Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:16.07.2015 20:44:34

Salam.size tecili bir sualm var. Mən Həsənov Tural Maşallah oğlu 17.08.1994 tevelludem.iyul caqriscisiyam.Füzuli rayonunda qeydiyatdayam.Füzuli rayon şöbəsindən verilen melumata gore herbiye yararliyam.amma helede menim hansi herbi hisseye duwduyum melum deyil.men ne vaxt bilecem hara duwduyumu? cox xaiw edirem arawdirma aparib mene cavab veresiniz.tesekkur edirem

Bildiririk ki, sizin adınız 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında mövcuddur. Eyni zamanda bildiririk ki, sizin SHXÇDX-nin Füzuli rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Aslan Hetemov Soruşur Yazılma Tarixi:16.07.2015 15:54:52

salam. men Iki ildir ki Rusiya federasiyasinda mutemadi olaraq mede yarasi diaqnozuyla mualice aliram. sualim bu xestelikle herbi xitmetde qulluq etmek olarmi?

Mədənin xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Əlavə olaraq bildirirəm ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nevahid Abdullayev Soruşur Yazılma Tarixi:16.07.2015 15:26:01

Salam. bilmirem bu sualı size ünvanlamaq düzgündür ya yox. Sadece uyğunuq var hemde sual cavab bölməsi olduğuna görə sizı ünvanlayiram. Men bilmək istərdim Ehtiyyat Zabit Kurslarına yazlmaq üçün son yaş həddi neçədir? Ümumiyyitlə Leytenant rütbesi almaq üçün son yaş həddi neçədir? yəni bir bakalavr seviyyeli vətəndaş Hərbi xidmətə iş üçümn müraciət etdikdı en son yaş həddi necə olmalıdır. Öncədən cavablandırdığınız üçün təşəkkür edrəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Refiyev intiqam Soruşur Yazılma Tarixi:16.07.2015 12:53:09

Salam men herbi bileti itirmiwem onunla elaqedar gosterdiyiviz unvandan qeydiyyatdan kecdim error baw verdi.sistemde problem oldu indi neylemek olar.onceden tewekkurler

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
HUSEYNOV CAVID Soruşur Yazılma Tarixi:16.07.2015 12:02:19

salam aleykum. bilmek isteyerdimki eger bir caqiriwci DAXILI QOSUNLARA YARARSIZDIRSA BASQA ORDUYA NECE YARARLI OLA BILER?

Xüsusi qoşun növlərinə həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (3 nömrəli) “a” bölməsinin tələblərinə uyğun olaraq aparılır.
farid huseynov Soruşur Yazılma Tarixi:16.07.2015 11:45:35

salm herbi biletmi itirmisem yenisin almaga imkanim yoxdu xais eliyirem mena komeyliy eliyin herbi biletmi yeniden alim

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Ramil Alıyev Soruşur Yazılma Tarixi:16.07.2015 11:09:54

Salam, mənim babam ikinci dünya müharibəsində iştirak edib, müharibədən qaydarkən ona verilən hərbi bilet və digər sənədləri itrib, babamın müharibədə iştirak etdiyini təsdiq edən sənədləri və yaxuda hərbi bileti necə əldə edə bilərik, xahiş edirəm köməklik edəsiniz.

Bildiririk ki, keçmiş Sovet ordusu sıralarında xidmət keçmiş, itkin düşmüş və ya həlak olmuş hərbi qulluqçulara dair məlumatlar Xidmətin yerli idarə, şöbə və bölmələrində, eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, г.Подольск, Московская область, ЦАМО) qorunub saxlanılır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə anket-sorğu yalnız tələb olunan məlumatlar (haradan və nə vaxt hərbi xidmətə çağırılmağınız, hansı qoşun növündə və nə vaxtadək hərbi xidmət keçməyiniz, hərbi hissənin №-si, rütbəniz və s.) dəqiqləş-dirildiyi halda göndərilə bilər. Bu səbəbdən müraciətinizlə bağlı konkret araşdırma aparılması üçün mövcud sənədlərlə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Əbülfət Zeynallı Soruşur Yazılma Tarixi:16.07.2015 10:35:18

Salam. Bilmək istərdim Turkiyə Cümhuriyyətinin hansı dövlət universitetlərində əyani bakalavr təhsili alan azərbaycanlı tələbələrə Müdafiə Nazirliyi və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətdən təhsilə görə möhlət hüququ verilir? Əvvəlcədən təşəkkürümü bildirirəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. 
Kamran Ceferov Soruşur Yazılma Tarixi:16.07.2015 06:43:37

Salam men 1991 ci ildenem ve N sayli doyus bolgesinde qulluq edmisem ve starsi cavus olmusam ve men indi ora qayitda bilmirem konullu bir maxi kimi xahis edirem bir komeylik edesiz ve xelet istenir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanının və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Emin Esgerov Soruşur Yazılma Tarixi:16.07.2015 06:11:33

Salam Men Bu Xaricde Tehsil barede degisiklik ucun yazmistim..Men turkiyede tehsil aliram..4cu sinifi bitirdim ama hele mezun ola bilmemisem..derslerim qalib..Bize muddet verilecek yoxsa Azerbaycana geler gelmez Esgerliye getmeliyik ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir. Həmin Qanunun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət verilir. Əlavə olaraq bildiririk ki, təhsil almağınız barədə sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsində olduğunu nəzərə alaraq ətraflı məlumat almaq üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14897