Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şirvanov Cavid Rasul Soruşur Yazılma Tarixi:18.08.2015 20:10:17

salam sizden xaiş edırem deyardiz men 1990 tevelludluyem men gizirlik kursuna geda bilerem?mumkunse hansı senedler ve haçan qebul edirler

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Odur ki, Siz 28 yaş həddini keçmədiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə şöbə və ya bölməsinə müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti gizir hazırlığı kursunun nə vaxt təşkil ediləcəyinə aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Afiq Israfilzade Soruşur Yazılma Tarixi:18.08.2015 19:48:39

Salam. Men ali tehsilliyem ve herbi xidmeti 1 ildir ki bitirmisem zabitlik kursu kecmisem ama normativden kesildiyim ucun zabit ola bilmedim bilmek istiyirem ki yeniden muracet edib rutbeni ala bilerem

Bildiririk ki, müraciətdə göstərdiyiniz istəyiniz ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 
Memmed Veliyev Soruşur Yazılma Tarixi:18.08.2015 17:48:53

Menim sualim size sizin quruma (idareye)ishe qebul nece aparilir shertleri nedi?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul oluna bilərlər. Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünyagörüşləri yoxlanılır.
Elvin Soruşur Yazılma Tarixi:18.08.2015 16:29:35

salam meni esgerliye cagirmadilar iyulda getmeli idim ama mene paveska gelmeyib sizden xaiw edirem mene komey edin.

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını dəqiq qeyd etməlisiniz. 
orkhan cavadov Soruşur Yazılma Tarixi:18.08.2015 16:23:18

Salam dsx de xidmet etmisem indi ise milli orduda xidmet etmek isteyirem en azindan gizir kimi pul verilmesede olar vetene gullug etmey borcumuzdu deye

Bildiririk ki, Milli orduda hər­bi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Elxan Poladov Soruşur Yazılma Tarixi:18.08.2015 15:52:21

Müvafiq qanunvericilyə uyğun soyad sonluğu dəyişdirildikdən sonra hərbi biletin dəyişdirilməsi icbaridirmi? Əgər belədirsə dəyişdirilməsi üçün hansı prosedur nəzərdə tutulub?

Bidiririk ki, hərbi vəzifəlilər müvafiq qanunvericiliyə uyğun soyad sonluğunu dəyişdirdikdən və DİN-nin aidiyyəti orqanından şəxsiyyət vəsiqəsi aldıqdan sonra bu barədə hərbi biletin “Xüsusi qeydlər” bölməsində müvafiq qeydlər aparılması üçün hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin yerli idarəsinə (şöbəsinə və ya bölməsinə) müraciət etməlidir.
Huseynova Guler Soruşur Yazılma Tarixi:18.08.2015 15:04:01

Salam men Herbi Xıdmetde iwe duzelmek isteyirem senetleri harda vere bilerem 27yawim var arzum herbici olmaqdir bu menım ucun werefli pewedir.Ali tehsilliyem

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Rufet Qurbanzade Soruşur Yazılma Tarixi:18.08.2015 12:34:28

men 2015 ci ilin iyul cagiriscisi olmusam FHN de xidmet etmek ucun cagrilmisam amma qanimda demir defsitli anemiya askar olunub.3 illik mohlet verilib,yararsiz hesab edilmisem. sualim odurki men herbi xidmete hansi vezyetde yararli ola bilerem ?yaxud ola bilmeremse bu herbi biletimde hansi madde ile eks olunacaq

Qan və qanyaradıcı sistemin funksiyalarının  pozulma dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olaraq çağırışçıların şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin I-ci qrafasının “a”, “b”, “c” və ya “ç” bəndi üzrə keçirilir. Möhlət müddəti bitdikdən sonra Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əgər təkrar şəhadətləndirilmə zamanı sağlamlıq vəziyyətinizin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud hərbi xidmətə çağırılmağınıza mane ola biləcək xəstəliyin aşkar əlamətləri olmazsa, Siz, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab ediləcəksiniz.
Bəylər Baxşəliyev Soruşur Yazılma Tarixi:18.08.2015 12:11:10

Salam. Mən 2011-ci ilin iyul ayında 1 il müddətinə hərbi xidmətə yollandım. Hərbi xidmətimin bitməyinə 14 gün qalmış ağ ciyərin vərəmi diaqnozu ilə Ələt qəsəbəsində yerləşən hərbi hospitala yerləşdirildim.Burada tam müalicə olunduqdan sonra 31.08.2012-ci ildə xəstəliklər cədvəlinin 2-ci qrafasının 2b bəndinə əsasən ordu sıralarından təxris olundum. Artıq təxris olunmağımdan 3 il keçir. Sualım ondan ibarətdir ki mən yenidən tibbi şəhadətləndirilib hərbi xidmətə yararlı hesab oluna bilərəmmi?

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar tibbi şəhadətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Farid Zamanov Soruşur Yazılma Tarixi:18.08.2015 11:43:32

Salam , emim oglum oz herbi biletini itirib (urek xesteliyi ile bagli esgerlikde olmayib). Bilmek isterdim onun herbi biletini biz nece yeniden berpa ede bilerik? Teshekkurler

Bidiririk ki, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə hərbi vəzifəlilərə yeni hərbi biletlərin verilməsi əvvəlki hərbi biletlərin itirilməsi və ya korlanması səbəbləri araşdırıldıqdan sonra verilir. Əminiz oğlunun yeni hərbi biletlə təmin edilməsi üçün o, sənədləri ilə (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkilvə ərizə) hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin yerli idarəsinə (şöbəsinə və ya bölməsinə) müraciət etməlidir. Bundan sonra Xidmətin yerli idarəsi (şöbəsi, bölməsi) tərəfindən DİN-nin yerli orqanına itirilmiş hərbi biletin aşkar olunub-olunmaması barədə sorğu göndəriləcək. Cavab alındıqdan və hərbi qeydiyyat məlumatları tam toplandıqdan sonra o, qısa müddət ərzində hərbi biletlə təmin olunacaqdır.
Cədvəldə sətir sayı :14897