Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Akif Bayramlı Soruşur Yazılma Tarixi:10.07.2015 14:50:31

Salam. men 2015-ci ilin iyul cagirishinda razilasdirilmis qrafike esasen butun senedlerimi voenkomata teqdim etmisem. amma bilmirem iyul ayinda gedecem taxud oktyabrda. Akif Bayramli Faiq 23.01.1993

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Azər Həsənov Soruşur Yazılma Tarixi:10.07.2015 11:23:39

Salam hekim yoxlaniwindan kecdim hec bir noqsan tapilmadi... ayin 1 nede cagiriw vermiwdiler ayin biri getdim dediler adviz cixmiyibdi ... dunen yene maraqlandim deyiller tatuaja gore aparmiyacaqlar . tatuaja icaze yoxduki ?

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək. Eyni zamanda bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasına müraciət etməyiniz tövsiyə olunur. 
Amil Soruşur Yazılma Tarixi:10.07.2015 10:41:59

Salam.Men bu il 4 kursu bitirdim,amma bir akademik borcum oldugu ucun unversiteti bitire bilmedim.Men nikadir zabit kimi xidmet etmek istiyirdim,bes indi men nikadr zabit kimi xidmet ede bilerem? Eger xidmet ede bilmeremse bes menim 6 ay mohlet huququm varmi akademik borcumu ödəyib unversiteti bitirem ve nikadr zabit kimi xidmet edem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Tələbə kursda qalarsa, ona təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur. Eyni zamanda bildiririk ki, mövcud qanunvericilikdə ali təhsil müəssisəsini bitirmiş çağırışçıların ehtiyat zabit hazırlığı kursuna cəlb edilməsi nəzərdə tutulmuşdur.
Turqut imanverdiyev Soruşur Yazılma Tarixi:10.07.2015 05:18:50

Men konullu olaraq herbi xidmete getmek isdiyrem hara muraciyet edim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Araz Soruşur Yazılma Tarixi:10.07.2015 02:49:24

Men Herbi bileti itirmisem bilmek isteyirem ki muvveqeti vesiqe verilirmi??

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.
Sahil Mirzeliyev Soruşur Yazılma Tarixi:10.07.2015 02:33:11

Menim 17 Yasim Var Konullu On Cebheye Herbi xidmete Gedmek Isteyirem Qeydiyyatda Oldugum Yer Goycay Rayon Herbi Kamissaigi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
cavid memmedov Soruşur Yazılma Tarixi:10.07.2015 00:48:31

salam, cox xahiw edirem sualimi cavabandirasiniz , herbi komissarliqda herbi hekim komissayisindan kecerken xesteliyimle bagli sexsi isime A-3 deyilen sened elave olundu , bilmek isteyirem bunun mene ne kimi komeyliyi var? hansi ehemiyyet dasiyir, onceden tesekkur edirem

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)
Fuad Poladov Soruşur Yazılma Tarixi:10.07.2015 00:43:04

Salam menim Adim Fuad 18 yashim var ...menim cekim 120 kilodan coxdu ve boyum 180 ..gezende qacanda tenginefes oluram ozmu pis hiss edirem ..18 yashim tamam olub ..bu ay ( iyul) esger getmeliyem..men herbiye yayarliyam ya yox onu bilmek istirem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əkberov Sərxan Soruşur Yazılma Tarixi:09.07.2015 22:10:57

Salam. Bağışlayın narahat edirəm mənim belə bir sualım var zehmet olmasa cavablandırardız. Mən kollecdə təhsil alıram və mənə hərbi komissarlıq tərəfindən təhsilimi başa vurmaq üçün möhlət verilib. xarici pasport almaq üçün arayış ala bilərəm hərbi komissarlıqdan? Çox sağolun.

Bildiririk ki, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Mahmudov Əlibaba Soruşur Yazılma Tarixi:09.07.2015 20:32:52

Gözləri mənfi 1.7 zəiflikdə olan çağırışçı hansı qoşun növündə xidmət edə bilər?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında komplektləşdirilməsi planlı şəkildə və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Çağırışçının hansı hərbi hissədə hərbi xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Cədvəldə sətir sayı :14897