Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşad Cabbarov Soruşur Yazılma Tarixi:09.09.2015 19:35:38

Başda rəhbərlik olmaqla xidmətin btün əməkdaşlarını salamlayiram ve hər birinə uğurlar arzulayiram. Sualım özüm barəsindədir.Mən Cabbarov Rəşad 04.02.1989-cu ildə doğulmuşam. Mən SHXÇDX-nin Kürdəmir rayon şobəsində xidmət etmişəm.Atestasiya imtahanından sonra verilən məlumata görə müvəffeqiyyət qazana bilməmişəm və xidmət müddətim bitdiyi səbəbdən baş-leytenant rütbəsi ilə ehtiyyata buraxılmışam. Yenidən imtahan verib xidmətə daxil olmaq olarmı? Mənim fikrimcə xidmətə aid olan məsələləri mən xidmət etmək üçün müraciət edən vətandaşlardan çox bilərəm.Ən azından mən 1 il 6 ay xidmət etmişəm. Əvvəlcədən təşəkkür edirəm.

Nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Kamran Namazov Soruşur Yazılma Tarixi:09.09.2015 19:32:58

Salam.soruşmaq isterdim ki verilmiş yeni serencam heqiqi herbi xidmete yararsız müharibe şeraitinde yararlı olanlara aiddirmi? Başqa sözlə desək , yastıpəncəlilik diaqnozu derece3-ə aiddirmi

Sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Nicat ismayilzade Soruşur Yazılma Tarixi:09.09.2015 19:29:27

Salam bu gunlerde seferberlik elan olunubmu ?

Xeyr, ölkəmizdə səfərbərlik elan olunmayıb, lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, 06-13 sentyabr 2015-ci il tarixlərində Silahlı Qüvvələrdə təlimlər keçirilir. 
Anar Shixaliyev Soruşur Yazılma Tarixi:09.09.2015 19:25:22

salam mende telimlerde ishtirak etmek isteyirem nece edim telimlere qatilim amma ishleyirem hal hazirda

Sizdə olan yüksək hərbi vətənpərvərlik hissini qiymətləndirir, eyni zamanda məlumat veririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Silahlı Qüvvələrdə keçiriləcək növbəti təlimlər zamanı hərbi uçot ixtisasınız üzrə hərbi vəzifəlilərin çağırılmasına zərurət yaranarsa, Siz də təlimlərə cəlb oluna bilərsiniz.
Seide Ebdurehmanova Soruşur Yazılma Tarixi:09.09.2015 18:38:29

Qizlarin konullu getmeyine icaze var?Varsa hara muraciet etmek lazimdir?Bu haqqda etrafli yazsaniz wad olardim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
Ferid abdullazade Soruşur Yazılma Tarixi:09.09.2015 18:34:52

Menim o dord kagiz diyilleraa o itib onu arxivden vaynkamatdan cixarda bilerem??

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə yazılmadığı üçün cavablandırılması mümkün deyil.
Nuray Muradzade Soruşur Yazılma Tarixi:09.09.2015 17:50:18

Salam. Son günlerde herkes deyirki müharibe başlanır bu melumat ne qeder doğrudur?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən 06-13 sentyabr 2015- ci il tarixlərində Silahlı Qüvvələrdə təlimlər keçirilir. 
tofiq kerimov Soruşur Yazılma Tarixi:09.09.2015 17:34:53

men 02 02 2000 ci ilden 06 08 2006 kimi 052 sayli hebi hissede gizir kimi xidmet etmisem 334 cu made ile texris olmusam bilmek isteyirem ki men istifade etmediyim mezuniyet pulunu ala bilerem yoxsa yox

Bildiririk ki, istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 №-li və 2014-cü il 26 dekabr tarixli 399 №-li Qərarlarına əsasən həyata keçirilir. Odur ki, son xidmət yeriniz Müdafiə Nazirliyinin hərbi hissəsi olduğu üçün aidiyyəti üzrə Müdafiə Nazirliyində fəaliyyət göstərən istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanması komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
Esgerov Tural Soruşur Yazılma Tarixi:09.09.2015 17:17:22

Salam men bilmek isdeyirem ki esgerliyn cekib gelenlerde caqrilacaq

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Hərbi vəzifəlilər 50 yaşları tamam olana qədər hərbi qeydiyyatda olurlar və bu müddət ərzində ölkədə səfərbərlik elan olunarsa  onlar çağırıla  bilərlər.
Vüqar İsmayılov Soruşur Yazılma Tarixi:09.09.2015 17:02:36

Oğlum 04.07.1997-ci il təvəllüdlüdür, lakin ürəyində açıq əməliyyat keçirib. O, hərbi-həkim komisiyasından nə vaxt keçməlidir və sənədləri nə vaxt təqdim olacaq.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə övladınızın adı və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14891