Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əziz Əliyev Soruşur Yazılma Tarixi:20.07.2015 11:29:55

Salam hər vaxtınız xeyr. Siz yazmısız ki 2 ci siyahı ilə bağlı məlumatlar 20.07.2015 tarixdən etibarən bilinəcək ama indi baxıram yoxdu. Qardaşım Əliyev Şahin İbad oglu 04.01.1997 təvəllüdlü və Lənkəran rayonunda qeydiyyatdadır. Bilmək istəyirəmki qardaşımın adı 2 ci siyahida var yoxsa yox. İyulda gedecek yoxsa Oktyabr ayına qalacaq? Zəhmət olmasa sualimi cavabsız qoymayın

Bildiririk ki, qardaşınızın təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin çağırış komissiyasına müraciət etməyi tövsiyə olunur.
Əliyev Həsən Soruşur Yazılma Tarixi:20.07.2015 10:08:05

Salam. Mənim 2 övladım var. Bir övladım hərbi xidmətdədir və 2015-ci il oktyabrda təxris olacaq. Digər oğlum isə 2015-ci il oktyabrda hərbi xidmətə yollanacaq. Təxris olan oğlumun xidmət etdiyi hərbi hissəyə oktyabrda yollanacaq oğlum düşə bilərmi? Əgər düşə biləcəksə mən məktub və ya digər nə isə yazaraq hara müraciət etməliyəm? Öncədən təşəkkürlər

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.
Namiq Selimbeyli Soruşur Yazılma Tarixi:20.07.2015 07:18:05

Salam, menim herbi biletimde sülh vaxtı yararsız, müharibe vaxtı ise mehdud yararli yazilmishdir. Bilmek isteyirdimki, konullu shekilde muraciet etsem ön cebhede herbi xidmetden kece bilerem? Ve eger muharibe oldugu teqdirde, eyni qayda ile erize yazib herbi xidmetimi ön cebhede konullu shekilde kece bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar. Bu Qanunun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Əlavə olaraq bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin yaş həddi, hərbi uçot ixtisası, hərbi xidmət keçməsi və s. nəzərə alınmaqla səfərbərliyə və ya toplanışlara cəlb olunmaları barədə hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən məlumatlandırılırlar.
Orxan Quliyev Soruşur Yazılma Tarixi:20.07.2015 00:30:18

Salam bilmek isdirem Ailenin tek ovladiyam Herbiye maraqim daha yukseydi arzum olub ki herbici olum bilmey isdirem ailenin tek ovladlari baki qarnizonunda xidmet ede biler Hal hazirda DIN Baw muhavize idaresinde iwdirem 24 yawim var boyum da 175 xaiw edirem cavabin emaile yoluyun tewekur edirem sagolun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Mehemmed Memmedov Soruşur Yazılma Tarixi:19.07.2015 23:17:49

Salam men snaper kursuna getmek isdeyirem herbide olmuşam 2007. 2008 de kursa gede bilerem mi ve qiymeti nedi

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması, eləcə də 17 yaşına çatmış kişi cinsli vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin prioritetlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Xidmət tərəfindən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq yalnız çağırışçılar üçün təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab olunur. Hal-hazırda bu ixtisas üzrə müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar üçün hazırlıq və ödənişli kurslar təşkil edilmir. 
Imanli Elcan Soruşur Yazılma Tarixi:19.07.2015 21:51:43

Salam men ali tehsilliyem.Naxcivan Dovlet Unveristeti Fars dili ve edeiyyati ixtisasin bitirmisem.2011 2012 ci ilde herbi xidmetde olmusam.Seferberlik ve Herbi Xidmete Caqiris uzre Dovlet Xidmetinde islemek ucun muracied ede bileremmi?

Nəzərinizə çatdırırıq ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Qurbanov ismayıl Soruşur Yazılma Tarixi:19.07.2015 20:38:42

Snayper kursuna nece yazıla bileremm?zehmet olmasa kömek edin.,elaqe nömresi varsa? zehmet olmasa

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Xidmət tərəfindən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq yalnız çağırışçılar üçün təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab olunur. Yuxarıda qeyd olunan şərtlər daxilində çağırışçı hesab edilirsinizsə, kurslara cəlb olunmaq üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Ibrahim Soruşur Yazılma Tarixi:19.07.2015 20:21:31

salam Menim 17 yawim var 2 ildirki verem xestesiyem Lakin xesteliyim normalawib lakin 3 il olar gozumden mualice aliram zerife eliyeva adina xestexanada Men esger gede bilerem?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Anar eliyev Soruşur Yazılma Tarixi:19.07.2015 01:53:58

Men eliyev anar 1993,cu il tarixinde anadan olmuwam ve 2011aprelinde esger getmiwem 2012ci ilin oktuyab ayinda texris olmuwam men yeniden muddetden artiq herbici kimi gede bilerem suruculuk vesiqemde var surcu kimi xidmet ede bilerem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Səmədov Əfqan Soruşur Yazılma Tarixi:18.07.2015 23:25:28

Men Səmədov Əfqan Sərdar oglu ehtiyatda olan leytenant kimi sentyabr 1999 -cu ilde herbi xidmətə cağırılmışam. Avqust 2011 -ci ildə baş leytenant kimi ehtiyyata təxris olunmuşam. 2015 ci ilin may ayında Müdafiə Nazirliyinin Eşya Emlak kommisiyasina konpensasiya ile əlaqədər muraciət etdim . Cavab geldi ki size konpensasiya düşmür. Bilmək isteyirem nə üçün.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış əşya-əmlak əvəzinə pul kompensasiyası verilməsi barədə müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Siz Müdafiə Nazirliyi və ya ona tabe olan hərbi hissələrdə xidmət etdiyinizə görə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14897