Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz İsmayılzadə Soruşur Yazılma Tarixi:27.08.2015 12:03:35

Salam.Mən kollecde oxuyuram 19.08.1997.Təvəllüdəm 2ci kursa keçdim.Kolleci dondurub əsgərliyə getməy isdiyirəm.Mümkündürmü?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq siz hazırda təhsil aldığınız orta ixtisas müəssisəsindən xaric olmağınız haqqında arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etdiyiniz halda ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz. 
Cavid Huseynli Soruşur Yazılma Tarixi:27.08.2015 02:07:43

salam mən KRİPTORXİZM dən əməliyyat olmuşam əməliyyat nəticəsində xayanın biri kəsilib çıxarlıb biri yerində bilmək istiyirəm hərbi xidmətə getməyimə mane ola bilərmi ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən bir xayanın xəstəliklərə, yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu hərbi xidmətkeçməyə mane olmur. Əlavə olaraq bildirirəm ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
polat eliyev Soruşur Yazılma Tarixi:27.08.2015 00:31:00

men türkiyede tehsil alıram ve universitetimin diplomu burda tanınır. men mecbriyyet qarşısında mektebi uzatmalı oldum bu qanun(Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi) men mektebi uzadandan sonra çıxıb xeberim yox idi. indi men neylemeliyem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılara təhsilini davam etdirmək üçün möhlət yalnız bir dəfə verilir.  Əlavə olaraq qeyd edirik ki, çağırışdan möhlətin verilməsi üçün aidiyyəti üzrə təqdim etdiyiniz arayışda göstərilən təhsilin müddətini və təhsilə görə verilmiş möhlətin müddətini dəqiqləşdirmək mümkün olmadığı üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz məqsədəuyğundur. 
Musayev Cingiz Soruşur Yazılma Tarixi:26.08.2015 20:04:02

Salam , menim bir problemim var , men moskvada yawayanam 2013 ci ilde men pedogoji dovlet universitete gebul oldum ,2014 gelmiwdim bakiya yayda elimde spravka da bilmedim bu spravkani hara aparim , bu il geldim bakiya meni voenkomat cagirdi dedi spravka getir , moskvadan spravka gonderdiler ki men orda heqiqeten oxuyuram indi menim sualim nededi onlarin ixtiyari var meni aparmaga?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alan çağırışçılara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizin oxuduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Məmməd Məmmədxanlı Soruşur Yazılma Tarixi:26.08.2015 16:13:54

Salam Mənə keratokonus göz xəstəliyindən möhlət verilib. 1 Aldığım məlumata görə bu xəstəliyi daşıyan çağırışçılar yararsız hesab olunur.Bu doğrudur mu? 2 Mən isə müdafiə nazirinin ünvanına bütün məsuliyyəti özüm üstlənərək könüllü hərbi xidmətə getmək istədiyim barədə müraciət ünvanladım.Üstündən uzun müddət keçmiş və bu gün mənə işimin SHXÇDX-yə tapşırıldığı barədə məktub verilib. Bu təşkilatdan mənə cavab nə zaman gələr və hərbi xidmətə getmək ehtimalım var mıdır ? Mümkün olan ən qısa zamanda cavablandırmağınızı xahiş edirəm Təşəkkürlər.

Bildiririk ki, Sizin sağlamlıq vəziyyətinizlə əlaqədar müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamanız barədə qərar çağırışa cəlb edildiyiniz dövrdə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələrində yaradılmış çağırış komissiyası tərəfindən veriləcəkdir. Bununla yanaşı, sağlamlıq vəziyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız və ya “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş çağırışçıların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Sehriyar Xelilov Soruşur Yazılma Tarixi:26.08.2015 12:30:30

Men Turkiyede tehsil aliram ve tehsil uzanasi oldu ve meni komisarliqdan cagirdilar . Men bilmek isteyirem men universitetden arayish getirmekle tehsil muddetimi davam etdire bilerem ya nece ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılara təhsilini davam etdirmək üçün möhlət yalnız bir dəfə verilir.  Əlavə olaraq qeyd edirik ki, çağırışdan möhlətin verilməsi üçün aidiyyəti üzrə təqdim etdiyiniz arayışda göstərilən təhsilin müddətini və təhsilə görə verilmiş möhlətin müddətini dəqiqləşdirmək mümkün olmadığı üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz məqsədəuyğundur. 
Resad memmedov Soruşur Yazılma Tarixi:26.08.2015 02:14:45

Salam alekum herbicilernen bagli sikayetimizi hara bildire bilerik? Belediki bir zamanlar evimde az miqdardada olsa pul vermelidi. Perevod olub gedib. Bununla bagli neynemek olar? Xais yardimci olun

Bildiririk ki, müraciətinizdə (istəyiniz ilə əlaqədar) ətraflı məlumat vermədiyinizə görə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Sefali Qayitmazov Soruşur Yazılma Tarixi:26.08.2015 00:01:04

salam.Men Qayitmazov Sefali.1994 16oktyabr.Qusar rayonu Suvacal kendi.Milli ordunun spesnaz bolmesinde islemey isteyirem.Mumkunse komeyliy gosterin.DSX da xidmet elemiwem.Boy 1,74 .Ceki 71.Idmanla da mesgul olmusam.

Bildiririk ki, Ordu sıralarında xüsusi təyinatlı hərbi hissədə hərbi xid­mət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Murad Soruşur Yazılma Tarixi:25.08.2015 23:45:04

Salam,men 2 il bundan gabaq Naxçivanskiy herbi liseye gözlerime göre keçe bilmemişem,indi eskerliye meni qebul eliyecekler?

Sualınıza cavab olaraq bildiririk ki, sizin sağlamlıq vəziyyətinizlə bağlı müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar  çağırışa cəlb edilərkən qeydiyyatda olduğunuz SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən sonra veriləcəkdir.    
mustafayev vusal Soruşur Yazılma Tarixi:25.08.2015 23:41:02

Salam men esgerliyi 2012 ci ilin aprelinde bitirmisem.indi yene herbiye gizirliye adimi yazdirmisam.bilmek isteyirem meni gotureller ya yox.hemde onun dovlet rsumu varmi?

Bildiririk ki, gizir kimi hərbi xid­mətə qəbul edilib-edilməmənizə aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, mövcud qanunvericilikdə hər­bi xidmətə daxil olarkən hər-hansı ödənişin edilməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891