Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavid Məmmədov Soruşur Yazılma Tarixi:22.07.2015 16:34:34

Salam.Menim adim 2-ci siyahda cixmadi.Soruşmaq isterdim hansi sebeble cixmadi? Məmmədov Cavid Şakir oglu. Tevelludum 04.04.1994

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Rəşad Qasımov Soruşur Yazılma Tarixi:22.07.2015 16:27:57

Salam, men muddetden artiq heqiqi herbi qulluqcu islemisem, oz erizemle terxis olmusam, indi isteyirem Sizin qurumda isleyim, ali tehsilliyem, xahis edirem sualimi cavablandirasiniz.Onu da qeyd edim ki, qulluq etdiyim yer men islediyim muddetde Herbi Komissarliq olub

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
abishov azer Soruşur Yazılma Tarixi:22.07.2015 15:20:14

men iyulda esger gedeceydim helede adim cixmiyib iyulun 22 den sonra birde cixacag ya yox?

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Mustafayev Cəmşid Soruşur Yazılma Tarixi:22.07.2015 14:29:43

Salam,sizə belə bir sualım var.Mənim oğlum bu il universiteti qurtarıb maqistraturaya qəbul olub,iyul ayının çağırışçısıdı.Bu gün komisiyadan keçib gözlərində zəiflik var eynək taxır,birdə ayağının altında düzlük var,onu göndəriblər xəstəxanaya bir gecə yat səhərə ayağının altı düzələcək guya,mənim kiçik oğlumdada eyni problem varıydı iki ay ayağlarını yara bağladı çəkmə geyinə bilmədi.Sualım belədi qanunda belə qayda var ya yox?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Yusif Memmedov Soruşur Yazılma Tarixi:22.07.2015 14:21:11

salam menim 18 yasim sentyabrin 14u tamam olur men turkiyenin dovlet universitetine qebul olmusam herbi xidmetden mohlet huququ verilecekmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. 
Ramil Həsənov Soruşur Yazılma Tarixi:22.07.2015 13:30:27

Salam, mən uyulda əsgər getməli idim ama indiye dek poveska gelmeyib mənə, internetdede adim cixmir ne meseledi? Xaiş edirem cavablandirasiz... Həsənov Ramil Vaqif oglu 19 fevral 1997 Gəncə şəhər kəpəz rayonu SHXÇDX

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Ayxan Məmmədli Soruşur Yazılma Tarixi:22.07.2015 10:55:40

Salam,Men soruşmaq isteyirdimki iyul ayının neçesine qeder Gönderiş olur ? Men dünen Keçdim Herbi komissarlığdan,bu ayın axırına qeder düşmek şansım varmı?

Bildiririk ki, Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir. Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Safaqatli Soruşur Yazılma Tarixi:22.07.2015 09:47:22

Salam men 27.05.1997-ci il teveluduyem men universitete senet vermek cun vayenkamata muraciyet etmishdimki uniye senet verrem indide ele oldiki men veresi olmadm geldim vayenkamata bildirdimki senet vermemishem eskerlie getmek isdrem.onlarda mene didilerki ayin 22-si gel gedessen indide gelmishem mene diler get oktyabrda gedessen dillerki adn cxmb indi,karochi mende eskerlie gedmek isdrem vetene qulluq etmek isdrem bu ay getmek isdirem vetenim meni cagrir mende vetenimin qulluqunda durmaqa hazram yani siz ede bilersizki men bi ay gedm vetenme qulluq etmeye

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün təcili olaraq atanızın adını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Tərlan Umudəliyev Soruşur Yazılma Tarixi:22.07.2015 07:02:24

Salam. Soruşmaq istəyirəm ki, universitetdə qiyabi ali təhsil ala-ala eyni zamanda orduda gizir kimi xidmət keçmək mümkündür?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mülki təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil almaq hüququna malikdirlər.
Axundzade Sehriyar Soruşur Yazılma Tarixi:22.07.2015 01:48:46

men axundzade sehriyar talib oglu 1991 ci ilde lenkeran weherinde anadan olmuwam menim herbiye hevesim oldugu ucun muddetden artiq xidmet etmek isteyirem qardawim 2012 ci ilde ermeni silahli quvveleri terefinden esir goturulub bilmek isteyirem men mudetden artiq xidmet eliye bilerem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897