Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Shukurlu Rafiq Soruşur Yazılma Tarixi:31.08.2015 11:18:17

salam. men xesteliyimle bagli esgerliye getmemiwem,hal hazirda komissiya yoxlaniwindanda 2 il kecib ,indi ozumu saglam hiss edirem,esgere getmek isteyirem,Suraxani r.Herbi komisarliga getdim deyir get saglamliq haqqinda arayiw getir ,sora seni 2 sayli xestexanaya gonderek,ama qeydiyyatda oldgum hekim arayiwda Diaqnoza- orta dereceli nevrozsteniya yazib,apardim vayonkamata deyir Diaqnoza saglam yazdirt getr deyir,,ama hekim deyirki sen bu arayiwi apar ozleri seni 2sayliya aparib yoxlaniwdan kecirecek nedise onu yazacaqlar,,,,ama olarda boyunlarindan atir,ne edim men?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və təvəllüdünüz göstərilməlidir.
Emrah Mustafayev Soruşur Yazılma Tarixi:31.08.2015 03:52:42

SALAM. MEN USAQ VAXTI QIRIJAMDAN EMELIYAT OLMUSAM BILMEK OLAR INDI MENI ESGER APARACAQLAR?

Yırtıq olduqda “Xəstəliklər cədvəli”nin I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
Elyar Mustafayev Soruşur Yazılma Tarixi:31.08.2015 00:51:22

Salam sizin xidmətdə orta ixtisas təhsilli şəxs işləyə bilərmi?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul oluna bilərlər.
vasif zahirov Soruşur Yazılma Tarixi:30.08.2015 22:47:04

Salam men ayagimin alti duzdu yene de gelmeliyem eskerliye?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
Taleh Soruşur Yazılma Tarixi:30.08.2015 22:22:27

salam men iyul 1 yawim tamam olur.Ne vaxt esgerliye gedecem

Sualınızın cavablandırılması üçün soyadınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur. 
eliyev Soruşur Yazılma Tarixi:30.08.2015 18:54:09

salam bilmek isteyirdimki esgerlikde sehid olan vetendaslarin ailesine ay ba ay ne qeder pul verilir sehid ailesi kimi

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz yer üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti yerli mərkəzinə müraciət etməlisiniz.
Murdov Agasemid Soruşur Yazılma Tarixi:30.08.2015 03:00:36

10 12 1997 ci ilde sabirada anadan olmuwam men esgerliyimi harda eleyecem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.  
Samir Soruşur Yazılma Tarixi:30.08.2015 00:04:04

Hərbi ixtisas dərəcəsi dedikdə nə başa düşülür? Təsnifatdakı dərəcələri bilmək istərdim. Mən 2014-cü ildə 1 illik hərbi xidməti başa vurmuşam, mən hansı ixtisas dərəcəsi sayılıram?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən, hərbi uçot ixtisası – Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətə çağırılmalı olan (və ya qəbul edilməsi mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır.
Nahid Allahverdiyev Soruşur Yazılma Tarixi:29.08.2015 23:04:48

Salam men herbi xidmetimi basa vurub gelmisem yasim 21 boyum 160 sm herbici olmaq arzusundayam zehmet olmasa bunu nezere alasiz

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Qurban Novruzlu Soruşur Yazılma Tarixi:29.08.2015 18:49:57

Salam, mən mülkidə universitet bitirmişəm, hərbi xidmətdə olmuşam, hərbi qulluqçu kimi leytenant hərbi rütbəsi almaq şərtilə işə qəbul oluna bilərəmmi? 26 yaşım var

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897