Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Oktay Akhundov Soruşur Yazılma Tarixi:07.09.2015 00:08:11

Salam. Men Oktyabrda Esger Gedecem. Hara Dusmeyime Nece Oyrene Bilerem ?

Bildiririk ki, oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmaları və hansı hərbi hissəyə təyin olunmaları barədə dəqiq məlumat almaq üçün 30 sentyabr 2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərlər. Eyni zamanda nəzərinizə çatdırıram ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr tarixlərində aktivləşir.  
Ibrahim Hesenov Soruşur Yazılma Tarixi:06.09.2015 23:52:00

salam men 1997.04.25 de anadan olmusam men turkiyede iki universtete qebul olmuwam amma mohlet verilmir ki men qebul oldugum universtete gedim meni cagirisim ise oktyabirdi xais edirem ki meni sualimi cavablandirasiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir) qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
PIRIYEV ELCIN Soruşur Yazılma Tarixi:06.09.2015 22:45:58

SALAM.MEN 1256 SAYLI H-h de isleyirdim.daha sonra men156ci koddestinin e bendine esasen isdn cixarildim.Bilmek isteyirem ki bu hansi xidmete uygunsuluq hallarinda kecerlidir ve bu halda yeniden siliner ya da bunun bir muddeti varmirdir

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu  ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən, hərbi qulluqçular (nalayiq və nizamnamədən kənar hərəkətləri, bağlaşma bağlayan şəxs tərəfindən öhdəliklərin pozulması nəticəsində) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxıldıqdan sonra xidməti uyğunsuzluğun hər hansı bir müddətdən sonra ləğv olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.  
farid maharramov Soruşur Yazılma Tarixi:06.09.2015 12:14:30

salam, men tibb universitetini 5 ci kursdan terk eledim cunki turkiyede tibb tehsilimi davam etdirecem.. menim universitete qeydiyat ucun getmeyim vacibdir, ve siz deyirsiniz mohlet haqqi oktyabrda verilecek.. men oktyabra qeder olkeni terk ede bileremmi??? men ora gedib ordan sened gondermeliyemki men heqiqetende o universitetin tibb fakultesinde tehsilimi davam etdirirem.. men okeni terk ederken her hansi problem yarana bilermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Eyni zamanda bildiririk ki, akademik borcu olan və ya müxtəlif səbəblərdən ali təhsil müəssisəsində təhsil almaqdan imtina edən çağırışçılar çağırışdan möhlət hüququnu itirmiş sayılırlar və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Bahadur Qudretov Soruşur Yazılma Tarixi:06.09.2015 11:30:17

Salam men konullu esger getmek isteyirem amma 16 yasim var indi bu yasda esger gede bilerem Cavabnizi gozleyirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununun 12.2.1-ci maddəsinə əsasən, 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar.
feride esedova Soruşur Yazılma Tarixi:05.09.2015 19:29:06

Salam.mən bilmək istəyirəm ki əsgər yaşına Catanın səhhətində həkim müayinəsindən sonra akt bağlanarsa ki.səhhətində cüzi funksiya dəyişikliyi var. Onu əsgər aparmaq ixtiyarları var? Və sonrakı proseslər necə getməlidir? Cavab ücün Təşəkkür edirəm.

Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nail Huseynov Soruşur Yazılma Tarixi:05.09.2015 16:27:50

Salam men oktyabr ayinda herbi xidmete gedecem Ali tehsilliyem Zabit kimi getmek isteyirem,bilmek isteyirdimki ne qeder muddetden sora zabitlik kursuna Telim Tedris Merkezine gonderilir?

Qeyd etdiyiniz məsələ gələcəkdə xidmət edəcəyiniz qoşun növündə müəyyənləşəcək.
Mirqasim Seyidov Soruşur Yazılma Tarixi:05.09.2015 15:45:18

Salam.Bir neçə ay bundan əvvəl internetde oxudum ki.sülh ve müharibe şəraitində hərbi xidmətə yararsız vətəndaşlar hərbi uçotdan çıxarılır və 3 ildən bir təkrarən çağrılmayacaqlar. Bu haqda məlumat vermənizi xahiş edərdim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsinə əsasən, hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlardır (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa).  Bu Qanunda sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək istefaya keçirilmiş vətəndaşların hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilməsi nəzərdə tutulmamışdır.
Məmmədov Elvin Soruşur Yazılma Tarixi:05.09.2015 15:10:02

Salam men 2011 ci ilde ehtiyata cixmiş qeyri kadr zabitem.bilmek isteyirdimki yeniden ordu siralarina qayidib xidmət ede bilərəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Nicat Səbətci Qəhrəmani Pərviz oğlu Soruşur Yazılma Tarixi:05.09.2015 14:29:39

Salam. Mən 1997 ci ildə Baki şəhərində anadan olmuşam 2012 ci ildə məktəbin 9 illik sinfini qurtarib və 2014 ci ildə Ceyranbatandaki, texniki peşə məktəbinə qəbul olmuşam 2015 ci ildə isə məni hərbi komisarliqdan cağirib buyurdular ki, sən texniki peşə məktədinə 2 il qec qəbul olmusan bəs sən bu il əsqər xidmətinə qedməlisən . Xahiş edirəm mənə yol qöstərəsiniz .Mən əsqər xidmətinə qedməliyəm ya yox. Təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.2-ci maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Cədvəldə sətir sayı :14897