Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
elsen memmedov Soruşur Yazılma Tarixi:14.07.2015 11:45:30

salam..men iyulun 15 xidmete gedecem.ancaq mene rayon cagiris menteqesinden verilen kagizda 7 si yazilib.men bilmek isteyiremki menim herbide gunum hansi gunden sayilacaq..ozum bir illik cagirisciyam.hazirda menim gunumden gedib yoxsa yox?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər. 
Mehdizade Necefeli Soruşur Yazılma Tarixi:14.07.2015 04:25:56

Salam men iyulun 7 si olmuşam ). Herbi xidmete getmeyimi 20 sine yaziblar indi men bölmek isteyirem ki bu ayutleq gederem yoxsa oktyabra qalacaq xaiş esirwm melumat veresiniz

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək. 
Tural Nəzərov Soruşur Yazılma Tarixi:14.07.2015 01:17:16

Salam. Men Nezerov Tural Xanlar oglu 31.10.1994 anadan olmuşam. Xaçmaz vetendaşıyam.Ali tehsilliyem. Mene ayin 6si paveska gelib getdim adim cxmadi,15ne yazdilar...men bilmey isterdim menim adim 2ci siyahida var? Yoxsa Oktyabra qalacam? Xahiş edirem cavablandirasiniz.

Bildiririk ki, sizin adınız 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında mövcuddur. Eyni zamanda bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Orxan Paşayev Soruşur Yazılma Tarixi:13.07.2015 23:30:15

Yazıb sizdən artıq dərcədə xahiş edirəm müraciətimi cavablandırın. Mart ayında işə qəbulla bağlı göndərdiyim sənədlərə hələ də cavab gəlmiyim. Paşayev Orxan Kamal oğlu

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən müfəttiş vəzifəsinə namizəd kimi seçilərək göndərilmiş sənədlərinizə tərəfimizdən baxılmış və ixtisasınızın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul edilməyiniz məqsədəuyğun hesab edilməmişdir. Bu barədə Xidmətin Sumqayıt şəhər idarəsinə rəsmi məlumat verilmişdir.
Səfərli Toğrul Soruşur Yazılma Tarixi:13.07.2015 23:13:11

Salam mən 13.06.1997-il təvəllüdlü Səfərli Toğrul Vasif oğlu İyul ayının 7-sinə çağırış vərəqəsi almışdım və hərbi komissarlığa çağırılmışdım ama nədənsə getdim gördümkü siyahıda adım çıxmadı və getdiyim yerdən soruşduqda mənə sərəncam verilmiyib deyə söylədilər N.Nərimanov rayonuna qeydiyyatdayam zəhmət olmasa səbəbini geniş surətdə açıqlardınız..Lap lazımdısa vaxtından erkən könüllü gedərəm..

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Ibrahim Soruşur Yazılma Tarixi:13.07.2015 22:44:25

Salam menim qardasim kollec bitirib. O kollec diplomu ile leytinant kursuna gedib zabit ola bilermi.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Odur ki, qardaşınız aidiyyəti uzrə qulluq (xidmət) etdiyi hərbi hissənin komandanlığına müraciət etməlidir.
Hikmet Yusifov Soruşur Yazılma Tarixi:13.07.2015 21:12:58

Ali tehsili olmayan biri tekçe şaadetnamesi olan biri ikinci defe könullu olarak esgere gede biler???

Bildiririk ki, vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Kamran abbasov Soruşur Yazılma Tarixi:13.07.2015 19:35:36

HER KESE SALAM.MEN MINGECEVIR WEHERINDE YASAYIRAM 21YASIM VARUDDETDEN ARTIQ HERBI XIDMET UCUN ORDU SIRALARINA QOSULMAQ ISTEYREM ELAQE NOMREM 055 744 76 55 OZUM ON XETDE DUSMENLE COX YAXIN MESAFEDE XIDMET ETMIWEM VE DOVLEYIMIZ TEYINATIMI HARA VERSE GETMEYE HAZIRAM XAHIS EDIREM BU MESELEYE BAXASINIZ

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Kərimli Rəşşad Soruşur Yazılma Tarixi:13.07.2015 15:32:22

Salam mənə paviska iyulun 8 nə verilib gözümdə prablem oduğu ücün indi isə gözüm düzəlib rengendəndə göndərilməmışəm mən ayın 8 i vaykamata getdim mənə dedilər zəng eləsək gələrsən bilmək istəyirəmki məni əskərlikə aparalar ya yox aparsalarda iyulda gedərəm yoxsa oktiyabrda ?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasına müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Salahov Mehman Soruşur Yazılma Tarixi:13.07.2015 14:35:31

Salam menim oglumun adi 1 ci siyahida yox idi.Cenab general Arzu Rehimova elektron sekilde muracietimizden sonra Kelbecer rayon seferberlik sobesine gosteris verilmisdirki Salahli Turqut Mehman oglunun adi 2 ci siyahiya salinsin.Yeni bize melumat bele catdirilmisdir. Indi komissar deyirki 2ci siyahi ile adi sabah gedecek.ayin 15 i siyahiya salinacaq.Amma deyirki Seferberlik Xidmetine muraciet edin orda bolguye salsinlar.Cunki usaq sayi coxdur yer mehduddur.Xahis edirem bu haqqda bize deqiq melumat veresiniz. Oglumun adi Salahli Turqut Mehman oglu 30.04.1994

Bildiririk ki, övladınız Salahlı Turqut Mehman oğlunun adı 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısına salınmışdır. Eyni zamanda bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Cədvəldə sətir sayı :14897