Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Huseyn mirzequliyev Soruşur Yazılma Tarixi:24.07.2015 03:06:46

Salam men herbi xidmeti 22 gun evvel bawa vurmuwam.Aile problemi ile elaqedar sexsiyyet vesiqemi komisarliqdan hele goturmemiwem ceza ola bilermi?

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl Xidmətin yerli idarə, şöbə və bölmələri müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Həqiqi hərbi xidmətə çağırılmış şəxslərdən alınmış şəxsiyyət vəsiqələri saxlanılması üçün qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən DİN-nin aidiyyəti polis idarəsinə və ya şöbəsinə göndərilir. Odur ki, şəxsiyyət vəsiqəsinin götürülməsi üçün qeydiyyatda olduğunuz yer üzrə DİN-nin aidiyyəti polis idarəsinə və ya şöbəsinə şəxsən müraciət etməlisiniz.
Rəfael Dadaşov Soruşur Yazılma Tarixi:23.07.2015 20:52:40

Salam eleykum..mene iyulun 1-i çağırış gelmişdi..butun senedler hazır olmuşdu...bu günə kimi helede xeber yoxdur ...internetdede menim hakda melumat cixmır..sualima bir zəhmət cavab verin..çünki bu ay men getmek istəyirəm..

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Babayev Ceyhun Soruşur Yazılma Tarixi:23.07.2015 20:23:21

Ehtiyatda olan zabitem bilmek isterdim mezuniyyet pullari ne vaxt verilecek?butun lazim olan senedleri gondermiwem cavabda gelib amma ne vaxt verileceyi haqqinda melumat verilmir mumkunse etrafli cavab vererdiz.

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə özünüz haqqında ətraflı məlumat vermədiyiniz üçün cavablandırılması mümkün deyil.
Oruc Musayev Soruşur Yazılma Tarixi:23.07.2015 19:45:54

Salam. Salam men bu il Tukiyede universitete qebul olmusam. Universitete qeydiyyatdan kecmek ucun avqust ayinin 10-da Turkiyeye getmeliyem. Qeydiyyatdan kecdikden sonra universitetden arayis ala bilerem. Lakin menim İLKİN HERBİ QEYDİYYATA ALINMA HAQQINDA VESİQEMDE(ag biletimde) 30 iyun 2015 tarixine qeder mohlet verildiyi yazilir. Bele oldugu halda men serhedden kecdikde her hansi bir problem yarana biler? Ve bu mohlet muddetini nece uzada bilerem?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Abışov Azər Soruşur Yazılma Tarixi:23.07.2015 19:38:02

salam xahiş edirəm sualıma cavab verəsiz mənə iyul ayının 1-i çağırış gəlib amma sonradan hara düşdüyüm barədə məlumat cıxmadı son gün iyul ayının 22 si idi.indi mənim adım çıxacaq yoxsa oktyabra qaldım ?

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Qalib Teymurlu Soruşur Yazılma Tarixi:23.07.2015 18:36:03

Salam men Teymurlu Qalib Oqtay oglu 16.07.1992 dogumluyam.agdam rayon sobesinde qeydiyyatdayam.Bilmek isteyirem menim adim herbiye ikinci cagirisda varmi? Eger varsa ikinci cagiriscilar ne zaman cagirilacaq.xais edirem bilgilendiresiniz.

Bildiririk ki, sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Elvin Yusifli Soruşur Yazılma Tarixi:23.07.2015 17:35:36

Men mektebi bu il qurtarmiwam 18 yasim martin 5-de bitib. Men xaricde tehsil almaq isteyirem vaenkom menim perepisnoyuma pecat vurmur deyirki sen xaricde oxuya bilmezsen ancaq azerbaycanda bu duzgundur ya yox???? Axi bele bir soz varki oxumaq azaddir harda istesen oxuya bilersen

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Salamov ebdulqedir Soruşur Yazılma Tarixi:23.07.2015 16:46:18

Men sulhmeqamli qosun novunde xidmet etmek isterdim ve buna aid bir sualim var is saati sulhmeqamlilarda adi qrajdaniskida oldugu kimidi ya milli orduda oldugu kimi birdeki nece aydan sonra hansisa dovlete xidmete gonderirler

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ruslan Xelilov Soruşur Yazılma Tarixi:23.07.2015 16:09:23

salam.Mene basga olkeye hemselik getmek ucun cixis veregesi lazimdi.Migrasiya cixis verdi.passport stol cixarti.ama voenkomat cixartmak isdemir.bunla bagli men hara muraciet ede bilerem?

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, yalnız həmin ölkənin vətəndaşlığını qəbul etməsi və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə sənədi olduğu təqdirdə hərbi qeydiyyatdan çıxarılır.
Gülbəniz Babayeva Soruşur Yazılma Tarixi:23.07.2015 14:40:14

Salam. Oğlum DSX-də hərbi xidmətdədir. on beş gündür yola düşüb. Bu ay hərbi xidmətə yollananların andiçmə mərasimi hansı tarixlərdə keçiriəcəkdir? zəhmət verdiyim üçün üzr istəryirəm.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı sualınızın cavablandırılması üçün DSX-yə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14804