Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Feride Ismayilova Soruşur Yazılma Tarixi:25.07.2015 01:44:29

Salam ,26 yasim var.Tibb kollecini bitirmisem.Herbici olmaq isteyorem hsrs muraciet etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. 
Fərid Əliyev Soruşur Yazılma Tarixi:25.07.2015 01:44:09

Salam.Men bilmək istərdim ki, men indi Bakı Dövlet Universitetində 1-ci kurs tələbəsiyəm.Gələn il universitetdən çıxıb Turkiye universitetine qebul olmaği fikirləşirəm.Mən burda universitetdən cixdiqdan sonra mene çağırış ne vaxt gelecek ve men universitetden cixandan sonra xarice çıxa bilərəmmi? Universitetden avqust ayinda cixmaği planlayiram.Təşəkkurlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. 
Emin Xəlilov Soruşur Yazılma Tarixi:24.07.2015 23:34:31

Salam. Mən çağırış məntəqəsinə təhkim olunma haqqında vəsiqəmi itirmişəm. Onu buradan elektron xidmətlərin köməyilə ala bilərəm?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fetullah Babazade Soruşur Yazılma Tarixi:24.07.2015 22:38:19

Salam menim 18 yasim 14 11 2014 ci ilde tamam olub yanvarda cagiris geldi hekimlerin hamisi yoxladi tekce sag gozumde zeiflik oldugun bildirdiler indi men esgerliye gede bilecem yoxsa yox zehmet olmasa cavablayardiniz w

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nicat Babayev Soruşur Yazılma Tarixi:24.07.2015 21:47:24

Salam ,Men bilmek isteyirdimki mene ne qeder mohlet verildi ..Babayev Nicat Ilqar oglu 26.06.1997

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
eziz ehmedli Soruşur Yazılma Tarixi:24.07.2015 18:43:12

men texdikuma veya kollece girsem esgerliye aparilacam yeni oxuyacam yoxsa gedim gelenden sora oxuyacam

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Nəbiyev Qiyas Soruşur Yazılma Tarixi:24.07.2015 09:18:45

Salam bizim qohum daxili qosuna dusmusdu.sol əlin orta barmağında problem olduğuna görə (problem.barmagin vətərləri kəsilib barmaq bukulmur)daxili qosuna yararsiz yazdilar.Ama milli orduya yararlı.bilmək isterdim bu necə mumkundur.milli orduya yararlı olmağı? zehmət olmasa cavablandirardiz

Xüsusi qoşun növlərinə həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (3 nömrəli) “a” bölməsinin tələblərinə uyğun olaraq aparılır.
Huseyn mirzequliyev Soruşur Yazılma Tarixi:24.07.2015 03:06:46

Salam men herbi xidmeti 22 gun evvel bawa vurmuwam.Aile problemi ile elaqedar sexsiyyet vesiqemi komisarliqdan hele goturmemiwem ceza ola bilermi?

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl Xidmətin yerli idarə, şöbə və bölmələri müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Həqiqi hərbi xidmətə çağırılmış şəxslərdən alınmış şəxsiyyət vəsiqələri saxlanılması üçün qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən DİN-nin aidiyyəti polis idarəsinə və ya şöbəsinə göndərilir. Odur ki, şəxsiyyət vəsiqəsinin götürülməsi üçün qeydiyyatda olduğunuz yer üzrə DİN-nin aidiyyəti polis idarəsinə və ya şöbəsinə şəxsən müraciət etməlisiniz.
Rəfael Dadaşov Soruşur Yazılma Tarixi:23.07.2015 20:52:40

Salam eleykum..mene iyulun 1-i çağırış gelmişdi..butun senedler hazır olmuşdu...bu günə kimi helede xeber yoxdur ...internetdede menim hakda melumat cixmır..sualima bir zəhmət cavab verin..çünki bu ay men getmek istəyirəm..

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Babayev Ceyhun Soruşur Yazılma Tarixi:23.07.2015 20:23:21

Ehtiyatda olan zabitem bilmek isterdim mezuniyyet pullari ne vaxt verilecek?butun lazim olan senedleri gondermiwem cavabda gelib amma ne vaxt verileceyi haqqinda melumat verilmir mumkunse etrafli cavab vererdiz.

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə özünüz haqqında ətraflı məlumat vermədiyiniz üçün cavablandırılması mümkün deyil.
Cədvəldə sətir sayı :14891