Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Resad Memmedov Soruşur Yazılma Tarixi:07.08.2015 00:44:37

Salam Men Halhazirda Kollec Oxuyuram 4-cu Kursa Kecdim tevelludum 96di Men Gelen Ilin IyUN Ayi Kolleci Bitirirem Men Incesenet Universtetine Imtahan Vermek Isteyirem Mene Vaxt Verile Biler Yoxsa Bele Bir SHey Mumkun Deyil Imtahan Ucun ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, mövcud qanunvericilikdə sizə təhsilə görə təkrar çağırışa möhlət verilməsi nəzərdə tutulmamışdır. 
ilqar osmanov Soruşur Yazılma Tarixi:06.08.2015 17:47:54

Men hansi rayonun herbi hissesinde qulluq edeceyimi sms vasitesile nece oyrene bilerem?

Bildiririk ki, çağırışçıların hansı qoşun növündə hərbi xidmət keçəcəyi haqqında məlumatı istənilən mobil operatordan 9100 nömrəsinə şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazıb göndərməklə öyrənmək olar.
Nahid Soruşur Yazılma Tarixi:06.08.2015 12:50:35

men herbi xidmeti teze qurtardim ve herbiye zabit kimi qayitmaq isteyirem ali tehsilim var Azerbaycan Texnki Universitetin qurtarmisam. Bunun uçun hara muraciet etmeliyem?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-cimaddəsinə əsasən, həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Za­bit­lə­rin həqiqi hər­bi xidmətinə – hər­bi xidmət­də ol­ma­ğın son yaş həd­dinə çatmamış ehtiyatda olan za­bit­lər, ha­be­lə ilk za­bit hər­bi rütbə­si verilməklə 35 ya­şı­nadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.  
Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Murad Muradov Soruşur Yazılma Tarixi:06.08.2015 11:23:09

Salam Murad Muradov Oqtay oqlu qeydiyyat Sumqayit sheheri ne qeder muddete mohlet verildiyini bilmek isterdim

Bildiririk ki, siz 2015-ci ilin iyul ayında Xidmətin Sumqayıt şəhər idarəsinin çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilmisiniz və sizə sağlamlıq vəziyyətinizə görə 3 il müddətinədək çağırışa möhlət verilmişdir.
Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Tebriz Abbasov Soruşur Yazılma Tarixi:06.08.2015 04:05:17

Salam.men 2009ci ilde aprel ayinda herbi xidmete gedmiwem ve 2009ci ilin oktyabr ayinda aq ciyer xesteliyi ile elaqedar texris olmuwam.sulh dovrunde herbi xidmete yararsiz muharibe dovrunde mehdud yararli hesab edilmiwem.men oyrenmey istyremki men bununla elaqedar teqaud(pensiya) ala bilerem?ve bununcun hara muraciet etmeliyem.xaish edirem meni yonlendiresiniz

Bildiririk ki, pensiya təminatı əlillik təyin olunduqdan sonra sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupu və əlilliyin səbəbinin təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşayış yeri üzrə zonal Tibbi Sosial Ekspert Komissiyasının və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin səlahiyyətinə daxildir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
Qurban Musayev Soruşur Yazılma Tarixi:05.08.2015 21:58:10

Salam aleykum,men bilmek isteyirdimki Milli Qvardiyaya düşmek ücün hansisa senedler yada yoxlanışdan kecmek lazımdı yoxsa bu avtamatik şekilde Dövlet terefinden aparılır Deyilene gore boy ceki ve mueyyen idman arqumenlerini yerine yetirmek lazımdı

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi komissiyası qərar qəbul edir.
Hidayet Umarov Soruşur Yazılma Tarixi:05.08.2015 17:07:39

Salam. Mən hərbi xidməti sülhməramli qoşunda, Əfqanıstan, İraq və ya başqa hər hansı bir xarici ölkədə keçmək istəyirəm. Könüllü olaraq getmək mümkündürmü? Boy, çəki və digər amillər nəzərə alınır mı? Öz boyum 175 çəkim isə 65-dir

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının gələcəkdə harada və hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Sənan Ələkbərov Soruşur Yazılma Tarixi:05.08.2015 14:21:48

salam mən 2014 cü ildə MAHHAXQ kimi hərbi xidmətə başlamışam. amma bəzi səbəblərdən ailə probleminə görə öz könüllü ərizəmlə 2015 ci ildə 156 maddənin e bəndi ilə ordu sıralarından təxris olunnuşam. indi bilmək istəyirəm mən yenidən ordu sıralarına qayıda bilərəm yoxsa yox? diqqətinizə görə minnətdaram

Bildiririk ki, Ordu sıralarına yenidən qayıdaraq hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Nigar Ceferova Soruşur Yazılma Tarixi:05.08.2015 13:36:28

Salam men harbi hissaya komputerci kimi duzalmak isttram harbia havasim coxdu kima muraciat edim maslahat verinda mene zahmat olmasa

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lıka­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar:
Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­tə – ən azı ümumi orta təhsilli, qanun­la müəyyən­ləş­dirilən müd­dət­li həqiqi hərbi xidməti ba­şa çatdır­mış hər­bi qulluqçular, 40 yaşınadək hər­bi və­zifə­lilər (zabit­lər­, gizirlər və miçmanlar istisna olmaqla), ha­be­lə 19 ya­şın­dan 40 ya­şı­na­dək qa­dın­lar;
Gizir­lə­rin və miç­man­la­rın həqiqi hər­bi xid­mə­tinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əs­gər­lər, mat­ros­lar, ça­vuş­lar, 40 ya­şı­na­dək hərbi və­zifə­lilər (zabit­lər­ istisna olmaqla), ha­be­lə 19 ya­şın­dan 40 ya­şına­dək qadınlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Mirhüseyn Rzayev Soruşur Yazılma Tarixi:05.08.2015 13:18:08

salam mən NMR qeydiyyatındayam şəxsiyyət vəsiqəmi alamq üçün mənə ağ blet lazımdır onuda almaq üçün səfərbərlik və hərbi çağrış idarəsinə müraciət etdim amma vermədilər çünkü qeydiyyatda olduqumuz ev satılıb həmdə qeydiyyatda olduqumuz erazinin Jek müdürü arayış və ailə tərkibi vermir mənə dedilər get Bakıda qeydiyyata düş özümdə bakıda yaşyıram gəldim qeydiyyat üçün yer tapdım ammma götürmədilər çünkü Ağ blet lazımdır onuda heç yer vermir xaiş edirəm kömək edin ağ bleti alım tezliklə cavab gözləyirəm müraciətimi əsaslandırın

Bildiririk ki, sizin Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14891