Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Salahzade Soruşur Yazılma Tarixi:08.09.2015 21:52:31

Sulh dovrunde yararsiz Muharibe dovrunde yararli olan esger Sağlamlığı duzeldikde onun herbi xitmete yeniden gede biler?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
xeyal qayibov Soruşur Yazılma Tarixi:08.09.2015 19:47:55

menim 14 yawim var esker gede blerem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
tural muradov Soruşur Yazılma Tarixi:08.09.2015 18:14:36

salam meni bu gun telim ucun cagirdilar herbi bileti goturub qeydiyyatda oldugum herbi komissarliga getmeliydim ama menim ciddi xesteliyim var senetlerim uzi kagizlarimda var onlari teqdim edib telimden azad ola bilerem?

Silahlı Qüvvələrdə kecirilən təlimlərə  Azərbaycan ordusunda xidmət kecmiş ehtiyatda olan vətəndaşlar cəlb olunur. Bu təlimlərə tələb olunan hərbi ucot ixtisaslı hərbi vəzifəlilər cəlb olunur və onların cəlb olunma qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsində nəzərdə tutulub. Təlimlərə cəlb olunarkən hərbi vəzifəlinin sağlamlıq durumu hərbi həkim komissiyası tərəfindən yoxlanılır.     
Emil Suleymanov Soruşur Yazılma Tarixi:08.09.2015 16:04:46

Salam Ankilozedici Spondiloartrit herbi xidmete yararlidi ya yox.2005ci ilden ehtyatda olan zabit bas leytenant.

İri oynaqların ankiloartrozunda, “Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Cavid Quliyev Soruşur Yazılma Tarixi:08.09.2015 12:27:27

Salam. Men herbi xidmetimi basa vurmusam ve hal hazirda 23 yasim var. Qeydiyyatda oldugum herbi söbe meni hansi hallarda herbi söbeye çagira biler.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə gəlməyən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyırlar.
Pərvin Məmmədov Soruşur Yazılma Tarixi:08.09.2015 11:55:39

Salam. Mən tələbəyəm, indi 3-cü kursa keçmişəm və bilmək istərdim ki, təhsilimi dondurub (yəni ki, sonradan təhsilimi davam etdirmək şərti ilə) hərbi xidmətə gedə bilərəmmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Eyni zamanda bildiririk ki, akademik borcu olan və ya müxtəlif səbəblərdən ali təhsil müəssisələrində təhsil almaqdan imtina edən çağırışçılar çağırışdan möhlət hüququnu itirmiş sayılırlar və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılaraq 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Xeqani memmedov Soruşur Yazılma Tarixi:08.09.2015 02:02:05

Salam menim herbi quluqum suruculug olub etevelutum 1980 24 06. Bilmeg isterdim indi meni qebul edersiz?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Asif Məmmədov Soruşur Yazılma Tarixi:07.09.2015 20:49:47

Salam. Dostumun təvəllüdü 1989-cu ildir. Yeni sərəncamla əlaqədar müddətli hərbi xidmətə çağırış gəlib. İşləyir, krediti var. Xidmətə gedəndə işini itirəcəy və kreditini də ödəyə bilməyəcək. Belə vəziyyətdə hər hansı güzəşt mümkündür mü?

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi zamanı qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı güzəşt nəzərdə tutulmamışdır.
Gulmemmedov Elcin Soruşur Yazılma Tarixi:07.09.2015 19:31:20

salam men bilmek isteyirem gizirlik kursu ne vaxt baslayir ?

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
ELDUZMƏHƏRRƏMOV Soruşur Yazılma Tarixi:07.09.2015 19:02:16

SALAM.ƏVVƏLCƏDƏN TƏŞƏKÜR EDİRƏM. HER İL VƏRƏM XƏSTƏLİYİNDƏN ƏZİYYƏT ÇƏKƏN BİR ŞƏXSİN TEZ-TEZ 3 İLDƏN BİR SAĞALMAQ İMKANI VARMI,HƏMİN ŞƏXS ƏSGƏR GEDƏ BİLƏRMİ ƏLİNDƏ HƏQİQİ EPİQRİZ OLSA ONUN 3 İLDƏN BİR VAENKOMAT TƏRƏFİNDƏN İNCİTMƏK VƏ YA PUL ALMAQ HAQQI VARMI

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Cədvəldə sətir sayı :14897