Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
mustafa genc Soruşur Yazılma Tarixi:03.09.2015 21:35:32

salam men iyul ayinda herbi cagirisa daxili qosunlara dusdum amma geri qaytardilar qolumda capig var. men oktyabr ayinda hara duseceyem 03.09.2015

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.          
Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
ramin rahimov Soruşur Yazılma Tarixi:03.09.2015 20:36:13

man bilmak istayiram harbi xidmatdan xastalikla qalan harbi mukallafiyatlar hansi formada harbi hakim kamsiyasindan kecmalidilar va yerli xastaxanadan keca bilarmi xahis ediram bu suali cavablandirasiz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə çağırış dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşa çatana qədər hər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Həmçinin yuxarıda adı qeyd olunan “Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətə çağırılanların və hərbi vəzifəlilərin tibbi müayinədən keçirilməsi üçün müəyyən edilmiş tibb müəssisələrinin Siyahısı” təsdiq edilmişdir. 
Emil Azizov Soruşur Yazılma Tarixi:03.09.2015 20:10:13

men 2ci dereceli varkoz damar xestesiyem men herbi xidmede yaraliyam xahiw edirem etrafli yazin meni saglam kimi yazirlar amma qanuna esasen 2 ci dereceli ve her iki xayda olan varkazit damar geniwlenmesi mehdun yarali syailir ve sulh vaxti mehdut yarali muharibe vaxti yarali sayilir bilmek isteyirem men yarali sayiliram?

II dərəcəli xroniki vena çatışmazlığı (uzunmüddətli yeriş və ya ayaq üstə çox dayanma zamanı ayaqlarda və baldırlarda əmələ gələn, gecə və ya gündüz istirahəti ərzində çəkilən vaxtaşırı ödemlərin olması) əlamətləri ilə müşayiət olunan varikoz xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “c” bəndinin I qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Lakin adı yuxarıda qeyd olunan Əsasnamənin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “ç” bəndinin I qrafasının tələblərinə əsasən I-II-ci dərəcəli varikosele hərbi xidmət keçməyə mane olmur.
Emin Jabrailov Soruşur Yazılma Tarixi:03.09.2015 18:52:03

Salam men herbi xidmetde olmusam amma xesteiknen Bagli komisavat olmusam Hindi ise 3 ovladim 32 yasim tam saglamam men ne etmeliyem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.  Bu Qanunda səhhəti (xəstəliyi) ilə əlaqədar vaxtından əvvəl müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən (təkrar) hərbi xidmətə çağırılmaları nəzərdə tutulmamışdır.
Nicat Həsənli Soruşur Yazılma Tarixi:03.09.2015 17:35:53

Hərbi Komissarlıqların çağırışçalırı çağırış ayından 1 ay qabaq çağırmaqları nə ilə bağlıdır, zəhmət olmazsa aydınlıq gətirəsiniz və bunu tənzimləyən normativ akta istinad edəsiniz.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin növbəti çağırışın keçirilməsi haqqında aktı dərc edildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin əmri əsasında  SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin çağırış komissiyaları tərəfindən çağırışçıların tibbi şəhadətləndirilməsi keçirilir və onların ailə vəziyyətini, təhsilini, sənətini və ümumilikdə onları xarakterizə edən məlumatları öyrənmək üçün onlarla fərdi söhbətlər aparılır. Bütün bunlar növbəti çağırışa hazırlıq dövründə həyata keçirilir və təqribən 1 ay müddətinədək davam edir. Eyni zamanda bildiririk ki, yuxarıda sadalanan işlər konkret normativ hüquqi aktın (“Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Müvəqqəti Təlimat”) tələblərinə uyğun olaraq tənzimlənir.
Rail Soruşur Yazılma Tarixi:03.09.2015 16:15:31

Salam. Menim 24 yasim var men Qaxili Qosunlarin N sayli herbi hissesinde qulluq etmisem. Indi maxe gizir ve yaxud zabit olma imkanim varmi. Varsa hara muraciet edim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
sahin sahdli Soruşur Yazılma Tarixi:03.09.2015 14:50:14

2105 15 oktyabr harada xidmet edeceyim barde melumat isteyirem

Bildiririk ki, oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmaları və hansı hərbi hissəyə təyin olunmaları barədə dəqiq məlumat almaq üçün 30 sentyabr 2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərlər. Eyni zamanda nəzərinizə çatdırıram ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr tarixlərində aktivləşir.  
Təbriz Soruşur Yazılma Tarixi:03.09.2015 13:33:08

Salam aleykum, men 56b maddesine gore esgerliye yararsiz hesab olundum iyul ayinda esger getmeliydim. Nece ede bileremki konullu olaraq oktyabrda esgerliye gedim? hara kime erize yazsam gede bilerem?

Sualınızın düzgün cavablandırılması üçün soyadınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur.  
Elcin Aliyev Soruşur Yazılma Tarixi:03.09.2015 13:30:29

Salam.men iwgal altinda olan torpaqlarimizin on xettinde yerlewen herbi hisselerinin birinde Maxe vezifesinde islemek isteyirem.sadece mennen bunun ucun rusvet teleb edirler.men ne etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
Namiq Museyibov Soruşur Yazılma Tarixi:03.09.2015 10:10:05

salam menim hazirda 17 yaşim var bilmek istiyrem ki, mektebi qurtarib DSX akademiyasna qebul ola bilerem mohlet verilir esgerlikdən təhsil mudeti neçə ildir?

Qeyd edilən məsələ ilə bağlı sizin DSX-yə müraciət etməyiniz və ya  DSX-nin rəsmi internet saytına daxil olaraq müvafiq məlumatları əldə etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14897