Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Taleh Soruşur Yazılma Tarixi:09.09.2015 15:09:29

heqiqi herbi xidmetde olmayan ve 18 yawi tamam olmayan wexsler konullu herbi xidmete gede bikerker?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Musfiq Serifov Soruşur Yazılma Tarixi:09.09.2015 15:08:17

salam men 2010.cilde herbi xidmeti basa vurmusam..men 2015 cilde seferberlike dusurem yoxsa yox?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Hərbi vəzifəlilər 50 yaşları tamam olana qədər hərbi qeydiyyatda olurlar və bu müddət ərzində  ölkədə səfərbərlik elan olunarsa çağırıla  bilərlər.
Xeyal ehmedli Soruşur Yazılma Tarixi:09.09.2015 14:38:49

Adim xeyaldi.Ewitdiyime gore seferberlik elan olunub.Menim qardawim esgerliye gedibde qayidibda indi bilmek istiyem qardawim seferberliye gore yeniden cebheye gedecek ve getmesi mutleqdirmi

Xeyr, ölkəmizdə səfərbərlik elan olunmayıb, lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, 06-13 sentyabr 2015-ci il tarixlərində Silahlı Qüvvələrdə təlimlər keçirilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.
Huseynov ibrahim Soruşur Yazılma Tarixi:09.09.2015 14:21:38

Salam men herbi xidmetde olmamiwam 2017 ci ilin iyuluna kimi mohletim var universitetde oxuyuram mumkundur men herbi telimlerde istirak eliyim?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Silahlı Qüvvələrdə keçirilən  təlimlərə həqiqi hərbi xidmət keçmiş və müəyyən hərbi uçot ixtisası olan hərbi vəzifəlilər çağırılırlar. Siz möhlət hüququnu itirdikdən sonra müddətli həqiqi hərbi xidmət keçməli və ya  xüsusi hazırlıq aldıqdan sonra hərbi təlimlərdə cəlb oluna bilərsiniz.
Togrul Asgarov Soruşur Yazılma Tarixi:09.09.2015 12:40:36

Salam Herbi seferbeylik haqqinda melumat almaq istirdim.esgerlik chekmish shexsler ve neche yashina kimi herbi cagirisha cagirila biler?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Hərbi vəzifəlilər 50 yaşları tamam olana qədər hərbi qeydiyyatda olurlar və bu müddət ərzində ölkədə səfərbərlik elan olunarsa çağırıla bilərlər.
Vusal Hacizade Soruşur Yazılma Tarixi:09.09.2015 12:21:34

Salam bilmek isdeyirem ki, könüllü herbi xidmete gede bileremmi??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
veliyev tural Soruşur Yazılma Tarixi:09.09.2015 11:44:52

men iyul ayinda texris olmusam ama bizi yeniden paliqona aparilar bununla bagli ne diye bilersiz

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Hərbi vəzifəlilər ehtiyata buraxıldığı il hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.
Yadigar Abdullayev Soruşur Yazılma Tarixi:09.09.2015 10:45:21

Salam menim sexi isimde xidmeti uygunsuzlugum var herbi billetde statiya yoxdu Daxili Qosunlarda islemisem 18 ay men yeniden silahli qüvelerde isleye bilerem

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Belə ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları nəzərdə tutulmamışdır. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Ramil Soruşur Yazılma Tarixi:09.09.2015 10:30:40

Salam, Men 2012 ci ilde Heqiqi Herbi Xidmetde olmusam , Sualim beledir ki Sirvan komissarliqinin bu telimlere cagirisi var? ve nevaxt?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Silahlı Qüvvələrdə keçiriləcək növbəti təlimlər zamanı hərbi uçot ixtisasınız üzrə  hərbi vəzifəlilərin çağırılmasına zərurət yaranarsa, siz də təlimlərə cəlb oluna bilərsiniz.
Sabir Babayev Soruşur Yazılma Tarixi:09.09.2015 09:42:19

Salam, mən bu il ali məktəbi bitirirəm və zabit kimi Silahli qüvvələrdə xidmət etmək istəyirəm, nə zaman və hara müraciyət etməliyə ? Xahiş edirəm sualımı cavabsız qoymayın.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14897