Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ataxan Nəcəfov Soruşur Yazılma Tarixi:23.08.2015 20:09:06

Salam. Vətəndaşı hərbi xidmətə yararsız edən xəstəliklərin siyahısını haradan öyrənə bilərəm?

Çağırışçının həqiqi hərbi xidmətə yararlı olub-olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müəyyən edilir.
Rasim Əliyev Soruşur Yazılma Tarixi:23.08.2015 19:41:09

Salam .Atası olmayan evin tək oğlu hərbi xidmətə getməlidir ya yox. əvvəlcədən təşəkkür edirəm.

Sualınıza cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mövcud ailə  vəziyyətinizlə  əlaqədar hər hansı bir güzəşt nəzərdə tutulmamışdır.
Samir quluyev Soruşur Yazılma Tarixi:23.08.2015 18:55:20

Salam men oktuyabir 15 esgerliya aparasi idiler. Xestelikle 6ayliq mohlet verdiler.aprel 15kime.men Aprelin 1senedlerimi tqdk vere bilerem.

Bildiririk ki, siz sağlamlıq vəziyyətinizə görə çağırışa möhlət verilən müddət bitənədək TQDK-nın keçirdiyi imtahanlarda iştirak edə bilərsiniz.
Ceyhun memmedov Soruşur Yazılma Tarixi:23.08.2015 02:50:27

Salam menim 1 illik mohlet huququm var 01.10.2015 ci ilde bitir. Gelen ay sentybr ayinin 15 i 1 heftelik olke xaricine getmek isteyirem sentybrin 26 si qayidacam XARICI POASportumda var xais edirem mene deqiq yazin meni olkeden buraxacaqlar ya yox??

Bildiririk ki, sizin 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar təkrar tibbi müayinəyə dəvət ediləcəyinizi nəzərə alaraq respublika ərazisini tərk etməməyiniz məqsədəmüvafiq hesab edilir.  
gulmemmedova ayten Soruşur Yazılma Tarixi:23.08.2015 00:30:02

salam.menim nisanlim iyulun 21i herbi xidmete gedib.1 il 6 aydan sonra qayidacaq insallah.sualim budur ki,ne vaxt ona icaze verilecek eve gelib ailesini ziyaret etmek ucun?umumiyyetle esgerlere ne vaxtdan bir verilir herbi xidmetden ayrilmaq icazesi?ya herbi xidmetden hec cixmir? xahis edirem cavablandirsaniz sevinerem.sagolun

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 1 il 6 ay həqiqi hərbi xidmət keçməli olan hərbi qulluqçular 1 il xidmət etdikdən sonra növbəti məzuniyyətə buraxılırlar.
Emin Kisiyev Soruşur Yazılma Tarixi:22.08.2015 18:24:16

Salam menim qardasim 2015 10 cu ay oktiyabirin birine eskerliye cagiriblar onun hara düsdüyünü bilmey ücün ne etmeliyüy Adi. Elnur Familya. Kisiyev Ata adi . Soltan Doguldugu il . 1997 08 21

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.  Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Ruslan Ələsgərov Soruşur Yazılma Tarixi:22.08.2015 16:35:42

mən ali təhsilliyəm bilmək istəyirəm mən necə zabit ola bilərəm

Müraciətinizlə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Aydin Memmedov Soruşur Yazılma Tarixi:22.08.2015 16:27:10

Salam. Menim xayamin birinin toxum ciyəsi qarin bosduguna daxil olub. Hekime getmemisem. Men esgerliye gedə bilərəm?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80 “c” maddəsinin I qrafasının tələblərinə əsasən: bir xayanın qarın boşluğunda ləngiməsi olduğu halda çağırışçılar “Dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmadığınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Simuzer Salahlı Soruşur Yazılma Tarixi:22.08.2015 15:41:28

Salam. Sualı cavablandırdığınız üçün teşekkür edirem ancaq deqiq cavab ala bilmedim. 16.07.1992 tevellüdlü bir tanışım ali mektebi bu il bitirib herbi xidmete yararlıdır ancaq iyul ayında çağırışda adı olmayıb ve özü gedib erize verib ki çağırsınlar, ama yene çağırmadılar ola bilermi ki erizeye baxılmasın, oktyabr çağırışına qalsın, yoxsa eger erize veribse mütleq çağırılmalıdır?

Bildiririk ki, sualınızın dəqiq cavablandırılması üçün həmin şəxsin adını, soyadını, atasının adını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur. 
erestun nesirli Soruşur Yazılma Tarixi:22.08.2015 15:15:23

men dekabr 6si anadan olmusam herbiye gedmek isteyirem

Sualınıza cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmətə  18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli  vətəndaşlar cəlb olunurlar. 
Cədvəldə sətir sayı :14897