Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Həmid Haciyev Soruşur Yazılma Tarixi:14.07.2015 20:19:03

Salam.Men hele de harda xidmet edeceyim ve ne vaxt gedeceyim haqqda bir melumat ala bilmirem.Suraxani rayonunda qeydiyyatdayam.Xaiw edirem mene bu haqqda melumat verin.Haciyev Hemid Rafiq 23.02.1996

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Sahin Memmedov Soruşur Yazılma Tarixi:14.07.2015 19:51:52

salam.muharibe baslayacagi teqdirde konulluler ordusu yaradilacaq yoxsa umumi seferberlik elan olunacaq?

Bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin yaş həddi, hərbi uçot ixtisası, hərbi xidmət keçməsi və s. nəzərə alınmaqla səfərbərliyə və ya toplanışlara cəlb olunmaları barədə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən məlumatlandırılırlar. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, vətəndaşlar Хidmətin yerli idarə, şöbə və ya bölmələrindən aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəхslərin əmrlərində qeyd оlunmuş tələbləri yerinə yetirməlidirlər. Belə ki, səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Elnur Babayev Soruşur Yazılma Tarixi:14.07.2015 19:08:19

Men ehtiyyatda olan zabitem 35 yaslm var.28.11.2014 cu ilde ise qebulla bagll Xidmetin merkezi aparatlnda imtahanda istirak etdim lakin musbet netice toplaya bilmediyim ucun kesildim. Sizden xahis edirem men tezeden hazlrlaslb imtahanda istirak ede bileremmi

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz müraciətə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 28.11.2014-cü il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Orxan Eliyev Soruşur Yazılma Tarixi:14.07.2015 17:41:50

Salam,men iyul cagiriscisiyam amma hele de paveska ve hara dusduyum baresinde hele de melumat yoxdu.Hem de yoxlanis zamani mene 2defe Baki seherine yoxlanis ucun gonderis yazilib ve men de butun yoxlanislarda lazimi formada istirak emisem.Gence seheri Kepez rayonu DSHXC menteqesine bu barede muraciet etmisem mene hele de yoxlanis gonderisinin cavabinin gelmediyi bildirildi.Mene hebi xidmete yarasiz olmagim maraqlidi.Cox xahis edirem mene bu barede melumatlandirasiniz

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Gəncə şəhəri Kəpəz ayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Kəpəz rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
ilham feteliyev Soruşur Yazılma Tarixi:14.07.2015 17:23:42

mən ali təhsilliyəm kompyüterdə bütün əməliyatları yerinə yetimək bacarıgım var bu sahə üzrəkurs bitirmişəm sertifikatım var bilmək istəyirəm hərbi xidmətdə bu sahə ürə isləyə bilərəmmi yəni xidət etdiyim hərbi hissədə

Bildiririk ki, sizin müddətli həqiqi hərbi xidmətə çağırıldıqdan sonra xidmətdə olacağınız hərbi hissədə öz bölük komandirinizə müraciət etməyiniz tövsiyə olunur.
kenan sukurov Soruşur Yazılma Tarixi:14.07.2015 16:52:50

Salam men bilmey isdiyirdim ki esgerliyi 2015ci il tarixinden etibaren 2 ilik edibler bu qanun var yoxsa yox

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər. Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə hər hansı dəyişiklik olmayıb.
Ramin Memmedov Soruşur Yazılma Tarixi:14.07.2015 16:38:24

Bilmək istərdim ki mən yenidən Gizir rutbəsi ilə yenidən xidmət göstərə bilərəm və son yaş həddi neçə yaşdır qəbul üçün qanunvericilikdə?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından          40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Hemeseyev Mahmud Soruşur Yazılma Tarixi:14.07.2015 16:07:53

Salam Seferberlik ve herbi xidmete cagiris xidmetinde zabitlik ucun lazim olan senedler haqqda melumat almaq isteyirem

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
cavad agazade Soruşur Yazılma Tarixi:14.07.2015 14:50:02

Salam, onceden tesekkur edirem ve bilmek isteyirem ki, A-3 kateqoriya ile herbi xidmete yararli herbide hansi ehemiyyeti dasiyir ? bunun ne kimi komeyi var? xahis edirem bu barede melumat verediz cox sag olun, minnetdaram

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)
Cavid Hesenov Soruşur Yazılma Tarixi:14.07.2015 13:19:32

salam. men 2008 ci ilde atam 1 ci qrup elil oldugu uzun 2024 cu ile qeder mohlet huququ almisdim...2009 cu ilde Rusiya federasiyasinda dovlet akademiyasina qiyabi qebul oldum....2013 cu ilde atam dunyasini deyisdi..hemen ilin qisinda medemde iki yara asgar etdiler ve o vaxtdan mutemadi olaraq rusiyada mualice aliram..bu yaxinda ali mektebi basa vurdum ..indi de herbi komissarliqdan meni herbi xidmete cagirirlar....sualim budur ki, mede yarasi olanlar Azerbaycanda herbi xidmet kecirmi. birde ki buradan xestelik kagizlarimi yollasam bizim komissarliq taniyirmi??? tesekkurler

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897