniz məqsədəuyğun hesab edilməmişdir.
Bu barədə Xidmətin Sumqayıt şəhər idarəsinə rəsmi məlumat verilmişdir.
Seyran Babayev Soruşur Yazılma Tarixi:10.07.2015 19:37:56

SALAM.Men bilmek isteyerdimki esger kimi milli orduya dusende leytenant kimi getmey isteyimize hansi senedlerin lazim oldugunu dusduyum herbi hisseden aliram??? Menim bezi tanislarim ali savadli olmaqlarina baxmayarag heri hisselerinde leytenant kimi TTM kursu kecmek isteselerde onlara serait yaradilmayib.Bilmek isterdimki mene de bele yanasacaqlar ya yox??? menim usaqliq arzum olub ki leytenant kimi Milli Ordumuzda xidmet edim. Qeyd edimki ozum Sehit BAbayev Sabir Nusirevan oglunun ovladiyam ve bu muqabilde mene destek olmanizi umid edirem.Evvelceden tesekkurler

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Cavadli Rustem Soruşur Yazılma Tarixi:10.07.2015 18:44:02

Salam, Bilmek isterdim ki bakalavri bitirdikden sonra hansi hallarda esgerlikden mohlet huququ verilir? Xarici olkede magistraturaya daxil olub elm isi mesgul olmaqduqda mohlet verilirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Eyni zamanda bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Jasmin korkmaz Soruşur Yazılma Tarixi:10.07.2015 17:26:01

Bashqa orqanlardan seferberlik ve cagiris dovlet xidmetine nece qebul olunmaq olar?

Bildiririk ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam olunmaları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq həyata keçirilir. Nəzərə almağınız tövsiyə olunur.
Toğrul Hacıyev Soruşur Yazılma Tarixi:10.07.2015 16:44:39

Salam, mən də bu ayın çağırışçılarındanam. necə edə bilərəm ki, post əsgəri olum və ən öndə cəbhədə xidmət edim? ali təhsilliyəm kimya texnologiya faklültəsini mühəndislik ixtiası ilə bitirmişəm.

Bildiririk ki, çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.  
Axundlu Esqin Soruşur Yazılma Tarixi:10.07.2015 16:39:10

Salam. Mən hərbi xidməti 2015-cilin yanvar ayında başa vurub texris olmuşam. Ali təhsilliyəm. Mən bilmək istərdim ki, mən yenidən müddətdən artıq hərbi xidmətə qayıtsam leytnant kii qayıda bilərəm və yaxud bunun üçün hər hansı bir kursdan keçməliyəm. Xatırladım ki, 3 ilə yaxındır müəllim işləyirəm.

Bildiririk ki, Xidmətin saytına ünvanladığınız eyniməzmunlu əvvəlki müraciətinizə 18.03.2015-ci il tarixdə ətraflı cavab verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4 maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə –  hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ali Aliyev Soruşur Yazılma Tarixi:10.07.2015 16:25:26

Salam menim qohuma komeklik ede bilmersiz axi o siradan kenardi 59c-di hemde valideyleri elildi tek uwaqdi xaiw edirem komek edin bu barede vesadet qaldirin.

Sualınızın cavablandırılması üçün qohumunuzun adını, soyadını, atasının adını, təvəllüdünü və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Kamal Sirinov Soruşur Yazılma Tarixi:10.07.2015 15:04:38

salam, men ali tehsilliyem, nikadr leytenant kimi xidmet etmek isteyirem. lakin oyrendimki zabit kimi xidmet etmek ucun men gerek 9 ay herbi xidmet kecim, sonra 3ay TTM oxumaliyam. kursu bitirdikden sonra 1 il 6 ay elave xidmet etmeliyem zabit kimi. bu da toplam 2 il 6 ay edir. evvel bele deyildi. 3ay kurs oxuyurdun 1 il 6 ay xidmet edirdin zabit kimi. bu haqda qanunda deyisiklikler varmi? etrafli melumat vererdiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda bildiririk ki, ehtiyat zabit hazırlığı kursuna cəlb edilməklə bağlı mövcud qanunvericilikdə heç bir dəyişiklik edilməmişdir.
Cədvəldə sətir sayı :14897