Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rehman Abdullazade Soruşur Yazılma Tarixi:03.08.2015 18:48:58

Salam. Men kecen ilin mezunuyam bu il oktyabr ayinda esger getmeliyem , amma 5-ci qrupdan imtahan verib kollece qebul oldum, bilmek isterdim xidmete gedib gelib oxuyacam, yoxsa oxuyub gedcem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, siz tam orta təhsil aldığınız üçün qanunvericiliklə sizə təhsilə görə çağırışdan möhlət verilmir.
Adil Eliyev Soruşur Yazılma Tarixi:03.08.2015 18:40:10

Salam.Bilmek isterdim,heqiqi herbi xidmetde olmayan elmler namizedini herbi xidmete gonderirlermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  23.0.1-ci maddəsinə əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Əlimərdan Musazadə Soruşur Yazılma Tarixi:03.08.2015 17:43:44

Mən iyulda əsgər getməliydim.Ancaq adim çıxmadı.Öyrəndim ki ,sənədlərim Mərkəzi Hərbi -Həkim komissiyasına təqdim olunub,amma başqa heç nə öyrənə bilmədim.Sizdən xahiş edirəm,mənə kömək edin.Musazadə Əlimərdan Mirqalib 20.08.93 Qəbələ rayonu .Əvvəlcədən təşəkkür edirəm.

Məlum olmuşdur ki, Siz 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Qəbələ rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndəriş yazılmışdır. Lakin, Siz bu günədək göndərişi götürməmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Ağdam rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Sizin tibbi şəhadətləndirilməniz üçün Xidmətin Qəbələ rayon şöbəsinə müraciət etməyiniz vacibdir.
Sahin Huseynov Soruşur Yazılma Tarixi:03.08.2015 16:32:58

Salam. Men Qarabag muharibesi dovrunde heri xidmetde olmusam. Yaralanib, herbi hospitala getdim. Orda mene ne elillik ucun sened ne de herbi bilet verildi. (Ayagimda qelpeler var ve elil sayiliram)

Bildiririk ki, əlillik qrupu və əlilliyin səbəbinin təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşayış yeri üzrə zonal Tibbi Sosial Ekspert Komissiyasının və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin səlahiyyətinə daxildir. Döyüş əməliyyatlarında yaralanmağınız və hərbi hospitalda müalicə oluma-ğınız barədə sənədlərin axtarışı, həmçinin hərbi biletinizlə bağlı konkret araşdırma aparılması üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli şöbəsinə rəsmi müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hərbi bilet hərbi qeydiyyat (hərbi xidmət keçməniz və ehtiyata buraxılmanız haqqında) məlumatları tam toplandıqdan sonra verilir.
nəsib məmmədov Soruşur Yazılma Tarixi:03.08.2015 03:03:54

salam.məm məmmədov nəsib natiq oğlu özüm gəncə şəhəri,kəpəz rayonunda qaliram.təvəludum 04.05.1997, mənim hərbi qeydiyyatima yararsiz yaziblar.ozum 9 cu sinifdede kollece girdim.gəncə texniki kollec.indi mən kollecimi dondurub əsgərliyə getmək istəyirəm.dilimdə problem variydi oda son 2il ərzində duzəldi.indi mən məktəbimi dondurub oktyabirda əsgərliyə gedə bilərəm????? xais edirəm cavab yazin.

Şikayət ərizəniz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılmışdır. Məlum olmuşdur ki, Siz, 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən əlavə müayinəyə göndəriləcəksiniz. Müayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Əjdər Zəkəryəyev Soruşur Yazılma Tarixi:03.08.2015 00:59:21

Salam.Mən Zəkəryəyev Əjdər Sabir oğlu Nərimanov rayon voenkamatinda ucotdayam.meni ag ciyer instituna gonderdiler ve mende orda akta kliniki sagalmis fibroz diaqnozu qymusdular. daha sonra iyulun 3-u qospitalda bir daha muayineden kecirtdiler ve dediler gedin cagiraciyig.bir defe ozum voenkamata getdim ve dedilerki is bizde deyil melumat olanda cagiraciyig ve indiyene kimi hec bir xeber yoxdur. bilmey istiyirdimki menim isim ne yerdedi melumat verin mumkunse.

Məlum olmuşdur ki, Siz 03.07.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilmisiniz. Siz hərbi qeydiyyat sənədləri ilə təmin olunmağınız üçün Xidmətin Nərimanov rayon idarəsinə müraciət etməlisiniz.
Fəttəhov Əliyar Soruşur Yazılma Tarixi:02.08.2015 23:24:15

Axşamınız xeyir olsun. 1997-ci ildə avqust ayın 15-də 18 yaş tamam olacaq.Əgər həmin şəxs bu il kollecə daxil olmuşsa, o, hərbi xidmətə çağırılır? Çox sağ olun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Ceyhun Askerov Soruşur Yazılma Tarixi:02.08.2015 23:15:18

Salam, men Ceyhun Askerov Valid oglu, 15 avgust 1994 teveludu, Baki seh anadan olmusam. Men istiyirdim bilmek hacan bu ilde mende olacaq tibb herbi komissiyasi, cunki 2012 ilde avgustun axiri mende olmusdu komissiyasi, ama men negodniy oldum, ve her 3 il 35 yasana geder men esidmisem cahiris olur? Men herbi bilet aldim 29 noyabr 2012 ilde.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinə keçməlidirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Eyni zamanda
bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Araz ismayilov Soruşur Yazılma Tarixi:02.08.2015 18:59:22

Salam hər vaxtınız xeyir men ali tehsilliyem əsgərlikdə leytinatliq kursunu oxumaq istiyrem orduda neçə il xidmət etməy lazımdı zəhmət olmazsa bu haqda mene ətraflı məlumat verərdiniz da

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Necef Soruşur Yazılma Tarixi:01.08.2015 22:53:10

Salam mən Həşimov Nəcəf Fərrux oğlu Azərbaycan Respublikasi Ordu sıralarinda Gizir kimi xidmət etmək istəyirem. Sizdən haiş edirəm mənə hansı yaş həddinə qədər qəbul olunmaq olar?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar:
Gızir­lə­rin və miç­man­la­rın həqiqi hər­bi xid­mə­tınə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əs­gər­lər, mat­ros­lar, ça­vuş­lar, 40 ya­şı­na­dək hərbi  vəzifəlilər (zabit­lər­ istisna olmaqla);  
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14891