Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Çingiz Mustafayev Soruşur Yazılma Tarixi:07.09.2015 17:28:36

Salam,men Cingiz Mustafayev Kiev Dovlet Tibb universiteti mezunuyam,Oktyabr ayinda herbi xidmete gedirem.Diplomumu Tehsil naziliyine tesdiq olunmasi ucun gondermisem,proces gedir.Men herbi xidmetde zabit kimi kimi qullug ede bilerem? Ve hansi Sertleri var?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Beyrek bagirov Soruşur Yazılma Tarixi:07.09.2015 17:05:27

Salam.zehmet olmasa deyerdiz ali tehsili olan xidmete gedib nikadir kimi leytinat zvanyasi almaq ucun nece ay xidmet etdikden sonra kursa gedib zvanya ala biler ve ne qeder xidmet edecek evvelceden size oz minnatdarliqimi bildirirem

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədəmüvafiqdir.
Vasif Isgenderli Soruşur Yazılma Tarixi:07.09.2015 16:48:10

Salam men oktyabrin biri herbi cagrisa gedirem.. bilmek isteyirem ki, birinci cagris hansi rayonlardi

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
ismayilov Yamen Soruşur Yazılma Tarixi:07.09.2015 16:14:58

salam men 18 yawim var aprel ayinda naxcivana gedib qayitmiwam burda gedib bakida ag ciyer inustutundan kecmiwem deyibler hec bir problemin yoxdu men konullu.xidmet etmek isteyirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mahmud Həməşəyev Soruşur Yazılma Tarixi:07.09.2015 15:29:53

Salam. bilmək olar bu xidmətə işə girmək üçün test imtahanına düşən suallar hansı sahədən-fəndən düşür? öncədən təşəkkürlər.

Bildiririk ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünyagörüşü yoxlanılır.
Aliyev Elcin Soruşur Yazılma Tarixi:07.09.2015 14:27:58

Salam.men doyus bolgesinin on xettinde maxe islemek isteyirem.bunun ucun ne etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.  
Babayev Vaqif Soruşur Yazılma Tarixi:07.09.2015 13:54:03

Sizden çox narazıyam,ele bil ancaq qohum əqrəbələrinizin suallarına cavab verirsiniz.Üc defe yazmişam,suala cavab vermirsiniz,xahiş edirem öz işinize məsuliyyətnən yanaşın,milletin vətəndaşlarını seçib,ölkədə neqativ,millətimizə xas olmayan mənfurluğun əsasını qoymayın,hörmətli prezidentimizə İlham Əliyev cənablarına şikayət edəcəyəm,sizin kimilər bizlərdən təmizlənməlidir

Hörmətli internet səhifəsi istifadəçisi! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız.
royal Soruşur Yazılma Tarixi:07.09.2015 13:42:17

salam men xidmet eddiyim herbi hisseye senet verib qayidib orada max isleye bilerem .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Sabir Babayev Soruşur Yazılma Tarixi:07.09.2015 11:30:10

Salam, mən 2016-il iyun ayında ali məktəbi bitirəcəm və AR Silahli Qüvvələrinə kadr olmayan leytenant kimi işə qəbul olmaq istəyirəm. Bunun üçün hara və nə zaman müraciyət etməliyəm ? Təşəkkürlər.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
huseyin beydulayev Soruşur Yazılma Tarixi:07.09.2015 10:21:52

sizde xayiw edirem mene melumat veresiz ki konulu herbiye getmek isteyirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897