Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eltac Beşirli Soruşur Yazılma Tarixi:09.08.2015 13:22:40

Salam men bilmek isteyirem ki,esgerliye nece yaşimda getmeliyem? birde bilmek isteyirem ki, men keşfiyatçi olmaq üçün ne etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, kəşfiyyatçı hazırlığı kursları hazırda keçirilmir.
Nicat Babayev Soruşur Yazılma Tarixi:09.08.2015 13:15:42

Salam .Mene ne qeder mohlet verilib ? Babayev Nicat Ilqar Oglu 26.06.1997

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Sadıqov İsmayıl Soruşur Yazılma Tarixi:09.08.2015 03:54:25

Salam. 2004-cü ildən bu ilə kimi 58B maddəsi ilə məni əsgərliyə aparmayıblar. Hərbi Biletimdə sülh şəraitində yararsız müharibə şəraitində məhdud yararlı yazılıb. 2015-ci ilin iyul ayında məni mobil nömrəmə zənglə çağırdılar Nərimanov r-nu Komissarlığina. Bir sözlə məni get-gələ saldılar. Axırda bezib getmədim və hərbi biletim orada qaldı. Mənə bildirdilər ki, sentyabr ayının 15-də gəlib hərbi biletimi götürə bilərəm. Bu necə olur ki, iyul ayının çağırışçısının möhürünü sentyabr ayında vururlar ? Əgər çağırışçı əsgər getməyibsə onun hərbi bileti komissarlıqda nə qədər saxıanılmalıdır? Birdə Komissarla görüşmək çox çətindir buraxmırlar yanına belə olmalıdır?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Aparılan araşdırmaya görə, hazırda hərbi biletiniz Xidmətin Nərimanov rayon idarəsində saxlanılır. Belə ki, hərbi xidmətə yararlılıq kateqoriyanızın müəyyənləşdirilməsi ilə bağlı 18.06.2015-ci il tarixdə Xidmətin Nərimanov rayon idarəsinə dəvət olunsanız da, təkrar tibbi müayinədən keçməmisiniz. Hərbi biletiniz növbəti tibbi müayinədən keçirildikdən və müvafiq qeydlər aparıldıqdan sonra özünüzə qaytarılacaq. Odur ki, Xidmətin Nərimanov rayon idarəsinə müraciət etməyiniz vacibdir.  
Emilya Cavadova Soruşur Yazılma Tarixi:08.08.2015 22:34:56

Salam menim oglanlarimda sinus toxikardiyasi ve aritmiya var ,bilmek isteyirem bu xestelikleri olanlari herbi xidmete cagirirlarmi?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “c” maddəsinin I qrafasının tələblərinə əsasən: ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) I-II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
xəyal Soruşur Yazılma Tarixi:08.08.2015 14:15:05

Salam.menim 25 yasim var.ali tesilliyem.iki usagim var.herbide olmamisam.dovlet qullukcusuyam.men konullu herbiye gedsem orda kursa gedib zabitlik oxusam nece ay esgerlikde olacam.

«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hər­bi xid­mə­tin müd­dət­lə­ri təq­vim he­sa­bı ilə müd­dət­li həqiqi hərbi xid­mət hər­bi qul­luq­çu­la­ra: -ali təh­sıli olan­lara – 1 il, qa­lan bü­tün əsgər­lərə, matros və ça­vuş­lara – 1 il 6 ay müəyyən­ləş­dirilmişdir. Bu səbəbdən Siz müd­dət­li həqiqi hərbi xid­mətə çağırıldıqdan sonra zabit hazırlığı kursunda oxumaq istəyinizlə bağlı hərbi xid­mət keçəcəyiniz hərbi hissə komandirinə komanda üzrə müraciət edə bilərsiniz.
elzamin mustafayev Soruşur Yazılma Tarixi:08.08.2015 11:37:06

Salam men gizirlik kursuna senetlerimi vermiwem bilmek isteyirem ttm de kurs nece aydi???

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunun hansı müddətdə davam etməsinə aydınlıq gətirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Turan Novruzlu Soruşur Yazılma Tarixi:08.08.2015 11:09:41

Salam menim qardasim DSX de xidmet edir.Ali təhsillidir.Bilmek isderdim o zabit kimi xidmet ede biler.Zehmet olmasa cavab vererdiz.

Bildiririk ki, qardaşınız zabit kimi hərbi xidmət keçmək istəyi ilə bağlı hazırda hərbi xid­mət keçdiyi hərbi hissə komandirinə komanda üzrə müraciət etməlidir.
Attila Ismayilov Soruşur Yazılma Tarixi:08.08.2015 11:01:55

Salam, men Tibb Universitetinin 3cuncu kursunda tehsil alirim. Bu il Almaniya Universitetine qebul almışam. Orada tehsil aldiğım müddetde mene möhlet verilecekmi? Yalnız bir defe möhlet dedikde 1 il nezerde tutulur yoxsa 1 defe ama uzunmuddetli olabilermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir)  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Orxan Humbetov Soruşur Yazılma Tarixi:08.08.2015 10:33:14

Salam. Bilmək istərdim ki bu il xaricde universitet qazanan Azerbaycan vetendaslarina bakalavr pilləsi üzərə təhsillərinə davam elemeye möhlət hüququ verilirmi ya yox? Təsəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Fuad Mammadov Soruşur Yazılma Tarixi:08.08.2015 03:36:24

Salam. Mən tam ali təhsilliyəm. 09.05.1992 təvəllüd, boy 179, çəki 110, idmançı (ağır atletəm) bədən quruluşundayam. Hər zaman hərbi dəniz qüvvələrində leytenant kimi hərbi xidmət keçməyi arzulamışam. Bu mümkündürmü?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-cimaddəsinə əsasən, həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Za­bit­lə­rin həqiqi hər­bi xidmətinə – hər­bi xidmət­də ol­ma­ğın son yaş həd­dinə çatmamış ehtiyatda olan za­bit­lər, ha­be­lə ilk za­bit hər­bi rütbə­si verilməklə 35 ya­şı­nadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər. Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi Hərbi Dəniz Qüvvələrində hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897