Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gunay Abbasova Soruşur Yazılma Tarixi:14.08.2015 02:07:46

Salam. Herbi and herbi xidmete geden kimi olur yoxsa 40 günden sonra? Xahiş edirem cavablandırarsınız.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların hərbi andı qəbul etmə vaxtı onların təyin edildikləri qoşun növünün komandanlığı tərəfindən müəyyənləşdirilir.
Ziyafət Bayramova Soruşur Yazılma Tarixi:14.08.2015 00:59:40

Salam. General-leytenant Arzu Rəhimov avqustun 13-də Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Bəs Gəncə, Daşkəsəndə səfəri nə zaman nəzərdə tutulmuşdur?

Məlumat üçün bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab  general-leytenant Arzu Rəhimov 19 fevral 2015-ci il tarixdə Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsində  Gəncə, Daşkəsən, Samux, Goranboy şəhər və rayonlarından olan vətəndaşları qəbul etmişdir. Xidmət rəisinin Gəncə şəhərində növbəti qəbulu barədə məlumatları əldə etməyiniz üçün Xidmətin elektron saytını (www,seferberlik.gov.az) mütəmadi olaraq izləməyiniz tövsiyyə olunur. 
Kamran İsgandarli Soruşur Yazılma Tarixi:13.08.2015 22:09:30

Salam men oktyabrda herbi xidmete gedecem, sentyabrın 2-i 1 heftelik ölke xaricine çıxa bilerem ?

Sizin 2015-ci ilin oktyabr çağırışına cəlb edildiyiniz və qeyd etdiyiniz vaxtda çağırış ayının başlanmasına az müddət qaldığı üçün respublika ərazisini tərk etməməyiniz daha qənaətbəxş hesab olunur.
aslanov asim Soruşur Yazılma Tarixi:13.08.2015 21:11:17

27 yasim var ali tehsiliyem herbi xidmetde olmusam ise qebul ola bilerem herbiye

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Elvin Soruşur Yazılma Tarixi:13.08.2015 21:01:27

Mən evin tək uşaxiyam meni esgerliye aparacaqlarmi qaqdasim var ata bir ana ayri bu caxrisda esgerliye gedmeliyem

Bildiririk ki, mövcud qanunvericilikdə ailənin tək övladı olan çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Anar Selimov Soruşur Yazılma Tarixi:13.08.2015 16:59:54

Salam.Men bilmek isteyirdim ki, mende murekkeb dereceli miopikastiqmatizm var.herbi xidmete yararliyam ya yox?cox sagolun.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Seferov Eli Soruşur Yazılma Tarixi:13.08.2015 15:01:14

Salam herbi xidmete yararlidir a-3 ne demekdir

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.)  
Yasin İsmayılov Soruşur Yazılma Tarixi:13.08.2015 14:24:08

Salam sizi bir sualım olacaq. Menim Xidmet dovrunde temin edilmeyen geyim pulunun verilmesi ucun kime muraciet ede bilerik.

Sizin 14.08.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırıram ki, Siz əşya-əmlak əvəzinə pul kompensasiyasının alınması üçün tərxis olunduğunuz  hərbi quruma (hərbi hissəyə) müraciət etməyiniz tövsiyyə olunur.
Nicat Babayev Soruşur Yazılma Tarixi:13.08.2015 13:59:50

Salam .Mene ne qeder mohlet verilib ? Babayev Nicat Ilqar Oglu 26.06.1997 Baki Seheri şXetai Rayon İdaresi

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Nail Quliyev Soruşur Yazılma Tarixi:13.08.2015 12:33:35

salam.Men bu il Universitete daxil ola bilmedim. 2 defe hazirlasmaq isteyirem. Imtahan may ayinda olacaq. Menim iyul 6 18 yasim tamam olacaq. Men 2 defe imtahan vere billem. Men herbi xidmete çagiracaqlar?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  Eyni zamanda bildiririk ki, siz 18 yaşına çatana qədər ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahanlarda iştirak edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897