Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sənan Şəfiyev Soruşur Yazılma Tarixi:25.08.2015 09:53:07

Salam. Bilmək istəyirəm ki, mənim möhlət hüququm nə qədərdi? Şəfiyev Sənan Adil oğlu 09.12.1996 Qəbələ rayonu Xahiş edirəm cavablandırın

Bildiririk  ki, Sizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə   əsasən 6 (altı) ay müddətinə - 07.01.2016-cı il tarixədək çağırışdan möhlət hüququ verilmişdir. 
Murad Rashidov Soruşur Yazılma Tarixi:25.08.2015 00:06:41

Salam.Qardaşimin 18 yaşi tamam olub.O, Avropa olkesine attestat qabul olub. Herbi xidmetden mohlet ala bilirermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, qardaşınızın qəbul olduğu ali təhsil müəssisəsindən arayış alaraq (arayışda qardaşınızın ali təhsil müəssisəsinə daxil olduğu və bitirəcəyi tarix dəqiq göstərilməlidir) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyi tövsiyə olunur.
Ziya Bextiyarov Soruşur Yazılma Tarixi:24.08.2015 21:45:37

menim 26 yasim var mene nece komek ede bilersiniz men herbi xidmete maxe kimi islemeye gedim?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­tə – ən azı ümumi orta təhsilli, qanun­la müəyyən­ləş­dirilən müd­dət­li həqiqi hərbi xidməti ba­şa çatdır­mış hər­bi qulluqçular, 40 yaşınadək hər­bi vəzifəlilər (zabit­lər­, gizirlər və miçmanlar istisna olmaqla). Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
isgenderov isgender Soruşur Yazılma Tarixi:24.08.2015 18:19:32

salam sizde heqiqi herbi xidmete zabit kimi qebul nece yawa kimidi men ehtiyatda olan zabitem

Bildiririk ki, vətəndaşların həqiqi hərbi xidmətə qəbulu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.    
Elbrus Hemidov Soruşur Yazılma Tarixi:24.08.2015 16:47:15

salam. oqlum 5 aydı Naxçıvanda müdetli heqiqi herbi xidmetdedi onu seheti ile baqlı yaxınlara getirmey mümkündürse deyerdiz

Bildiririk ki, qeyd etdiyiniz məsələnin həlli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid deyildir. Sizin oğlunuzun xidmət etdiyi qoşunun komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Orxan Məmmədli Soruşur Yazılma Tarixi:24.08.2015 11:14:54

Salam.Türkiyə Universitetinə qəbul haqqında sənəd Azərbaycan dilinə tərcümə olunmuş formada 1 saylı Notariusda təsdiqlənib və Qazax rayon Komisarlığına təqdim olunub təhsil üçün möhlət verilməsi barəsində sənədin əldə olunması üçün.Lakin Komisarlıqdan Təhsil Nazirliyindən möhlətin hansı Universitetlərə veriləcəyinin siyahısını gözlədiklərini bildirdilər.Təhsil Nazirliyindən isə tam əksinə olaraq bu qərarın təsdiqlənmədiyi və bu il üçün qüvvədə olmadığını və sənədin əldə olunması üçün Komisarlığa müraciət etməyimizi və həmin qərarın rəsmi şəkildə təsdiqini göstərmələrini tələb etməyimizi bildirdilər.Əlavə olaraq bildirmək istəyirəmki 07.09.2015-ci ildə Universitetə qəbulun son tarixidir və təəsüflər olsunki iki dövlət qurumu arasında olan anlaşılmamazlıq səbəbindən biz xarici passport belə əldə edə bilməmişik.Xahiş edirəm bizi düzgün şəkildə kimə və hansı şəkildə müraciət etmiyimiz barəsində məlumat verin.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında ildə 4 dəfə -yanvar, aprel, iyul və oktyabr ayının 1-dən 30-dək keçirilir. Bununla əlaqədar 18 yaşına çatmış çağırışçılara müvafiq sənədlər təqdim edildikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq çağırışdan möhlət Xidmətin yerli idarə, şöbə və bölmələrində yaradılmış rayon (şəhər) çağırış komissiyaları tərəfindən yalnız çağırış dövründə verilə bilər. Müraciətinizə cavab olaraq bildiririk ki, tələb olunan sənədləri hərbi qeydiyyatda olduğunuz Xidmətin Qazax rayon şöbəsinə təqdim etdikdən sonra təhsilə görə möhlət hüququna malik olmanız barədə qərar yalnız oktyabr çağırışı müddətində qəbul ediləcəkdir. 
nurlan ezizov Soruşur Yazılma Tarixi:24.08.2015 02:12:15

salam.men 1998 ci ilde aprel ayinin 3 u anadan olmusam.ne vaxt esgerliye gedecem?

Sualınıza cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmətə 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli  vətəndaşlar cəlb olunurlar. 
Nicat Abdullayev Soruşur Yazılma Tarixi:24.08.2015 00:58:09

Salam mən oktyabr da hərbi xidmətə gedəcəm indidən bilmək olar mən harda xidmət edəcəm ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Emil Nesibov Soruşur Yazılma Tarixi:23.08.2015 23:52:21

salam men bilmek isteyiremki herbi xidmete çağırışlar hansı aylarda ve hansı ayın neçesi gelir

Sualınıza cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xidmətə çağırış ildə dörd dəfə - yanvar, aprel, iyul, oktyabr aylarının 1-dən 30-dək keçirilir. Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müddətli həqiqi hərbi xidmətə 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar cəlb olunurlar.
Musa Veliyev Soruşur Yazılma Tarixi:23.08.2015 23:28:44

Salam mən müddətdən artıq hərbi qulluqcu qəbul olmaq istəyirəm özüm sıravi heyət mütəxəssəisləri hazırlanmasi şöbəsinin matros fakultəsini bitirmişəm xidmətimi muhəndis istehkam bolməsində bitirmişəm

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçular üçün nəzərdə tutulmuş vəzifələr olmadığı üçün Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897