Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhun Semedzade Soruşur Yazılma Tarixi:28.07.2015 19:50:33

men esgerliye gedende manqa komandiri islemey istiyirem imtahszdi ve maasin bilmey istiyirem

Bildiririk ki, sizin xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Rəşad Məmmdov Soruşur Yazılma Tarixi:28.07.2015 19:32:04

Salam. Mən,iyul ayının 7i Nərimanov voinkamatına uçota duşmuşəm. Şəxsi işim ayın 8i Nəsimi voinkamatından gonderilib. Bgn artıq ayın 28idir. 20gun men gedib,gelirem nehayet bgn dedilerki isin gelib.. Qarayev adina agciyer xestelikleri inistutundan bronxial astma,yaxşı nezaret edilmis,stabil merhele dioqnozu qoylub. İndi ise meni herbi qospitala gondermelidirler. Lakin,get biz caguraciq- deyirler. Onsuzda 20gun şəxsi işime gore yubanib,birde ustelik bilmirem ne vaxt cagiracaqlar. Konkret vaxt isteyende hec cvb vermirler. Men magstr ucun senedlerimi vermeliyem. Defelerle qeyd etmeye calissamda anlamirlar. Yubadirlar. Getmek isteyirem olmur,indi de qospitala gondermirler. Axi bele olmaz. Xahiss edirem sizden,komeklik gosterin. Hec cure yardimci olmurlarki en qisa zamanda herbi qospitala gedim. Memmdov Resad Mehman. 1993.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 15.09.2015-ci il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Kamran Soruşur Yazılma Tarixi:28.07.2015 17:23:46

Salam, bundan evvel 2 defe bura yazmiwam hele de cavab gelmeyib guman edirem muracietim gelib catmayib size yeniden yaziram, iyulun 10 u qospitalda kamissiyadan kecmiwem orda dediler ki 1 hefteye cavab cixacaq , Suraxani rayon idaresine zeng etdim ordan dediler ki, 1-2 aya melum olacaq, indi cox guman ki oktyabr cagiriwina qaldim, bilmek isteyirem kamissiyanin qerari nece oldu, Selimli Kamran Seyran oglu, Suraxani rayon qeydiyyati, evvelceden tewekkurler

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Yusuf Alizade Soruşur Yazılma Tarixi:28.07.2015 14:52:21

Ehtiyat zabit hazırlığı kursuna qebula tələbər hansilardi..Bu kursu bitirənlər könüllü olaraq ön cəhbədə xidmət edə bilərlər.Ali hərbi təyarəçilik məkdəbində bu kurslar var.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsüyə olunur.
Cavid Misirov Soruşur Yazılma Tarixi:28.07.2015 13:43:53

Salam ad gunum oktyabrin 31 idi oktyabrda esger gedecem yoxsa yanvara qalacam

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, siz qanunvericiliyin tələblərinə uyğun olaraq, oktyabr çağırışına cəlb edilməyəcəksiniz.
Ramin Cabbarov Soruşur Yazılma Tarixi:28.07.2015 01:27:15

Salam men orta mektebi bu il bitirmisem ve xaricde universitete islerim vermisem ve qebul olmusam bilmek isteyirem menim getmeyime nese problem yarada biler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. 
Vusal Mustafayev Soruşur Yazılma Tarixi:27.07.2015 21:03:11

Salam. Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlıği haqqinda melumat vererdiz? kurslar nece aya bititr ve bakida esas merkezi harada yerlesir? evvelceden hekimden kecmeliyik? Men bakida qaliram. universitetde 3cu kursda oxuyuram. Mumkunse melumatlandiradiz. tesekkurler.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Belə ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi,  gənclərin hərbi xidmətə hazırlanması və çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar üçün bir neçə xüsusi hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil edilir. Kurslara seçilmiş namizədlər hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilir. Bu kursların tədris proqramı haqqında məlumat üçün Bakı şəhəri Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin İcra Orqanına müraciət edə bilərsiniz.  
Ziyad Kazımlı Soruşur Yazılma Tarixi:27.07.2015 15:20:41

salam.işlə bağlı muraciıt edərkən herbi biletin surətin göndərərkən telefonla cəkib göndərmək olar ?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edib ətraflı məlumat ala bilərsiniz.
Cahid Mesediqafarli Soruşur Yazılma Tarixi:27.07.2015 14:36:50

Men herbi xidmeti bitirdiyim 7aydir men gizirlik kursna gedb gizir ola bilerem? Her I xidmeti bitirmisem Ali tehsilli deylem birds elektron xidmetde yaziram alnmr xais bakida gizirlik kursu kecirlen mekdebin adini ve adresini mene veresiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından          40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Kerimova Kamile Soruşur Yazılma Tarixi:27.07.2015 14:10:35

Salam. Soruwmaq isteyirdim uwaqda burnunda polip var esger getmelidirmi?

Burun tənəffüsünün davamlı və və ya davamsız çətinləşməsindən asılı olaraq polipoz sinusitlə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49-cu maddənin “b” və ya “c” bəndlərinin tələblərinə əsasən şəhadətləndirilirlər.
Cədvəldə sətir sayı :14891